Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Dövlətçilik uğrunda savaş yeni mərhələdə

Dövlətçilik uğrunda savaş yeni mərhələdə

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

V MƏQALƏ

Dövlətçilikdə regional liderlik vizyonu

Regional liderliyi təmin edən dövlətçilik baxışı (vizyonu) xüsusi məzmuna malikdir. Burada müstəqil dövlətin öz daxili birliyini gücləndirmək və bütün sferalar üzrə imkanlarını artırmaq Cənubi Qafqaz miqyasında lider rolunu oynamağın təmininə yönəldilmişdi. Azərbaycan Respublikası sosial, siyasi, iqtisadi, enerji, nəqliyyat-logistika və başqa sferalarda regional liderlik rolunu oynaya biləcək səviyyəyə yüksəldi. Bunu dünya miqyasında Vətən müharibəsindən sonrakı mərhələdə Azərbaycanın fəaliyyəti nəticəsində etiraf etdilər.

Regional lider kimi cəmiyyət daxilində bir sıra mühüm proseslərin aparılması zəruri idi. Onların sırasında dezinformasiya ilə mübarizə ayrıca əhəmiyyət kəsb edirdi. Burada əsas yeri Azərbaycanı dövlət kimi region xalqlarının gözündə salmaq tuturdu. Bununla yanaşı, gənclərin milli ruhda tərbiyəsinin yeni səviyyəyə yüksəldilməsinə də əngəllər törətdilər. Müşahidələr göstərdi ki, bir sıra yerli KİV orqanı da daxil olmaqla Azərbaycan xalqının II Qarabağ Zəfərinə süni hadisələr törətməklə kölgə salmağa çalışdılar. Bu zaman müxtəlif istiqamətlərdə dezinformasiyanı gücləndirdilər. Bir neçə nümunəyə baxaq.

Çalışırdılar göstərsinlər ki, Vətən müharibəsində qələbə Azərbaycan dövləti, Ali Baş Komandan, xalq və ordu deyil, hansısa din adamının fətvası ilə əldə edilmişdir. Şuşanı da hansısa dini qrupun üzvləri azad etmişlər. Başqa variantda ortaya Rusiyanın “insafı” və ya “Putinin razılığı” kimi qondarma mövzular atmağa çalışdılar. Azərbaycanın informasiya məkanında buna bənzər şər-böhtanlar, təəssüf ki, uzun müddət yer aldı. Burada məqsəd aydın idi: Azərbaycanın tarixi qələbəsini dövlətin başçısı, xalqın lideri, ordusu, ümumiyyətlə, cəmiyyəti deyil, hadisələrə heç bir müsbət təsiri olmayan şəxslərin adına çıxmağa cəhdlər göstərdilər. Belə görüntü yaratmağa çalışırdılar ki, Azərbaycan dövlət deyil və azərbaycanlılar, ümumiyyətlə, dövlət yarada bilmirlər. Azərbaycan Respublikasını da hansı yad siyasətçi idarə edir. Bakı qıraqdan verilən əmrlərə görə hərəkət edir.

Bu səviyyədə düşməncəsinə yalan və böhtanları cəmiyyətdə yayanlar içərisində çox təəssüf ki, “sapı burdan olan baltalar” da var. Çox təəssüf ki, onlar hələ də ortalıqda dolaşırlar. Hətta redaksiyalarda “zəhmət çəkirlər”, “millətə xidmət edirlər”!

Bütövlükdə isə Azərbaycan cəmiyyəti bu cəhdləri qətiyyətlə rədd etdi və indi də rədd edir. Sözün həqiqi mənasında heç bir nəticə ala bilmədilər. Cəmiyyətin böyük əksəriyyətinin dövlətə, liderə, xalqa və orduya inamı zərrə qədər də azalmadı.

Başqa bir istiqamət kimi Azərbaycanla Ermənistan və Gürcüstan arasında ixtilaf yaratmaq cəhdlərini göstərə bilərik. Çox müxtəlif və dolayı üsullarla cəmiyyətdə belə təəssürat yaratmağa girişmişdilər ki, kənar dövlətlər olmadan regionda sülh, əməkdaşlıq, barış və təhlükəsizliyi təmin etmək mümkün deyildir. Buna işə ABŞ, Avropa, Rusiya və ya İran patronluq etməlidir. KİV həmin istiqamətdə xeyli canfəşanlıq etdi. Ancaq bu dağıdıcı prosesi Azərbaycan Prezidentinin çox fəal və yaradıcı siyasəti yerlə-yeksan etdi. Bu barədə Prezident İlham Əliyev Şuşa Qlobal Media forumlarında bəhs etmişdir.

Ən ciddi təsiri isə Azərbaycan rəhbərliyinin həyata keçirdiyi konkret əməkdaşlıq və təhlükəsizlik arxitekturasının yenidən yaradılmasına istiqamətlənmiş addımları göstərdi. Cəmi iki ilə aydın oldu ki, Azərbaycan rəhbərliyi Ermənistan siyasi hakimiyyətini yalnız onunla danışıqlar aparmağın lazım olduğuna inandıra bilmişdi.

Nəticədə ermənilərə havadarlıq edən böyük dövlətlər bir səhər yuxularından ayıldılar ki, Azərbaycanla Ermənistan vasitəçi olmadan sülh barədə nəticəverici danışa bilirlər. Bütün qüsurlarına baxmayaraq (çünki rəsmi İrəvan bəzən çaşır), bu gedişat Vətən müharibəsindən sonra regionu qarışdırmaq istəyənlərin pozucu siyasətlərinə güclü zərbə idi. Onun memarı sözsüz ki, Azərbaycan Prezidenti İlham Əliyevdir. Məhz İlham Əliyevin qətiyyəti, ədaləti, həqiqi sülhə xidmət edən addımları qarşı tərəfdə inam və etibar yaratdı.

Bununla Azərbaycan regional liderliyi təmin edən dövlətçilik viziyonunun praqmatik və reallaşa bilən olduğunu dünyaya sübut etdi. Belə bir vəziyyət yeni tarixi mərhələ üçün dövlətçilik baxımından son dərəcə vacib olan bir məqamı aktuallaşdırdı. Regional ldier kimi özünü təsdiq edən Azərbaycan mütləq surətdə daha geniş geosiyasi məkana müstəqil dövlətçilik baxışlarını uğurla proyeksiya etməli idi. Bununla regional liderlik vizyonu yeni geniş dövlətçilik baxışlarının tərkib hissəsi olmalı idi. Bu, Azərbaycanın davamlı olaraq müstəqil dövlət kimi inkişafı naminə edilməli idi.

Onun səbəbləri çoxdur və ayrıca təhlil edilməlidir. Burada onu vurğulayaq ki, Vətən müharibəsindən dərhal sonra Azərbaycan Prezidenti regional miqyası aşaraq regionlararası miqyasda müstəqil dövlətçilik kursunu reallaşdırmağa xidmət edən proqramlar həyata keçirməyə başladı. Onun əsas reallaşma “kanalı” Türk Dövlətləri Təşkilatı (TDT) idi. Ancaq Qoşulmama Hərəkatı da daxil olmaqla bir sıra regional və qlobal təşkilatlar çərçivəsində fəaliyyət yeni səviyyəyə yüksəldildi.

Dövlətçilik vizyonunda güc və humanitarlığın vəhdəti

Əlbəttə, regionlararası miqyasda dövlət identikiliyin özünütəsdiqi daha mürəkkəb və çoxtərəfli prosesdir. Azərbaycan müasir tarixində ilk dəfə idi ki, bu səviyyəyə yüksəlmək şansı əldə etmişdi. Ona görə də demək olar ki, hər şeyi eksklüziv yaratmaq lazım gəlir. Burada ilk vəzifələrdən biri “türk ailəsi” ifadəsinə siyasi və geosiyasi məzmun verməkdən ibarətdir.

Dövlətlərin vahid təşkilatda birliyini ətmin edən şərtlər təbii ki, həm milli, həm də regional miqyaslarda keçərli olan şərtlərin yeniləşdirilməsi əsasında müəyyən edilməli idi. Azərbaycan Türkiyə ilə birlikdə “türk ailəsi” ifadəsinə hüquqi aspektdə məzmun verdilər. Bu, beynəlxalq miqyasda müstəqil dövlətlər arasında münasibətlərin hüquq normaları çərçivəsində qurulması qaydalarına tam uyğun aparılır.

Eyni zamanda, Azərbaycan dövlətçilik ənənəsində xüsusi yeri olan tarixi ədalət prinsipini daha geniş miqyasa proyeksiya edir. Bununla TDT-nin kollektiv varlıq kimi fəaliyyətinin təməlinə hüquq və ədalətlilik anlayışları yerləşdirildi. Eyni zamanda, mədəniyyət, tarix, din birliyi xüsusi yer tutdu. İndi bu kimi dəyərlərin fonunda Azərbaycan dövlətçilik uğrunda yeni mərhələsinə başlamışdır və ciddi mübarizəsini aparır. Həmin prosesdə humanitarlıq xüsusi olaraq özünü göstərir. Onun başlıca əlaməti Azərbaycan dövlətinin dost ölkələrə yardımlarını gücləndirməsi ilə bağlıdır. Məsələn, Suriyanın qazla təmin edilməsində Azərbaycanın atdığı addım yeni mərhələnin çox əlamətdar faktlarından biridir.

Bundan başqa, Bakı enerji, kommunikasiya, logistika və təhlükəsizlik arxitekturasının yaradılması ilə bağlı regionlararası miqyasda təsirli addımlar atmaqdadır. Bunlar cəm halında yeni mərhələdə dövlətçilik uğrunda savaşın ayrı-ayrı elementləridirlər.

Ancaq bütün bunların fonunda daxili vəziyyətə aid olan bir məqamın aktuallığı daha da artmışdır.

Dövlətçilik və informasiya müharibəsi

Son illərin faktları göstərir ki, Azərbaycan cəmiyyətini çaşdırmaq, onu əsl dost və düşmənlərini müəyyən etməkdə yanlış yola yönləndirmək, gənclərin Vətənə bağlılığını zəiflətmək və s. kimi cəhdlər azalmır, əksinə, yeni məzmun və forma alır. Regional və qlobal miqyaslarda geosiyasi mübarizənin daha da kəskinləşməsi bu prosesdə risk faktorunu artırır. Həmin aspektdə bir neçə istiqamətdə əks tərəfin fəallaşdığını görürük.

Hər şeydən öncə, hiss olunur ki, müəyyən sosial-iqtisadi hadisələrdən süni istifadə edərək iqtidar-xalq birliyini şübhə yaratmağa çalışanlar vardır. Onlar bir sıra yerli KİV orqanları vasitəsi ilə ictimai şüuru manipulyasiya etməyə cəhdlər göstərirlər.

Başqa bir məqam ayrıca gənclərə yönəlmiş təbliğat siyasətidir. Burada da gündəlik həyatda baş verənləri düşmənləri qane edən forma və məzmunda təqdim etməklə Vətənsevərliyi zəiflətmək məqsədi güdürlər.

Son iki ildə Azərbaycan dövlətçiliyi üçün önəmli olan TDT kontekstində bir sıra qərəzli informasiyalar yayırlar. Burada Mərkəzi Asiya türk dövlətlərinin “etibarsız” obrazlarını yaratmaq cəhdləri özünü göstərir. Ayrıca, Türkiyənin yanlış obrazını formalaşdırmaq üçün qəbuledilməz informasiyalar yayırlar. Özü də bunu çətin zamanlarda yanımızda olmayanlara qarşı xüsusi yumşaqlıq və daha çox obyektiv yanaşma fonunda etməyə çalışırlar.

Nəhayət, son illər Azərbaycanda məmur-cəmiyyət ziddiyyəti formalaşdırmğa yönəlmiş informasiya cəhdləri özünü göstərir. Bu aspektdə başlıca olaraq ayrı-ayrı neqativ məmur davranışlarını ümumiləşdirmək cəhdləri biruzə verir.

Bütün bunlara qlobal güclərin geosiyasi mübarizəsinin gərginliklərini də əlavə etmək lazımdır. Azərbaycandan asılı olmayan səbəblərdən müxtəlif problemlər meydana çıxa bilər və burada gözlənilməz riskləri nəzərə almaq lazımdır.

Bütün bunlar onu göstərir ki, Azərbaycan yeni mərhələdə dövlətçilik uğrunda daha mürəkkəb, riskli və geniş əhatəli savaş verir. Bu mərhələdə də qalib gəlməyimiz olduqca vacibdir. Azərbaycan dövlətçiliyinə türk ailəsinin üzvü kimi yeni məzmun və məna çalarları verməyə doğru qətiyyətlə irəliləyir. Burada bir sıra məsələlərdə prinsipial olaraq yeni situasiya yaratmaq zəruridir.

Məsələn, Azərbaycan dinamik, vətənsevər gənc orta təbəqə yaratmaqla yanaşı, vətənsevər gənc məmur təbəqəsini də formalaşdırmaq istiqamətində çalışmalarını yeni səviyyəyə yüksəltməlidir. Daxili sosial, siyasi, mənəvi, mədəni, ideoloji birliyin güclənməsində gənc və Vətənsevər məmur kəsiminin rolu həlledici ola bilər. Şübhə yoxdur ki, bu istiqamətdə dövlət başçısı nəzərdə tutduğu proqramları bundan sonra da qətiyyətlə həyata keçirəcəkdir. Bu prosesdə Azərbaycan ziyalıları Prezidentə tam dəstək verməkdə davam edəcəklər.

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Avqust 2025 06:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see929

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see511

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see364

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see329

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see302

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see296

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see282

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see274

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see270

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see264

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see254

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see251

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see250

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see240

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see235

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see232

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see232

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see212

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see210

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri