Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Dövlət universitetlərində təhsil niyə ödənişli olmalıdır?

Dövlət universitetlərində təhsil niyə ödənişli olmalıdır?

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dövlət İmtahan Mərkəzi avqustun 22-də 2025/2026-cı tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.

Müsabiqənin nəticələrinə əsasən, 57 236 nəfər (o cümlədən 6 461 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27 956 (o cümlədən 1 728 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 29 280 (o cümlədən 4 733 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.  2025-ci ildə qeyri-dövlət ali təhsil müəssisələrinin bakalavr pilləsinə ümumilikdə 7 961 nəfər qəbul olunub. Bu göstərici əvvəlki illərlə müqayisədə artım tendensiyasını göstərir.

Bakalavr pilləsinə qəbul olan tələbələrdən 7 382 nəfəri əyani, 579 nəfəri isə qiyabi təhsil formasını seçib. Bakalavr səviyyəsində 2020-ci ildə 5 433 nəfər qəbul olunmuşdursa, bu rəqəm 2025-ci ildə 7 961 nəfərə yüksəlib. Maraq doğuran odur ki, ali təhsil müəssisələrinə ödənişli əsaslarla qəbul olunan abituriyentlərin sayı dövlət sifarişi əsasında qəbul olunanlardan çoxdur. Qeyd edək ki, bir sıra ölkələrdə dövlət ali təhsil müəssisələrində ödənişli təhsil yoxdur. Son illər Azərbaycanda dövlət sifarişli yerlərin sayı artırılsa da fakt odur ki, bu gün ödənişli əsaslarla qəbul olunanlar daha çoxdur.

Dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsilin ləğvi mümkündürmü?   

Məsələ ilə bağlı təhsil üzrə ekspert Məzahir Məmmədli “Cebheinfo.az”-a bildirib ki, adından da bəlli olduğu kimi dövlət universitetlərində ödəşli təhsil olmamalıdır:

“Yəni bu, dövlət universitetidir. Məsələn, bir universitetin qəbul planı 5-10 min olsa da, onun 60 faizi ödənişlidir. Bu universitetlərdə təqaüdlə bağlı da problem var.

Beynəlxalq təcrübədə belədir ki, qəbul olunan şəxs onun qoyduğu standartları ödəyibsə, o halda universitet ona təqaüd ayırır, onun yerləşməsi, oxuması və kampusla təmin olunmaq kimi bütün maliyyə problemlərini qarşılayır. Ancaq bizdə bu yoxdur.

Ona görə də bizim modelimiz artıq buna uyğunlaşmalıdır. Biz artıq bir neçə ildir ki, “Boloniya sistemi”nə (“Bolonya sistemi” Avropa təhsil məkanına inteqrasiya üçün imkanlar yaratdı. Universitetlər arasında əlaqələr genişləndi, beynəlxalq əməkdaşlıq artdı və diplomların ekvivalentliyi təmin olundu. Xaricdə tanınan diplomlar vasitəsilə Avropa ilə təhsil əlaqələri gücləndi) qoşulmuşuq.

Ancaq hələlik nəticələr yoxdur. Özəl universitetlə, dövlət universiteti arasındakı fərqə görə təxminən 45 faizə qədər pulsuz oxuyanlardır. Digər tərəfdən universitetlərin çoxu publik hüquqi şəxsə çevrildiyinə görə, artıq güzəştə getmək  istəmirlər ki, “biz özümüzü maliyyələşdiririk”.

Bu halda onlar dövlət adından imtina etməlidirlər, yəni adlarından “dövlət” adı çıxarılmalıdır, digər özəl universitetlər kimi akkreditasiya qaydaları ona uyğun qurulmalıdır. Bu gün artıq özəl universitetlərdə də dövlət hesabına oxuyanlar var. Fikrimcə, Avropa, Qərb universitetləri elan verir ki, “bizə filan səviyyədə qəbul aparılır”.

Məsələn, Azərbaycanda ADA universiteti o qəbulu apara bilir. Biz DİM qəbulundan kənar müstəqil qazananları, beynəlxalq standartlara uyğun da qəbul etməliyik. Universitet özü üçün prioritet müəyyənləşdirməlidir ki, hansı səviyyədə tələbələrə ehtiyacı var. 

DİM onları qruplara ayırmamalıdır, o standartları müəyyən etməlidirlər. Universitet özü tələbə qəbulunu aparmalıdır ki, “mən o səviyyədə tələbə istəyirəm”. O halda müəyyən olunacaq ki, kim pullu, kim pulsuz oxuyur. Pulsuz oxuyanlar dövlət universitetlərinə üz tutacaq, zəif nəticə göstərənlər isə ödənişli universitetlərdə oxuyacaqlar”.

Onun sözlərinə görə, bizim qəbul qaydalarımız ancaq DİM-in təyin etdiyi standartlardan keçir. Ondan kənar təhsil alan heç kimin diploma tanınmır:

“Bu gün 600 və ondan yüxarı nəticə göstərənlər var ki, kəsiliblər. Bu o deməkdir ki, topladığı bal həmin abituriyentin universitetdə təhsil almasına imkan verir. Ancaq hansısa səbəbdən o kənarda qalıb və o bir də gələn il müraciət edə bilər. Bu il ali məktəblərdə 5 min yer artırıldı.

Ümumiyyətlə, dövlət universitetlərində ödənişli qəbulun ləğv edilməsinə gəldikdə, inanmıram ki, bu reallaşsın. Çünki universitetlərin bəhanəsi odur ki, publik hüquqi şəxsdir və özümüzü maliyyələşdirməliyik. Dövlət büdcəsindən ancaq dövlət hesabına qəbul olunanların pulunu alırlar.

Məsələn, Türkiyə universitetlərinə qəbul olan və burs qazanan tələbə  pulsuz oxumaq hüququ qazanır. Bizdə isə belə təşəbbüslər yoxdur. Yəni “bu qədər nəticə göstəribsə, bizim universitetin tələbəsi olsun” kimi bir mexanizm yoxdur. 

Əvvəl axır bu olmalıdır. Çünki artıq qəbul qaydaları dəyişməlidir, fərqli standartlar qəbul olunmalıdır. Ödənişsiz fakültələrə üstünlük verilməlidir”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: Dövlət universitetləri təhsil Məzahir Məmmədli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:220
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Avqust 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see381

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see374

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see357

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see344

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see247

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see242

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see241

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see234

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see234

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see227

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see221

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see217

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see215

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see209

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see202

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see186

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see183

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see173

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see163

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri