Icma.az
close
up
RU
Dövlət su kadastrının yeni redaksiyada tərtib edilməsi məqsədilə müzakirələr aparılır FOTOLAR

Dövlət su kadastrının yeni redaksiyada tərtib edilməsi məqsədilə müzakirələr aparılır FOTOLAR

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin inzibati binasında Dövlət su kadastrının aparılması sahəsində fəaliyyətin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə”ni rəhbər tutaraq “Azərbaycan Respublikası dövlət su kadastrının aparılması qaydaları haqqında Əsasnamə”nin yeni redaksiyada tərtib edilməsi məqsədilə yaradılmış təşkilatlararası işçi qrupunun ilk görüşü keçirilib. Xidmətdən SİA-ya bildirilib ki, görüşdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, Kosmik Agentliyin və digər təşkilatların nümayəndələri iştirak ediblər.

Görüş zamanı son dövrlərdə baş verən institusional dəyişikliklərə və beynəlxalq təcrübəyə əsaslanaraq Agentlik tərəfindən müzakirə üçün təklif olunan “Azərbaycan Respublikası dövlət su kadastrının aparılması qaydaları haqqında Əsasnamə”nin yeni layihəsi üzrə fikir mübadiləsi aparılıb.

Xüsusi olaraq səth və yeraltı su obyektlərinin kəmiyyət və keyfiyyət göstəriciləri üzrə monitorinqlərin və qiymətləndirmənin aparılması, məlumat bazasının, eləcə də avtomat informasiya sisteminin yaradılması, sudan istifadə sahəsində məlumatların təmin olunması sahəsində hər bir qurumun görəcəyi işlər müzakirə edilib və təşkilatlar üzrə kadastra daxil ediləcək məlumatların siyahısı müəyyən edilib.

Çıxışlarda su ehtiyatlarının, xüsusilə də yeraltı suların vəziyyətinə dair kadastrın yeni formatda hazırlanmasının vacibliyi vurğulanıb. Eləcə də dövlət su kadastrında müvafiq peyk məlumatlarından istifadəyə geniş yer verilməsi və s. istiqamətlərdə müzakirələr aparılıb.

Müzakirə zamanı səsləndirilmiş təklifləri nəzərə almaqla yekun layihə sənədinin qısa müddətdə işçi qrupunun üzvlərinə təqdim olunması qərara alınıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:68
embedMənbə:https://sia.az
archiveBu xəbər 24 İyul 2025 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see318

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see231

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see217

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see198

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see191

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see175

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see166

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see161

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see160

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see158

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see150

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see148

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see144

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see140

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see136

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri