Icma.az
close
up
RU
Dövlətçilik tariximizin dirçəliş mərhələsi ŞƏRH

Dövlətçilik tariximizin dirçəliş mərhələsi ŞƏRH

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 13 iyun, AZƏRTAC

Tarix heç zaman təsadüflər üzərində qurulmur. Hər bir xalqın taleyində elə anlar, elə dönüş nöqtələri var ki, bu məqamlar yalnız zamanın deyil, həm də milli iradənin, liderlik fenomeninin və xalqla dövlət arasında formalaşan güclü bağların məhsuludur. Azərbaycan tarixində belə mühüm dönüş nöqtələrindən biri şübhəsiz ki, 15 İyun - Milli Qurtuluş Günüdür. Bu gün müasir dövlətçiliyimizin təməl prinsiplərinin qoyulduğu, milli birlik və sabitliyin bərpa edildiyi bir gün kimi tariximizə qızıl hərflərlə yazılıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib.

O xatırladıb ki, 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan dövləti çox qısa müddət ərzində bir sıra ciddi problemlərlə üzləşdi. Ermənistanın təcavüzü nəticəsində torpaqlarımızın bir hissəsi işğal olundu, dövlət institutları fəaliyyət qabiliyyətini itirdi, idarəçilik iflic vəziyyətə düşdü. Cəmiyyət daxilində qarşıdurmalar, çevriliş cəhdləri, iqtisadi və sosial böhranlar ölkəni xaosa sürükləyirdi. Xalqın dövlətə inamı tükənmək üzrə idi. Məhz bu çətin və həssas dönəmdə Azərbaycan xalqı öz xilaskarına – Ulu Öndər Heydər Əliyevə üz tutdu. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin Sədri seçilərək ölkənin faktiki rəhbəri oldu. Bu qayıdış, sadəcə, bir siyasətçinin yenidən hakimiyyətə gəlməsi deyildi, bu, xalqın öz gələcəyinə verdiyi qərar, Azərbaycanın dağılmaqdan xilas olaraq sabitlik və inkişaf yoluna qədəm qoyması idi.

Deputat qeyd edib ki, Ulu Öndər Heydər Əliyev siyasi hakimiyyətə qayıtdıqdan sonra, ilk növbədə, ölkədə sabitliyin bərpasını prioritet kimi müəyyənləşdirdi. Çünki sabitlik olmadan nə iqtisadi inkişafdan, nə də sosial rifahdan danışmaq mümkün idi. Qısa müddət ərzində dövlət institutları yenidən formalaşdırıldı, müstəqil məhkəmə-hüquq sistemi yaradıldı, ordu quruculuğu prosesinə sistemli yanaşma tətbiq edildi, “Əsrin müqaviləsi” kimi qlobal əhəmiyyətli neft strategiyası həyata keçirildi və ən əsası - xalqla dövlət arasında etimad körpüsü quruldu. Bu hadisələr göstərdi ki, Azərbaycan müstəqil dövlət kimi yalnız 1993-cü ildən sonra real və möhkəm təməllər üzərində qurulmağa başladı. 15 İyun tarixindən etibarən ölkədə dövlətçilik ideologiyası formalaşdı və bu ideologiyanın mərkəzində milli maraqlar, hüquqi idarəetmə və xalqla birgə inkişaf dururdu.

“Bugünkü Azərbaycan reallığına nəzər saldıqda, 15 İyun tarixinin necə uzaqgörən və strateji bir dönüş nöqtəsi olduğunu daha aydın dərk edirik. 2020-ci ildə Müzəffər Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə, əslində, 1993-cü ildən etibarən atılan dövlətçilik addımlarının məntiqi nəticəsi idi. Müstəqil, müasir, güclü ordu, siyasi sabitlik, milli birlik və beynəlxalq güvən – bütün bunların əsası məhz Milli Qurtuluşun təməlində qoyulmuşdu. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi: “Əgər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan adlı dövlət mövcud olmazdı”. Bu sözlər təkcə siyasi qiymətləndirmə deyil, tarix qarşısında səslənmiş səmimi etirafdır. Bu gün 15 İyun olmasaydı, 8 Noyabr Zəfəri də mümkün olmazdı”, - deyə Müşfiq Məmmədli vurğulayıb.

O qeyd edib ki, Azərbaycan bu gün də Ulu Öndərin siyasi kursunun davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə irəliləyir. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma işləri, Böyük Qayıdış prosesinin başlaması, COP29 kimi beynəlxalq tədbirlərin ölkəmizə etibar edilməsi, Türk Dövlətləri Təşkilatında aparıcı mövqeyimiz – bütün bunlar sabit, güclü və strateji dövlətçiliyin nəticələridir. Milli Qurtuluşun əsas çağırışı bundan ibarətdir: lider, xalq və dövlət üçbucağının harmoniyası təmin olunarsa, istənilən xalq uğura çata bilər. Azərbaycan buna nail olmuş xalqlardandır.

Deputatın fikrincə, 15 İyun – təkcə siyasi təqvimdə qeyd olunan tarix deyil, hər bir azərbaycanlının yaddaşına həkk olunmalı, gələcək nəsillərə örnək göstərilməli bir tarixdir. Bu gün bizə öyrədir ki, dövlətçiliyi qorumaq, inkişaf etdirmək və yaşatmaq hər bir vətəndaşın məsuliyyətidir. Bugünkü uğurlarımızın təməlində o illərdə atılmış addımlar dayanır.

“Azərbaycan xalqı bu gün qalib xalqdır. Bu qələbənin mənəvi və ideoloji kökü Milli Qurtuluş fəlsəfəsində dayanır. O fəlsəfə ki, bu gün bizi daha güclü, daha inamlı və gələcəyə daha bağlı edir”, - deyə Müşfiq Məmmədli diqqətə çatdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 İyun 2025 19:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see368

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see353

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see312

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see278

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see261

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see228

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see218

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see215

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see213

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see199

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see193

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see183

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see182

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see181

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see181

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see177

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see176

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see176

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri