Icma.az
close
up
RU
“Dövlət Suverenliyi Günü gələcək hədəflərə yönəlmiş milli strategiyanın simvoludur“ ŞƏRH OLUNDU

“Dövlət Suverenliyi Günü gələcək hədəflərə yönəlmiş milli strategiyanın simvoludur“ ŞƏRH OLUNDU

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Azərbaycan xalqının dövlətçilik tarixi çoxəsrlik bir yolun məhsulu olmaqla, həm böyük dövlətçilik ənənələrini, həm də milli azadlıq və suverenlik uğrunda mübarizə ənənəsini özündə ehtiva edir. Bu mənada Dövlət Suverenliyi Günü təkcə bir tarixi hadisənin xatırlanması deyil, həm də milli yaddaşın və siyasi kimliyin mühüm dayaq nöqtəsidir. Çünki suverenlik anlayışı yalnız beynəlxalq hüquqi status deyil, eyni zamanda xalqın öz taleyini müəyyən etmək, müstəqil qərarlar vermək, milli mənafelərə əsaslanan siyasət yürütmək imkanıdır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Kərimli deyib.

Deputat bildirib ki, Azərbaycanın müasir tarixində suverenlik uğrunda mübarizə mərhələləri bir tərəfdən azadlıq arzularının ifadəsi, digər tərəfdən isə geosiyasi reallıqlar fonunda böyük sınaqların yaşanması ilə xarakterizə olunur: “XX əsrin sonlarında Sovet İttifaqının dağılma dövründə Azərbaycanın siyasi səhnəsində baş verən proseslər milli suverenlik ideyasının aktuallığını daha da artırdı. 1990-cı illərin əvvəllərində daxili çəkişmələr, idarəetmə böhranı və separatizm meyilləri dövlət müstəqilliyimizi təhlükə altına salmışdı. Bu dönəmdə suverenliyin qorunması yalnız hüquqi sənədlərin imzalanması ilə deyil, həm də siyasi iradə və xalqın milli birliyi ilə təmin oluna bilərdi. Azərbaycan xalqı yaxşı anlayırdı ki, suverenliyin bərpası və qorunması yalnız müstəqilliyin elan olunması ilə bitmir, o, real dövlətçilik mexanizmlərinin qurulmasını, güclü orduya, möhkəm iqtisadi dayaqlara, sabit siyasi idarəetməyə əsaslanan bir modelin yaradılmasını tələb edir.
Ümummilli lider Heydər Əliyevin siyasi səhnəyə qayıdışı ilə Azərbaycan məhz bu mərhələyə qədəm qoydu. O, dövlət suverenliyinin yalnız formallıqda deyil, praktik müstəvidə bərqərar olması üçün qətiyyətli addımlar atdı. Konstitusiya qəbul olundu, ordu quruculuğu prosesi başlandı, iqtisadiyyatın açılması və beynəlxalq əməkdaşlıqların genişləndirilməsi istiqamətində strateji qərarlar verildi. “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın suveren iqtisadi siyasətinin təməl daşı oldu. Dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, milli maraqların beynəlxalq səviyyədə müdafiəsi, ərazi bütövlüyümüzün təmininə yönələn kurs məhz bu dövrdə əsaslı şəkildə formalaşdı.

Prezident İlham Əliyev dövründə isə dövlət suverenliyi anlayışı daha yüksək mərhələyə qalxdı. Azərbaycanın çoxşaxəli və müstəqil xarici siyasəti, regional və qlobal miqyasda artan rolu, enerji və nəqliyyat layihələrində mühüm tərəfdaş mövqeyinə yüksəlməsi suverenliyin real göstəriciləridir. Ən əsası, 2020-ci ildə Vətən müharibəsində tarixi qələbə qazanılması, 2023-cü ildə isə suverenliyin tam bərpa olunması bu anlayışı sadəcə hüquqi-siyasi kateqoriya olmaqdan çıxarıb real tarixi həqiqətə çevirdi. Dövlət suverenliyi artıq yalnız beynəlxalq hüquqda tanınan status deyil, xalqın iradəsi, dövlətin gücü və milli birliyin nəticəsi kimi konkret faktla təsdiqləndi.

Dövlət Suverenliyi Günü həm də çağırışdır: bu gün biz yalnız keçmişi xatırlamırıq, həm də gələcəyə baxırıq. Suverenliyin qorunması və möhkəmləndirilməsi davamlı siyasi iradə, iqtisadi müstəqilliyin dərinləşməsi, milli-mənəvi dəyərlərin gücləndirilməsi və müasir idarəetmə mexanizmlərinin tətbiqi ilə bağlıdır. Müstəqillik şəraitində əldə olunan nailiyyətlərin saxlanılması və yeni hədəflərə yönəldilməsi hər bir vətəndaşın məsuliyyəti olmaqla yanaşı, dövlətin inkişaf strategiyasının da ayrılmaz hissəsidir. Azərbaycan bu gün regionda sabitliyin və əməkdaşlığın təşəbbüskarı kimi çıxış edirsə, bu, məhz suverenlik prinsipinə sadiqlik sayəsində mümkün olmuşdur. Beləliklə, Dövlət Suverenliyi Günü təkcə tarixi yaddaşın qorunması deyil, həm də gələcək hədəflərə yönəlmiş bir milli strategiyanın simvoludur. O, Azərbaycan xalqının dövlətçilik yolunda çəkdiyi əzabların, qazandığı qələbələrin, əldə etdiyi təcrübənin və qarşıdakı vəzifələrin rəmzi olaraq hər zaman siyasi həyatımızda mühüm yer tutacaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 Sentyabr 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR işçilərinə mükafat – Rəsmi əmr FOTO

15 Sentyabr 2025 18:42see4285

İsrailin addımları artıq bütün dünyada narahatlıq yaradıb ŞƏRH

15 Sentyabr 2025 19:52see351

Alvarezlə Kroufordun döyüşü tarixə düşüb

15 Sentyabr 2025 00:08see261

Real ın oyunçusuna qırmızı verən hakim cəzalandırılacaq

14 Sentyabr 2025 17:05see146

Mövsümün sonunda Mançester Siti dən ayrılacaq

14 Sentyabr 2025 16:59see144

Yaşlanma əleyhinə inyeksiya

14 Sentyabr 2025 20:01see142

Xankəndidə erməni təxribata belə HAZIRLAŞIB VİDEO

15 Sentyabr 2025 00:52see141

Ramzan Kadırovun 17 yaşlı oğlunun yarım milyon dollarlıq saatı gündəm oldu

16 Sentyabr 2025 03:45see134

Qızılın qiyməti tarixi maksimumu yeniləyib

15 Sentyabr 2025 21:39see133

Operanın sərhədlərini aşan, ifası ilə insanlıq dərsi verən tenor Luçano Pavarotti

15 Sentyabr 2025 02:00see131

İsrail ordusu Nəbatiyəni vurdu: Hədəf...

15 Sentyabr 2025 23:45see130

Geosiyasətin cinayət yolu...

15 Sentyabr 2025 13:28see129

Braziliya lideri Trampı dürüst dialoqa çağırdı

14 Sentyabr 2025 20:42see125

Mehinin toyu olacaq

15 Sentyabr 2025 21:33see122

Fələstinlilər kütləvi şəkildə Qəzzanı TƏRK EDİRLƏR

16 Sentyabr 2025 00:17see121

Ukraynalı səfir infarkt keçirdi

14 Sentyabr 2025 21:34see119

Premyer Liqa: Mançester Siti dən rahat qələbə

15 Sentyabr 2025 00:54see119

Təəssüf: Türkiyə yığması qitə çempionu ola bilmədi

15 Sentyabr 2025 00:04see118

20 min dollarlıq analıq: Təklifi qəbul etsəniz...

15 Sentyabr 2025 18:12see118

Hindistanda qəzaya uğrayan təyyarədə sağ qalan yeganə şəxs evinə qayıda bilmir

15 Sentyabr 2025 20:51see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri