Icma.az
close
up
RU
Dövlət Suverenliyi Günü Dövlətçiliyimizin qürur tarixidir ŞƏRH

Dövlət Suverenliyi Günü Dövlətçiliyimizin qürur tarixidir ŞƏRH

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Hər bir xalqın və dövlətin tarixində onun müstəqilliyini, azadlığını və suverenliyini əks etdirən önəmli günlər vardır. Azərbaycan tarixində belə mühüm günlərdən biri də 20 Sentyabr – Dövlət Suverenliyi Günüdür. Ölkəmizin suveren dövlət kimi mövcudluğunu, xalqın öz taleyinə sahib çıxmaq əzmini və dövlət müstəqilliyinin bərqərar olunmasında atılmış əhəmiyyətli addımı təcəssüm etdirir.

1991-ci ilin əvvəllərində Sovet İttifaqında baş verən siyasi, iqtisadi və social böhranlar ittifaq respublikalarında müstəqillik hərəkatlarını gücləndirdi. Azərbaycan xalqı da öz azadlığı və dövlət suverenliyi uğrunda mübarizəyə qalxmışdır. Bu hərəkatın nəticəsi olaraq, 1991-ci ilin 20 sentyabrında Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Suverenliyi haqqında” Konstitusiya Aktını qəbul etdi. Bu sənəd Azərbaycan dövlətçiliyinin bərpası yolunda atılan həll edici addımlardan biri oldu.

Konstitusiya Aktı Azərbaycanın siyasi, iqtisadi, hərbi və mədəni sahələrdə müstəqilliyini təsdiqlədi. Azərbaycan xalqının öz taleyini özü müəyyən etmək hüququ tanındı, respublikanın qanunvericilik və idarəetmə orqanları tam müstəqil fəaliyyət göstərməyə başladı.

Bu gün Azərbaycan Respublikası müstəqil və suveren bir dövlət olaraq beynəlxalq aləmdə layiqli yerini tutur. 1991-ci ildən bəri ölkədə dövlət quruculuğu istiqamətində böyük nailiyyətlər əldə edilmiş, iqtisadiyyat güclənmiş, ordu quruculuğu sahəsində ciddi irəliləyişlər olmuşdur.

Ermənistanın 2020-ci il Tovuz hadisələri ilə başlayan növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına Azərbaycanın verdiyi cavab nəticəsində, 27 sentyabrda başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi ilə Ermənistan ordusunu darmadağın etdi və tarixi Zəfər qazandı. Müharibə nəticəsində işğal edilmiş ərazilərimiz azad edildi, Kəlbəcər, Ağdam və Laçın rayonlarında yerləşən Ermənistan silahlı qüvvələri isə həmin ilin sonuna qədər ərazidən çəkildilər. Bununla da torpaqlarını 30 illik işğaldan azad edən Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirmiş oldu.

2023-cü ilsentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə böyük əməliyyatlara başlanıldı. Cəmi 23 saat davam edən dövlət suverenliyinin tam bərpası əməliyyatı nəticəsində müzəffər Azərbaycan Ordusu qarşısındakı bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Qondarma dağlıq Qarabağ rejimi özünü buraxdığını elan etdi. Bununla da Azərbaycanın bütün əraziləri üzərində suverenliyini tam bərpa etdi. Hakimiyyətin aliliyi və nəzarət funksiyası tam şəkildə bərpa olundu.

2024-cü ilin 19 sentyabr tarixində Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalamışdır. Beləliklə, hər il 20 Sentyabr – Dövlət Suverenliyi Günü kimi qeyd olunur.

Suveren dövlət – beynəlxalq hüquqda ali hakimiyyəti təmsil edən, öz dövlətinin daxili və xarici siyasətində tamamilə müstəqil olan, başqa dövlətin hakimiyyətindən asılı olmayan və hansısa bir coğrafi ərazidə suverenliyi olan dövlət deməkdir. Dövlət suverenliyi – hər bir xalqın azad yaşamaq, özünü idarə etmək, milli dəyərlərini qorumaq və inkişaf etdirmək hüququdur. Bu prinsip beynəlxalq hüququn əsasını təşkil edir. Azərbaycan üçün suverenlik təkcə siyasi müstəqillik deyil, həm də iqtisadi azadlıq, mədəni dəyərlərin qorunması və milli maraqların təmin olunması deməkdir.

20 Sentyabr – Dövlət Suverenliyi Günü xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin simvoludur. Bu gün, yalnız tarixə nəzər salmaqla kifayətlənmir, həm də gələcək nəsillərə dövlətçilik ruhunun aşılanması, milli birlik və həmrəyliyin möhkəmləndirilməsi üçün mühüm bir vəsilədir. Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” 2024-cü il 28 dekabr tarixli Sərəncam imzalamış və 2025-ci il 11 fevral tarixində müvafiq Tədbirlər Planını təsdiq etmişdir.

Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi mühüm siyasi və tarixi əhəmiyyət daşıyan qərarlardan biridir. Bu təşəbbüs Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcını simvolizə edir. Həm konstitusiya prinsip və dəyərlərinin möhkəmləndirilməsi, həm də milli suverenliyin tam bərpası bu ilin əsas məzmununu təşkil edir.

Saleh Məhərrəmov,

Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:514
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Sentyabr 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see506

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see315

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see305

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see252

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see238

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see238

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see236

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see233

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see227

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see224

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see224

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see219

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see214

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see210

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see201

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see200

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see197

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see196

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri