Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Röya tanınmaz obrazda (Foto/Video)

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dövlət vətəndaşların hüquqlarının təminatçısıdır

Dövlət vətəndaşların hüquqlarının təminatçısıdır

Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hüquqi dövlət quruculuğunun ayrılmaz hissəsi olan vətəndaş cəmiyyəti dövlətçiliyin əsaslarının möhkəmlənməsi üçün əvəzedilməzdir.

İnsan haqları və azad vətəndaş hüquqlarının əsas məğzi ondan ibarətdir ki, bütün insanlar irqindən, dinindən, mənsubiyyətindən, cinsiyyətindən asılı olmayaraq bərabər hüquqa malik olmalıdırlar. Bu beynəlmiləl qərarlar əlbəttə ki, ölkəmizdə də xüsusi diqqət ayrılan vacib məsələlərdəndir. Azərbaycan tərəfdaşı olduğu beynəlxalq konvensiyaların tövsiyə və tələblərindən irəli gələn bütün məsələlərə daima diqqət edir. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkədə azad vətəndaş cəmiyyətinin formalaşması və ictimai iştirakçılığın təmin olunması istiqamətində çox böyük işlər görülmüşdür. Prezidentin ictimai nəzarətin gücləndirilməsi barədə göstəriş və tapşırıqları bu sferanın inkişafına təkan verən amillərdəndir. Bu isə ölkədə azad söz, azad fikir, ədalətli məhkəmə sisteminin qurulmasının birbaşa göstəricisi kimi səciyyələndirilir, Azərbaycanın hüquqi, demokratik, dünyəvi dövlət olmasını şərtləndirir. 

Azərbaycan Respublikası insan hüquqları sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı inkişaf etdirmiş, insan hüquqlarının müdafiəsi sahəsində 50-dən çox beynəlxalq sənədə tərəfdaş çıxmış və bu sahədə beynəlxalq öhdəliklərin həyata keçirilməsində mühüm nailiyyətlər əldə etmişdir. Bu baxımdan Ombudsmanın yaradılması hüquqi dövlətin formalaşmasında ən vacib elementlərindən biri kimi qəbul olunmuşdur. Hadisələrin inkişafı Azərbaycanda Ombudsman instİtutu yaradılması zərürətini gündəmə gətirmişdir.  28 dekabr 2001-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanunu qəbul edildi, 5 mart 2002-ci ildə isə ölkə başçısı tərəfindən bu qanunun tətbiq edilməsi haqqında Fərman imzalandı və beləliklə də təsisatın yaradılması və fəaliyyət göstərməsi üçün hüquqi baza yaradıldı. Azərbaycan Respublikasının insan hüquqları üzrə Müvəkkili (Ombudsman) Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, Azərbaycan Respublikasının dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi bu Konstitusiya Qanunu ilə müəyyən edilmiş hallarda insan hüquqları pozuntularının qarşısının alınması üçün təsis edilmişdir. Məlumat üçün bildirirəm ki, Müvəkkilin insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti insanların vətəndaş hüquqlarının və azadlıqlarının qorunmasını, ona əməl edilməsini, təmini vəziyyətinin öyrənilməsini, monitorinqini və təhlilini, habelə çatışmazlıqların və pozuntuların aşkar edilməsini, pozulmuş hüquqların bərpasını və pozulmasının qarşısının alınmasını özündə ehtiva edir. Bununla yanaşı qeyd edim ki, uzun illər əvvəl Azərbaycanda təmiz ekoloji mühitin formalaşması üçün dövlət səviyyəsində verilən fərman və sərəncamlar icra edilmiş, böyük layihələr həyata keçirilmişdir. Qoruqların yaradılması, şirin su hövzələrinin, yaşıllığın qorunması, böyük çayların çirkləndirilməsinin qarşısının alınması istiqamətində uzun illərdir qanunlar işlənib hazırlanıb və mükəmməl hüquqi baza yaradılmışdır. Elə bu da insan sağlamlığını qoruyan əsas amillərdir ki, dövlətimiz bu sahəyə daima nəzarəti gücləndirir. Ermənistanın Azərbaycanda törətdiyi ekoloji “terrorun” aradan qaldırılması istiqamətində də “Qarabağa qayıdış” proqramı çərçivəsində dövlət başçısının xüsusi fərman və tapşırıqları vardır. Hələ Ulu Övdər Heydər Əliyevin rəhbərliyi dövründə qanunvericilikdə insan haqları və azad vətəndaş cəmiyyətinin formalaşması istiqamətində beynəlxalq hüquqi baza yaradılmışdır. Prezident İlham Əliyevin rəhbərliyi dövründə isə bu qanunlar təkmilləşdirilərək beynəlxalq konvensiyaları nəzərə almaqla daha da mükəmməl hüquqi baza yaradılmasına nail olunmuş, hüquqi, demokratik, dünyəvi, inkişaf etmiş bir dövlət modeli yaradılmışdır. 

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiysının (COP29) Bakı bəyənnaməsi

Xatırladaq ki, Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmuşdur. Elə COP29-a Azərbaycanın ev sahibliyi etməsi də onu göstərir ki, ölkədə bu sahəyə diqqət uzun illərdir vardır. Bakıda keçirilən COP29 qlobal səviyyədə dayanıqlı inkişaf və iqlim dəyişmələrinə qarşı mübarizə sahəsində meydana çıxan qolabal problemləri diqqət mərkəzinə çəkib. Qeyd etmək yerinə düşər ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsinin dayanıqlı inkişaf üzərindəki uzunmüddətli təsirləri ekoloji proqramların diqqət mərkəzində olub. Danılmaz faktdır ki, ölkəmizdə azad, təşəbbüskar, inklüziv vətəndaş cəmiyyəti formalaşıb. Məlumdur ki, bütün dünya COP29 zamanı müxtəlif formatlı, hətta kifayət qədər tənqidi mövqedə olan vətəndaş cəmiyyətinin aksiyalarını məhz Azərbaycanda izləyə bildi. İştirakçılar vətəndaş cəmiyyəti üçün yaradılan inklüziv şəraitdən məmnun qaldıqlarını dəfələrlə dilə gətirirdilər. Azərbaycanın COP29-a sədrliyi həm Mavi Zonada, həm də Yaşıl Zonada QHT-lər üçün xüsusi pavilyon ayrılmasına dəstək olmuşdu. Eyni zamanda, Konvensiya katibliyinə müraciət etməklə, bir çox QHT, həmçinin Azərbaycandan olan vətəndaş cəmiyyəti nümayəndələri Mavi Zonada müəyyən olunmuş yerlərdə aksiyalar keçirə bildilər. Beləliklə, Bakıda keçirilən COP29 bütün maraqlı tərəflərin səslərinin eşidildiyi platforma kimi yadda qaldı. Bunu bir çox ölkələr, dünya üçün ən yaxşı təcrübə hesab edir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yekununda qəbul edilən qərarlar bəşəriyyətin gələcəyi üçün müstəsna önəm daşıyır. Bu qərarlardan bir neçəsini qeyd edək:

 1. Bakı Maliyyə Məqsədi (BMG) barədə razılığın əldə olunması 2. 2015-ci ildən bəri ilk dəfə olaraq COP29-da Paris Sazişinin 6-cı maddəsi tam şəkildə işlək vəziyyətə gətirildi 

3. İtki və Zərər Fondu tam şəkildə institutlaşdırıldı 

4. Bakı Adaptasiya Yol Xəritəsi yaradıldı 

5. İqlim dəyişmələri ilə mübarizədə dönüş nöqtəsi 

Təbiətdə insan əli ilə yaradılan fəsadlar - Bəşəriyyəti məhvə sürükləyən fəlakətlər və faciələr 

Təbiətə və insan orqanizminə böyük təhlükə və təhdid yaradan yararsız yanacaq və tullantıların yandırılması nəticəsində meydana gələn qazlarıdır. Bu mənada iqlim dəyişikliyinə səbəb olan əsas qazlar isə karbon və metandır. Həmin zəhərli qaz avtomobillərin işlətdiyi yanacqdan və digər tullantılar yandırdıqda əmələ gəlir. Sadə dildə desək, bu qazlarının əsas mənbələri enerji, sənaye, nəqliyyat, binalar, kənd təsərrüfatı və torpaqdır. BMT-nin rəsmi məlumatlarında qeyd olunur ki, hər dəqiqə dünyada 20 nəfər müharibə, təqib, qorxu və iqlim dəyişmələri nəticəsində yaşadığı evlərini tərk edir. Son illər dünyada baş verən qlobal istiləşmə iqlim dəyişməsinin baş verdiyini göstərdi. İqlim dəyişmələrinin fəsadları onu göstərir ki, 2050-ci ilə qədər dünyada 200 milyon iqlim köçkünü qeydə alınacaq. Bu mənada 2023-cü ildəki köçkünlərin ümumi sayına nəzər yetirib, əvvəlki illrlə müqayisə etsək görərik ki, onların sayı 108,4 milyon nəfərdən 117,3 milyona yüksəlib. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) rəsmi məlumatlarına görə isə, 2024-cü ilin mayına qədər bu say 120 milyon nəfərə qədər yüksəlib. Evlərini tərk edənlərin əksəriyyəti (68,3 milyon) məcburi köçkünlərdir, 43,4 milyon nəfərin isə hətta başqa ölkələrə köç etiyi rəsmi məlumatlarda öz əksini tapıb. Dünya həyəcan təbili çalır. Bildirilir ki, ətraf mühit mühafizəçiləri qlobal istiləşmələrin və ekstremal hava şəraitinin bundan sonra da artacağını proqnozlaşdırırlar. Bu da miqrantların geniş əraziləri əhatə edəcəyinin göstəricisidir. Bu baxımdan ətraf mühitin ən böyük mühafizəçisi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyalarıdır (COP). Elə Bakıda keçirilmiş COP29 bu böhranın qarşısının alınması yollarının nəzərdən keçirilib qərarlar qəbul edilməsinə hesablanmış və təcili ölçülər götürülməsini nəzərdə tutmuşdur. İqlimşünas alimlər apardıqları tədqiqatların və müşahidələrin nəticəsində sübut ediblər ki, son 200 ildə qlobal istiləşmənin və iqlim dəyişməsinin demək olar ki, böyük əksəriyyətində insanlar məsuliyyət daşıyırlar. Son olaraq onu qeyd edək ki, sadalanan problemlərin əsasında vətəndaş məsuliyyəti və maarifləndirmə dayanır. Onu da qeyd etmək yerinə düşür ki, COP29 ərəfəsində Azərbaycanın uğurlarına kölgə salmağa yönəlmiş böhtan kampaniyaları uğursuzluğa düçar olub. Həmin kampaniyalar əksər hallarda, ölkəmizin beynəlxalq nüfuzunu sarsıtmağa, onun daxili və xarici siyasətinə dair faktları təhrif etməyə, qlobal səviyyədə nüfuzuna xələl gətirməyə hədəflənmişdi. Bu həm də azad vətəndaş cəmiyyətinə yönəlmiş bir basqı idi. Ancaq Azərbaycan Respublikasının Prezidenti başda olmaqla hər kəs səfərbər olub bu kimi təzyiq və təhdidlərin qarşısını almağa nail ola bildi.

Subut Mehdiyev, araşdırmaçı jurnalist

Qeyd; Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)10 Dekabr  -Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə ənənəvi Jurnalist yazı  msabiqəsi üçün.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:276
embedMənbə:https://adalet.az
archiveBu xəbər 29 Noyabr 2024 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see394

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see351

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see326

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see282

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see279

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see265

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see250

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see230

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see230

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see225

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see221

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see221

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see220

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see219

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see213

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see207

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see205

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see194

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see190

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri