Icma.az
close
up
RU
Dövlət Suverenliyi Günü tarixi yolun mühüm nəticəsidir ŞƏRH

Dövlət Suverenliyi Günü tarixi yolun mühüm nəticəsidir ŞƏRH

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 20 sentyabr, AZƏRTAC

Azərbaycan xalqı müstəqil dövlətini qurmaq və qorumaqla yanaşı, öz ərazisinin bütövlüyü uğrunda uzunmüddətli mübarizə aparıb.

Bu gün - sentyabrın 20-də qeyd edilən Dövlət Suverenliyi Günü məhz həmin tarixi yolun mühüm nəticəsini – Azərbaycan Respublikasının bütün ərazisində dövlət hakimiyyətinin və konstitusiya quruluşunun tam bərpa olunmasını simvolizə edir. Suveren dövlət öz ərazisində qanunvericilik, icra və məhkəmə hakimiyyətini həyata keçirir, dövlət sərhədlərini qoruyur, ictimai təhlükəsizliyi təmin edir, vətəndaşlarının hüquq və azadlıqlarının müdafiəsinə cavabdeh olur.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə deyib.

O xatırladıb ki, Azərbaycanın müstəqilliyinin bərpasından sonra ölkənin ərazi bütövlüyünün pozulması dövlət suverenliyinə qarşı ən ciddi çağırışlardan birinə çevrilib: “Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ölkə ərazilərinin işğal olunması yalnız torpaqların itirilməsi deyildi, həm də Azərbaycan dövlətinin həmin ərazilərdə öz konstitusion hakimiyyətini həyata keçirmək imkanının məhdudlaşdırılması demək idi. İşğal dövründə Azərbaycan ərazilərinin beynəlxalq səviyyədə tanınmış dövlət sərhədləri daxilində qalması heç vaxt dəyişməyib. Beynəlxalq hüquq baxımından həmin ərazilərin statusu Azərbaycan Respublikasının suveren ərazisi olaraq qalıb.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələr də Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyib. Lakin qətnamələrin icra olunmaması uzun illər ərzində regionda davamlı təhlükəsizlik probleminin qalmasına səbəb olub. Belə bir şəraitdə Azərbaycan üçün ərazi bütövlüyünün bərpası yalnız milli məqsəd deyil, həm də beynəlxalq hüquqla tanınmış hüquqlarının təmin edilməsi məsələsi idi”.

“Uzun illər Azərbaycan məsələnin sülh yolu ilə həllinə çalışdı. Beynəlxalq vasitəçilik mexanizmləri çərçivəsində danışıqlar aparıldı. Lakin prosesin nəticəsiz qalması işğalın uzanmasına gətirib çıxardı. Bu təcrübə bir daha göstərdi ki, beynəlxalq hüququn prinsipləri yalnız sənədlərdə təsbit olunmaqla kifayətlənməməli, onların həyata keçirilməsi üçün effektiv mexanizmlər də mövcud olmalıdır.

2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsi isə Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin əsasını qoydu. 44 gün davam edən müharibə nəticəsində Azərbaycan Silahlı Qüvvələri işğal altında olan ərazilərin böyük hissəsini azad etdi. Şuşanın azad olunması müharibənin həlledici hadisələrindən biri oldu. 2020-ci ilnoyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması təmin edildi. Beləliklə, Azərbaycan öz ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi nəticə əldə etdi. Lakin dövlət suverenliyi anlayışı əraziyə sahib olmaqla məhdudlaşmır. Ərazinin dövlətə məxsus olması ilə həmin ərazidə dövlət hakimiyyətinin faktiki və tam həyata keçirilməsi arasında mühüm fərq var. Məhz buna görə 2020-ci ildən sonra qarşıya qoyulam yeni vəzifə Azərbaycan Respublikasının bütün ərazisində konstitusion quruluşun və dövlət hakimiyyətinin tam bərpası oldu. Nəticədə 2023-cü ilin sentyabrında proses yeni mərhələyə keçdi. Sentyabrın 19-da Azərbaycan Qarabağ iqtisadi rayonunda antiterror tədbirlərinə başladı. Azərbaycan dövlətinin açıqlamasına əsasən, tədbirlərin əsas məqsədləri genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilməsi və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpası idi. Əməliyyat 23 saat 43 dəqiqə davam etdi. Bu müddət ərzində qarşıya qoyulan hərbi və siyasi məqsədlərə nail olundu. Sentyabrın 20-də separatçı rejim öz fəaliyyətinə son verdiyini elan etdi”, - deyə deputat vurğulayıb.

Şahin Seyidzadə bildirib ki, bu hadisənin əsas siyasi-hüquqi nəticəsi Azərbaycan Respublikasının öz suverenliyini ölkənin bütün ərazisində tam şəkildə təmin etməsidir: “Dövlət suverenliyi hər bir xalqın sahib olabiləcəyi ən qiymətli siyasi nailiyyətlərdən biridir. O, xalqın öz taleyini müəyyənləşdirmək hüququnu, dövlətin müstəqilliyini, ərazi bütövlüyünü və konstitusion hakimiyyətin aliliyini özündə birləşdirir. Azərbaycanın müasir tarixi suverenliyin nə qədər böyük əhəmiyyət daşıdığını bütün aydınlığı ilə göstərir. Sentyabrın 20-nin Dövlət Suverenliyi Günü kimi təsis edilməsi bu tarixi nəticənin milli yaddaşda əbədiləşdirilməsidir. Bu tarix həm keçmişin yekunu, həm bu günün reallığı, həm də gələcəyin başlanğıcıdır. Azərbaycan xalqının uzun illər ərzində apardığı mübarizənin nəticəsi olaraq bu gün ölkənin bütün ərazisində Bayrağımız dalğalanır, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları bütün ölkə ərazisində qüvvədədir. Beləliklə, suverenlik Azərbaycan üçün yalnız sərhədlərin müəyyən etdiyi məkan deyil. O, milli iradənin, dövlət müstəqilliyinin, hüquqi hakimiyyətin, tarixi yaddaşın və gələcəyə inamın vəhdətidir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Sentyabr 2026 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri