Icma.az
close
up
RU
Qarabağ azarkeşlərinin sevimlisinə çevrilən və Avropa klublarının diqqət mərkəzinə düşən qolkiper Mateuş Koxalski kimdir?

Qarabağ azarkeşlərinin sevimlisinə çevrilən və Avropa klublarının diqqət mərkəzinə düşən qolkiper Mateuş Koxalski kimdir?

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Futbolda meydandakı bütün mövqe oyunçularının səhvi müəyyən mənada sığortalana bilər. Yeganə amplua qapıçıdır ki, onun etdiyi yanlışlıq komandanı dərhal çıxılmaz vəziyyətə salır. Çünki qolkiperdən geridə artıq heç kim yoxdur. Elə buna görə də "yaxşı qapıçı komandanın yarısıdır" ifadəsi futbol dünyasında təsadüfən yaranmayıb. Həmin "yaxşı qapıçılardan" biri isə artıq azərbaycanlı azarkeşlərə də kifayət qədər tanışdır. Söhbət "Qarabağ"ın polşalı qapıçısı Mateuş Koxalskidən gedir.

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Atlılar"ın qapıçı dərdi

Azərbaycanı avrokuboklarda uğurla təmsil edən "Qarabağ" həmişə stabil və etibarlı qapıçıya sahib olmağa çalışıb. Ağdam təmsilçisi son illərdə uzun müddət bu mövqedə arzulanan səviyyədə davamlılıq tapa bilmirdi. Bu baxımdan İbrahim Şehiçi müəyyən mənada istisna hesab etmək olar. Lakin onun da həlledici məqamlarda yol verdiyi səhvlər az olmayıb.

Uzun illərdir komandanın formasını geyinən Şahruddin Məhəmmədəliyev barədə isə geniş danışmağa ehtiyac yoxdur. Azərbaycan millisinin də üzvü olan qapıçı çevik reaksiyası ilə seçilsə də, ayaqla oyunda yaşadığı çətinliklər "Qarabağ"ın geridən oyun qurmaq planlarına ciddi maneə yaradır. Hücumu başladarkən etdiyi səhvlər bir çox qarşılaşmada komandaya baha başa gəlib. Məhz bu səbəbdən klub qapı xəttindəki problemi əsasən müvəqqəti həll yolları ilə aradan qaldırmağa çalışıb. Asmir Beqoviç və Andrey Lunyovun icarəyə götürülməsi bunun bariz nümunəsidir.

Ötən yay isə "Qarabağ" bu mövqedə daha köklü dəyişikliklərə getdi və iki legioner qapıçı transfer etdi. Əvvəlcə Portuqaliya "Vizela"sından Fabiyan Buntiç heyətə qatıldı. Azarkeşlərin əksəriyyəti məhz onun əsas qolkiper olacağını düşünsə də, çox keçmədən daha bir transfer reallaşdı. Polşanın "Stal Myelets" klubundan 900 min avroya Mateuş Koxalski alındı. 2024-cü ildə ölkəsində ilin ən yaxşı qapıçısı seçilən qolkiperin "Qarabağ"a gəlişi azarkeşlər tərəfindən böyük məmnuniyyətlə qarşılandı.

Kimdir Koxalski?

Mateuş 25 iyul 2000-ci ildə Polşanın Svidnik şəhərində anadan olub. Qolkiper karyerasına "Lyublin" futbol akademiyasında başlayıb. 2015-ci ildən etibarən "Legiya" klubunun gənclərdən ibarət komandasında çıxış edən Koxalski bir il sonra Varşava təmsilçisinin U-19 kollektivinə cəlb olunub. 2017-ci ildə isə artıq klubun ikinci komandasında forma geyinməyə başlayıb.

Karyerası ərzində Polşada "Legiya" ilə yanaşı, "Leginoviya", "Radomyak Radom" və "Stal Myelets" klublarının qapısını qoruyan Mateuş əsas uğurlarını məhz "Stal Myelets"də qazanıb. 2023-2024 mövsümündə meydana çıxdığı 33 oyunun doqquzunda qapısını toxunulmaz saxlayan qolkiper ümumilikdə 111 qurtarışla yadda qalıb. Bu göstəricilər ona ölkəsində "Mövsümün qapıçısı" mükafatını qazandırıb.

"Qarabağ"da yaxşı başlanğıc

Mateuş Koxalski "Qarabağ"a gəldiyi ilk günlərdən etimadı doğrultmağı bacarıb. Polşalı çox qısa müddətdə əsas heyətin dəyişməz üzvünə çevrilib və sabit, etibarlı oyunu ilə seçilib. Onun ayaqla oyunu yüksək səviyyədədir ki, bu da "Qarabağ"ın geridən pasla oyun qurmağa əsaslanan sisteminə tam uyğundur. Koxalskinin müdafiəçilərlə qarşılıqlı anlaşma səviyyəsinin yüksək olması da meydanda özünü açıq şəkildə göstərir. Bütün bunların fonunda qapıçı baş məşqçinin də tam etimadını qazanıb.

Mövsümün geridə qalan hissəsində bütün turnirlərdə 20 oyunda meydana çıxan Koxalski altı qarşılaşmada qapısını toxunulmaz saxlayıb. Onun xüsusilə Çempionlar Liqasındakı performansı azarkeşlərin rəğbətini qazanmasına səbəb olub.

Polşalı qolkiper "Napoli" ilə qarşılaşmada etdiyi qurtarışlarla gündəmə gəlib. Həmin oyunda səkkiz seyvə imza atan və bir penalti zərbəsini dəf edən Koxalski matça damğa vurub. Bu möhtəşəm performansdan sonra 25 yaşlı qapıçı Çempionlar Liqasında həftənin rəmzi "11-liy"inə də seçilib.

Yeddi milyon avro...

Mateuş Koxalskinin "Qarabağ"dakı uğurlu çıxışı Polşada da diqqətdən kənarda qalmayıb. Təsadüfi deyil ki, bu performansdan sonra qolkiper ilk dəfə Polşa millisindən dəvət alıb. Bu fakt onun karyerasında növbəti vacib mərhələ olmaqla yanaşı, "Qarabağ" üçün də görülən işin doğru istiqamətdə getdiyini göstərir.

Koxalski artıq Avropanın aparıcı klublarının maraq dairəsinə düşüb. Mətbuatda onun adı "Napoli", "Borussiya Dortmund" və "Benfika" kimi klublarla hallanır. Məlumatlara görə, "Qarabağ" polşalı qapıçı üçün təxminən yeddi milyon avro tələb edir. Koxalskinin klubla müqaviləsi 2027-ci ilə qədər qüvvədədir və tərəflərin anlaşmanı daha bir il uzatmaq imkanı da mövcuddur.

İndiyə qədər nümayiş etdirdiyi performans Koxalskinin "Qarabağ" üçün qapı xəttində uzunmüddətli və etibarlı həll ola biləcəyini deməyə əsas verir. Bununla yanaşı, futbolun biznes olduğunu da unutmamaq lazımdır. Əgər "Qarabağ" futbolçunun satışından ciddi maliyyə gəliri əldə edə biləcəksə, bu addımı atmaq klub üçün tam məntiqli görünür. Belə bir transferin reallaşması Azərbaycan futbolu tarixində yeni rekord ola bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://oxu.az
archiveBu xəbər 11 Yanvar 2026 21:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri