Icma.az
close
up
RU
Dövlət səviyyəsində genişmiqyaslı proqram hazırlanmalıdır AYDINLIQ GƏTİRİLDİ

Dövlət səviyyəsində genişmiqyaslı proqram hazırlanmalıdır AYDINLIQ GƏTİRİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

"Son dövrün həyat tərzi, sosial-iqtisadi şərtlər, mənəvi-psixoloji vəziyyət artıq gənc nəsilləri real həyatdan, real fəaliyyətdən, real ünsiyyətdən kənar qoyur və onları virtual dünyaya yönəldir". Bu sözləri SİA-ya açıqlamasında Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı deyib.

O bildirib ki, bunun arxasında çox fundamental səbəblər durur, çox dərin və köklü məqamlar mövcuddur: "Bu problem Azərbaycanda 90-cı illərdən başladı. Sovet dövründə uşaq və gənclərin bütün növ fəaliyyətləri, məşğuliyyətləri, asudə vaxtları dövlət tərəfindən mükəmməl şəkildə təşkil olunurdu. Onlar müxtəlif dərnəklərə üzv olur, texniki yaradıcılıq mərkəzlərində, idman məktəblərində, bədii mərkəzlərdə və peşə yönümlü yerlərdə iştirak edirdilər. Demək olar ki, hər sahədə məşğuliyyət imkanları mövcud idi.

Kapitalizm dövründə isə bu sistemlər dağıldı. Sosial-iqtisadi problemlər artdı, işsizlik yüksəldi. Gənclər fəaliyyətsiz və boş qaldı. Mövcud mərkəzlərin sayı azaldı və əksəriyyəti pullu oldu. Ailələrin böyük əksəriyyəti üçün bu ödənişlər əlçatmaz idi. Nəticədə gənclər virtual aləmə – sosial şəbəkələrə, oyunlara, internetə yönəldilər. Bu isə onları real münasibətlərdən və əmək fəaliyyətindən uzaqlaşdırdı.

Dostluq, qonşuluq və kollektivçilik münasibətləri zəiflədi. Gənclər artıq bir yerdə oynamır, hərəsi bir kənarda telefonla vaxt keçirir. Bu, həm fiziki, həm də zehni passivlik yaradır. Yaradıcı ideyaları və potensialı olsa da, onları reallaşdıra bilmirlər. Çıxış yolunu internetdə axtarmağa məcbur qalırlar. Belə vəziyyət gəncləri psixoloji gərginliyə, depressiyaya, kriminala, narkotikə və qumara sürükləyir. Bu, çox ciddi bir təhlükədir və artıq real sosial fəsadlar verməkdədir. Məhz buna görə dövlət səviyyəsində genişmiqyaslı bir proqram hazırlanmalıdır. Peşəyönümlü, idman və yaradıcılıq mərkəzləri dövlət hesabına qurulmalı, pulsuz və ya cüzi ödənişli fəaliyyət göstərməlidir. Gənclərin ideyaları, startapları və ixtiraları üçün münbit şərait yaradılmalıdır. Bütün bölgələrdə fəaliyyət imkanları təmin olunmalı, dəstək mexanizmləri qurulmalıdır. Buraya maddi, texnoloji və psixoloji yardım sistemləri də daxildir. Belə proqramlar gənclərin potensialını üzə çıxaracaq, ölkədə məhsuldarlığı artıracaq, sosial vəziyyəti yaxşılaşdıracaq, dövlətin gəlirlərini yüksəldəcək. Ən əsası isə gənclərin xaricə axınının qarşısını alacaq. Bu sahəyə dövlət mütləq ciddi yanaşmalıdır. Əks halda, strateji itkilər qaçılmaz olacaq".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 Sentyabr 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see293

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see198

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see190

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see188

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see184

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see172

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see157

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see156

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see155

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see150

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see145

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see143

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see141

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri