Icma.az
close
up
RU
Dövlətçilik tariximizin başlanğıc mərhələsi

Dövlətçilik tariximizin başlanğıc mərhələsi

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

3 oktyabr 1993-cü il Azərbaycan tarixinin mühüm və taleyüklü günlərindən biri kimi yadda qalıb. Həmin gün keçirilmiş Prezident seçkilərində xalqın böyük etimadını qazanan Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu tarixi hadisə ölkənin mürəkkəb ictimai-siyasi proseslərdən keçdiyi, dövlət müstəqilliyinin ciddi sınaqlara məruz qaldığı bir dövrə təsadüf edirdi. 1990-cı illərin əvvəllərində Azərbaycanda siyasi və iqtisadi vəziyyət olduqca mürəkkəb idi. Ölkədə sabitliyin təmin olunması, dövlət idarəçiliyinin möhkəmləndirilməsi, iqtisadi problemlərin aradan qaldırılması və milli təhlükəsizliyin qorunması qarşıda duran əsas məsələlərdən idi. Belə bir şəraitdə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı cəmiyyətdə sabitlik və dövlətçiliklə bağlı gözləntiləri artırdı.

Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ilə ölkənin ictimai-siyasi həyatında yeni mərhələ başlamışdı. Onun dövlət idarəçiliyi sahəsində zəngin təcrübəsi, siyasi iradəsi və ölkənin qarşısında duran problemlərin həllinə yönəlmiş fəaliyyəti qısa müddətdə özünü göstərdi. 3 oktyabr tarixində keçirilən prezident seçkilərində xalqın iradəsi ilə dövlət başçısı seçilməsi isə bu prosesin mühüm davamı oldu.

Prezident kimi fəaliyyətinin ilk dövründə Ulu Öndər Heydər Əliyevin qarşısında əsas vəzifələrdən biri ölkədə ictimai-siyasi sabitliyin möhkəmləndirilməsi idi. Dövlət idarəçiliyinin gücləndirilməsi, qanunun aliliyinin təmin edilməsi və dövlət institutlarının formalaşdırılması istiqamətində mühüm addımlar atıldı. Eyni zamanda, Azərbaycanın beynəlxalq əlaqələrinin genişləndirilməsi və ölkənin dünya birliyində mövqelərinin möhkəmləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi.

Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycanın iqtisadi inkişafı üçün də mühüm layihələr həyata keçirildi. Ölkənin enerji potensialından səmərəli istifadə edilməsi, xarici investisiyaların cəlb olunması və beynəlxalq iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində atılan addımlar sonrakı illərdə iqtisadi inkişaf üçün əsaslar yaratdı. 3 oktyabr 1993-cü il həm də, Azərbaycanın müstəqillik tarixində dövlətçilik ənənələrinin möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Həmin tarix xalqın öz siyasi iradəsini ifadə etdiyi mühüm hadisələrdən biri kimi tarixə düşüb. Heydər Əliyevin dövlət başçısı seçilməsi ilə ölkənin inkişafında yeni siyasi mərhələnin əsası qoyuldu. 3 oktyabr 1993-cü il Azərbaycan dövlətçilik tarixinin mühüm səhifələrindən biri kimi qiymətləndirilir. Həmin gün Ümummilli Lider Heydər Əliyevin Prezident seçilməsi Azərbaycanın siyasi tarixində sonrakı inkişaf proseslərinə ciddi təsir göstərmiş, dövlət idarəçiliyinin və milli dövlətçilik ideyasının möhkəmləndirilməsi istiqamətində mühüm mərhələ olmuşdur.

Nazim Bünyatov

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 Oktyabr 2026 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see451

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see341

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see332

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see319

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see289

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see288

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see284

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see273

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see271

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see270

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see268

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see266

Onkoloji vaksinlərin effektivliyini təsdiqləyən şərtlər...

21 Noyabr 2026 21:05see248

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see248

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see248

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see221

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see214

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see209

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see207

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri