Fəxri Xiyabanda jurnalistlərə “cızıqdan çıxmaq” qadağası? Foto
Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı Fəxri Xiyabanda olan jurnalistlərə ziyarətə gələn məmurlara yaxınlaşma qadağası qoyulduğu və müəyyən edilən yerdən kənara addım atmamaları barədə xəbərdarlıq edildiyi haqda sosial şəbəkələrdə yayılan məlumat təkzib edilib.
Axar.az xəbər verir ki, bu barədə paylaşım edən Elnurə Abuşova tədbirdə iştirak edən jurnalistlərin bu paylaşımı yalanladığını bildirib.
Onun sözlərinə görə, əksinə, bu il ilk dəfədir ki, növbə ilə məmurlara yaxınlaşıb, sual ünvanlanmağa şərait yaradılır.
“Həmçinin hansısa təşkilat media nümayəndələri üçün bu soyuq havada çay-kofe də təşkil edib. Kim düşünübsə soyuqda qalanları, sağ-olsun!”, - o vurğulayıb.
Qeyd edib ki, bir çox halda belə tədbirlərdə jurnalistlər “mikrofonlarının loqosunun foto-videolara düşməsi üçün” basırıq salır və eybəcər mənzərə yaranırdı.
Baxış sayı:44
Bu xəbər 12 Dekabr 2025 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















