“Dövlətimizin atdığı addımlar doğru addımlardır”
Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Fransanın və Avropa İttifaqına daxil olan bir çox ölkələrin indiyə qədər Azərbaycana qarşı mənfi münasibətinin biz açıq-aşkar şahidi olmuşuq. Ermənistan-Azərbaycan münasibətində Fransa başda olmaq şərti ilə Avropa İttifaqına daxil olan ölkələrin böyük əksəriyyəti hadisələrə ədalətsiz, ikili standartdan yanaşıblar”.
Bu sözləri Xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Musayev deyib.
E.Musayev əlavə edib ki, amma indiki halda Azərbaycan güclü dövlət olduğu, şərtləri diktə eləyə bildiyi, Ermənistanla problemi vasitəçilərsiz birbaşa həll edə bildiyi üçün Fransa da, Rusiyanın özü də və digərləri də oyundankənar vəziyyətdə qalır: “Bu məsələlərə bütövlükdə Azərbaycanın dövlət olaraq böyüməsi, güclənməsi kontekstində yanaşmaq lazımdır. Biz böyümək, inkişaf eləmək üçün, güclənməliyik. Güclənmək üçün də təbii ki, biz iqtisadi əlaqələrimizi rəngarəng, çoxşaxəli eləməliyik. Hesab edirəm ki, bu sahədə dövlətimizin atdığı addımlar doğru addımlardır”.
Röya İsrafilova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 14 İyul 2025 18:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















