Dövlət televiziyasında onu öldürəcəklərini elan etdilər Foto
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
İran dövlət televiziyası yayımladığı proqramda İsrail Baş naziri Benyamin Netanyahunu da əhatə edən “ölüm siyahısı”nı nümayiş etdirib.
“Qafqazinfo” xəbər verir ki, proqram zamanı iranlı aparıcı ivrit dilində “Ölüm vaxtınızı müəyyən edəcəyik, Əbabili gözləyin”, - deyib.
Bu açıqlama ABŞ və İran arasında nüvə danışıqlarının 6 fevralda Omanın paytaxtı Məsqətdə yenidən başlaması ilə üst-üstə düşür. Danışıqlar Vaşinqton və Tehran arasında gərginliyin artdığı və ABŞ-nin bölgədə hərbi mövcudluğunu genişləndirdiyi bir dövrdə aparılıb.
İranın ali lideri Ayətullah Əli Xameneinin müşaviri Əli Şamxani bildirib ki, danışıqlar realist və həddindən artıq tələblərdən azad olarsa, müsbət irəliləyiş əldə edilə bilər.
Eyni zamanda, ABŞ administrasiyası mümkün hücum planlarının bir hissəsi olaraq “USS Gerald R. Ford” təyyarədaşıyan gəmisini və onu müşayiət edən gəmiləri Yaxın Şərqə göndərib.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 14 Fevral 2026 07:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















