Icma.az
close
up
RU
Dövlət sirri təşkil edən məlumatları yaymaqda təqsirləndirilən hərbi ekspert həbs olunub AZƏRTAC

Dövlət sirri təşkil edən məlumatları yaymaqda təqsirləndirilən hərbi ekspert həbs olunub AZƏRTAC

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 25 noyabr, AZƏRTAC

Prokurorluq orqanları tərəfindən digər hüquq-mühafizə orqanları ilə birgə dövlət sirri təşkil edən məlumatların, habelə paylaşılması qanunvericiliklə qadağan edilən informasiyaların media subyektləri və internet resurslarında yayılması hallarına qarşı mütəmadi olaraq tədbirlər görülür.

Bu tədbirlərin davamı kimi, media subyektlərində və internet resurslarında aparılan monitorinq zamanı bu il noyabrın 22-də Səhiyyə Nazirliyinin “İctimai Səhiyyə və İslahatlar Mərkəzi” publik hüquqi şəxsin mülki müdafiə qərargahının rəisi vəzifəsində işləyən, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində ixtisaslı zabit kimi hərbi xidmət keçmiş xüsusi səlahiyyət üzrə hərbi ekspert Ədalət Verdiyev tərəfindən dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərə ağır nəticələrə səbəb olan mühüm zərər vurulması müəyyən olunub.

Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, fakta görə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

İstintaqla, işğaldan azad olunmuş ərazilərə noyabrın 22-də təşkil olunmuş mediaturda hərbi ekspert qismində iştirak etmiş Ədalət Verdiyevin Silahlı Qüvvələrin döyüş məntəqələrinin yerləşdiyi yüksəklikləri, sərhəd qoşunlarının dislokasiyası yerlərini, koordinatlarını və əməliyyat şəraitini nümayiş etdirib şərhlər verməklə videoçəkiliş apardıqdan sonra həmin videonu özünə məxsus sosial şəbəkə hesabı vasitəsilə qeyri-məhdud sayda izləyicilərin baxa biləcəyi səviyyədə yaymasına, yəni öz qulluq səlahiyyətlərindən istifadə etməklə Azərbaycan Respublikasının qanunla qorunan dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanılmış sübutlar əsasında Ədalət Verdiyev Cinayət Məcəlləsinin 284.1 (dövlət sirrini yayma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir, iş üzrə təqsiri müəyyən edilmiş şəxslərin məsuliyyətə cəlb edilməsi və ictimaiyyətə əlavə məlumatın verilməsi təmin olunacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Noyabr 2024 00:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda içməli su yola axır: Taxta parçaları veriblər ki, boru partlayanda içinə salın

27 Oktyabr 2025 01:56see226

Son çempion məğlubiyyətləri sıralayır

26 Oktyabr 2025 21:44see222

Zəlzələ səbəbindən Balıkesirdə məktəblərdə bir günlük tətil elan olundu

28 Oktyabr 2025 02:51see187

Qırmızı kələmin üç əsas sağlamlıq faydası müəyyən edilib...

27 Oktyabr 2025 23:25see177

Qatıqla bağlı mif PUÇ OLDU

26 Oktyabr 2025 12:02see152

Çin sahillərində gəmilər toqquşdu 2 nəfər itkin düşdü

26 Oktyabr 2025 16:57see150

Söküntü zamanı ədalətli kompensasiya: Beynəlxalq təcrübə və Azərbaycan reallığı

27 Oktyabr 2025 15:40see145

Sözün işığında yaşayan insan

28 Oktyabr 2025 08:28see145

Buna İsrail qərar verəcək, ABŞ da bunu qəbul edir Netanyahu

26 Oktyabr 2025 15:50see143

“Qəzzanın İsrail seçkilərinə təsiri: müharibədən sonra siyasi xəritə necə dəyişir?“ İsrail mətbuatı

26 Oktyabr 2025 20:55see135

Payızda bu qidalar immuniteti gücləndirir

27 Oktyabr 2025 04:04see135

Alişan Uzak şehir in setində FOTOLAR

27 Oktyabr 2025 06:32see134

Kremlin Vaşinqtonla razılaşmadığı məsələ Peskov danışdı

26 Oktyabr 2025 14:51see134

Tbilisinin mərkəzində müxalifət yürüş mitinq keçirir

26 Oktyabr 2025 21:00see130

Luvr soyğunu ilə bağlı iki şübhəli saxlanıldı “Le Figaro”

26 Oktyabr 2025 15:29see127

Osimhen Okan Buruka təriflədi: Onun rəhbərliyi altlnda oynamaqdan çox məmnunam

27 Oktyabr 2025 00:39see127

Tarixin ən məşhur qırılmaz kodlarından birinin həlli tapıldı...

26 Oktyabr 2025 21:54see127

Siyasətlə evi isidə bilmərik Siyarto

26 Oktyabr 2025 20:40see126

Zelenski: Tramp Ukraynada hazırkı cəbhə xəttində hərbi əməliyyatların dayandırılması ilə razıdır

27 Oktyabr 2025 01:21see126

Umar Nurməhəmədov Mario Bautista ilə döyüşdə yıxılmasının səbəbini izah edib

26 Oktyabr 2025 12:01see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri