Icma.az
close
up
RU
Ordumuz güclü dövlətimizin simvoludur

Ordumuz güclü dövlətimizin simvoludur

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

26 İyun – Silahlı Qüvvələr Günü Azərbaycan xalqının dövlətçilik tarixində mühüm əhəmiyyətə malik günlərdən biridir. Bu gün təkcə güclü bir ordunun yaradılmasını simvolizə etmir, həm də Azərbaycanın müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün və milli təhlükəsizliyinin əsas qarantına çevrilmiş hərbi qüvvələrimizin şanlı tarixinin təntənəsidir. Bu tarix, xalqımızın milli ruhunun, dövlətə bağlılığının və əzmkar mübarizəsinin rəmzinə çevrilmişdir.

Silahlı Qüvvələrin formalaşdırılması və bu günki səviyyəyə çatdırılması yolunda tarixi başlanğıc məhz Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli fərmanı ilə qoyulub. Həmin qərara əsasən, 1918-ci ilin 26 iyununda yaradılmış ilk milli ordunun varisi olaraq bu gün – 26 İyun rəsmi dövlət bayramı statusu aldı. Əslində isə Heydər Əliyevin ordu quruculuğu sahəsində fəaliyyəti daha erkən dövrlərə gedib çıxır. Onun 1969-cu ildə Azərbaycanda rəhbərliyə gəlməsindən sonra milli hərbi kadr hazırlığı istiqamətində fundamental addımlar atıldı. Məhz onun təşəbbüsü ilə yaradılmış Cəmşid Naxçıvanski adına hərbi məktəb gələcək müstəqil Azərbaycan ordusunun peşəkar zabit korpusunun əsasını formalaşdırdı.
1993-cü ildə xalqın təkidli istəyi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ulu Öndər Azərbaycan dövlətinin əsas dayaqlarından biri olan ordunun yenidən qurulmasını prioritet istiqamət kimi müəyyən etdi. Ordu daxilində intizamın bərpası, vahid komandanlığın yaradılması, strukturlaşma və döyüş hazırlığının artırılması sahəsində mühüm islahatlar həyata keçirildi. Ulu Öndər deyirdi: “Müstəqil dövlətin güclü ordusu olmalıdır. Əgər müstəqil Azərbaycan yaşamalıdırsa, onun ordusu da olmalıdır.” Bu yanaşma strateji xəttə çevrildi.
Bu gün həmin yol Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilən sistemli tədbirlər nəticəsində Azərbaycan Ordusu regionun ən güclü, müasir texnologiyalarla təchiz olunmuş və peşəkar kadrlarla təmin olunmuş silahlı qüvvələrindən birinə çevrilib. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə məhz bu gücün, uzaqgörən siyasətin və xalq-ordu birliyinin parlaq təntənəsi idi.
“Dəmir yumruq” əməliyyatı ilə işğala son qoyulması, torpaqlarımızın azad edilməsi təkcə hərbi-siyasi zəfər deyil, həm də Azərbaycan xalqının tarixi ədalət naminə apardığı haqq mübarizəsinin nəticəsi oldu. Bu Qələbə ilə Azərbaycan Ordusu öz əsgər və zabitlərinin rəşadəti, texniki hazırlığı və mənəvi üstünlüyü ilə dünyada nümunə göstəriləcək gücə malik olduğunu təsdiqlədi.
Hazırda da ordu quruculuğu prosesi sürətlə davam edir. Prezident İlham Əliyevin "Güclü ordu – güclü dövlət" tezisi reallığa çevrilmişdir. Ordunun maddi-texniki bazası daha da gücləndirilir, müasir silah sistemləri alınır, hərbi təhsil sistemi təkmilləşdirilir, sosial təminat məsələləri prioritet olaraq daim diqqət mərkəzində saxlanılır. Postmünaqişə dövründə Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqlar fonunda orduya göstərilən diqqət və qayğı milli təhlükəsizlik strategiyasının əsas komponentlərindən biri olaraq aktuallığını saxlayır.
Milli ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Silah və hərbi texnikaların satın alınması və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri genişləndirilib.
Silahlı qüvvələrin büdcəsinin artırılması da ordu quruculuğuna yönəlib. Ölkəmizin son illərdə dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması cənab Prezidentin ordu quruculuğu ilə əlaqədar öz vədinə sadiq olduğunu təsdiq edir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır.
Prezident İlham Əliyevin göstərişinə əsasən 2025-ci ildə büdcənin müdafiə və təhlükəsizlik xərcləri 1 milyard 738 milyon manat artırılaraq 8 milyard 396,3 milyon manata çatdırılıb. Ordunun özəyi olan hərbi qulluqçuların sosial müdafiəsi daim diqqət mərkəzindədir.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Ordusunun 20 il və daha çox qüsursuz xidmət etmiş 4167 nəfər hərbi qulluqçusu mənzillərlə təmin olunub, bundan sonra da hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi prosesi davam etdiriləcək. 2025-ci il yanvarın 1-dən hərbi qulluqçuların aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılmışdır.
Ordunun təmsilcisi olan Azərbaycan əsgəri bu gün həm dövlət sərhədlərimizin keşiyində dayanır, həm də regionda sülhün və sabitliyin qorunmasında fəal rol oynayır. Onun yüksək peşəkarlığı, intizamı və vətənpərvərliyi Silahlı Qüvvələrimizin nüfuzunu günü-gündən artırır.
Azərbaycan Ordusu bu gün sadəcə bir hərbi qüvvə deyil – xalqımızın güvənc yeridir, dövlətimizin möhkəm dayağıdır. Hər bir vətəndaşımız bu orduya arxalanır, onun rəşadətinə inanır. Ulu öndər Heydər Əliyevin başladığı, Prezident İlham Əliyevin isə uğurla və qətiyyətlə davam etdirdiyi ordu quruculuğu siyasəti sayəsində bu gün regionun ən qüdrətli silahlı qüvvələrindən birinə sahibik.
26 İyun təkcə hərbçilərin peşə bayramı deyil – bu gün Azərbaycan xalqının öz güclü ordusu ilə fəxr etdiyi, dövlət müstəqilliyinin dayanıqlı təminatına inamının möhkəmləndiyi gündür. Fəxrlə deyə bilərik ki, bu gün bizi birləşdirən, gələcəyə aparan və gələcək nəsillərə örnək olacaq güclü bir ordumuz var.
Biz ordumuzla fəxr edirik, ordumuzun güclənməsində əvəzsiz rolları olan şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərimizin qəhrəmanlığını isə heç zaman unutmayacağıq.

Məşhur Məmmədov
Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 İyun 2025 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see385

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see362

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see282

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see275

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see247

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see245

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see232

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see221

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see215

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see205

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see203

İnfarkt üçün yeni təsnifat hazırlandı

28 Avqust 2026 17:20see201

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see197

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see194

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see188

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see176

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see175

Subayların sayı artır, biznes üçün YENİ BAZAR yaranır

28 Avqust 2026 15:40see171

“Siyasi iradənin nəticəsində Özbəkistan daha açıq ölkəyə çevrilib” Mirziyoyev

28 Avqust 2026 20:13see170

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri