Icma.az
close
up
RU
Dövlətimizin prinsipial mövqeyi

Dövlətimizin prinsipial mövqeyi

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Azərbaycanın işğaldan azad edilmiş Qarabağ bölgəsi hazırda dirçəliş dövrünü yaşayır. Bu gün Qarabağ təkcə yenidən qurulmur, həm də mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir. Tarixi Şuşa şəhəri işğaldan azad olunduqdan sonra mühüm yerli və beynəlxalq tədbirlərə ev sahibliyi edir. Artıq Xankəndi şəhəri də eyni missiyanı yerinə yetirən məkana çevrilib. İyulun əvvəlində Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci sammitinin ardınca, "Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun keçirilməsi də bunun göstəricisidir”. Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, III Şuşa Qlobal Media Forumunun milli mətbuatımızın 150 illiyi ərəfəsində keçirilməsi rəmzi məna daşıyır. Bu mühüm tədbir informasiya və media mühitində gedən qlobal proseslər fonunda Azərbaycanın təşəbbüskar, proqressiv yanaşmasının daha bir təzahürüdür.
Millət vəkilinin sözlərinə görə, Forumda dövlətimizin başçısı çoxsaylı sualları ətraflı şəkildə cavablandırdı. Belə ki, regionumuzda vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, işğaldan azad olunmuş ərazilərimizdə quruculuq işləri, Böyük Qayıdış və s. məsələlər diqqət mərkəzində oldu. Sülh prosesinə gəlincə, Prezident İlham Əliyevin Forumda Əbu-Dabi görüşü ilə bağlı fikirləri diqqəti cəlb edir. Dövlət başçısı “Əgər erməni tərəfi Qarabağ münaqişəsinin bitdiyini hesab edirsə, Qarabağ münaqişəsinin həlli üçün yaradılmış Minsk qrupunu ləğv etmək lazımdır. Məntiq sadədir. Bunun üçün Ermənistan konstitusiyasına dəyişikliklər edilməlidir ki, oradan Azərbaycana qarşı ərazi iddialarının yer aldığı müstəqillik bəyannaməsi çıxarılsın”,-deyə bəyan edib. Cənab Prezident sülh müqaviləsinin paraflanması ideyasının da Azərbaycan tərəfindən irəli sürüldüyünü vurğulayıb. Zəngəzur dəhlizinin açılmasına gəlincə, cənab Prezident dövlətimizin prinsipial mövqeyini xatırladıb. Bu da ondan ibarətdir ki, Naxçıvanla gediş-gəliş maneəsiz və təhlükəsiz olmalıdır.
Forumda Böyük Qayıdışın da diqqət mərkəzində olduğunu deyən Fatma Yıldırımın sözlərinə görə, hazırda işğaldan azad edilmiş ərazilərimizdə quruculuş işləri sürətlə davam edir. Artıq 18 yaşayış məntəqəsinə qayıdış reallaşıb, bütövlükdə isə həmin ərazilərdə 50 min nəfərə yaxın insan yaşayır və işləyir. Böyük infrastuktur layihələrinin icrası başa çatandan sonra yaşayış məntəqələrinin tikintisi daha da sürətlənəcək.
“Forumda, həmçinin cənab Prezident İlham Əliyev COP29-un əhəmiyyətini vurğulayıb. COP29-da əldə olunan razılaşmalar iqlim problemlərinin həll olunmasına böyük töhfələr verəcək. Nəzərə alaq ki, Azərbaycanın yaşıl gündəliyi də çox genişdir. 2030-cu ilə qədər artıq imzalanmış investisiya müqavilələri əsasında biz ən azı 6 giqavatlıq yaşıl enerjini, o cümlədən Günəş, külək və su elektrik enerjisini istehsal edəcəyik. Su elektrik enerjisi Qarabağ və Şərqi Zəngəzurda əsas yer tutur. Biz ümumi 280 meqavat gücündə 30 kiçik su elektrik stansiyasını artıq istismara vermişik. Bəşəriyyəti qorumaq üçün bütün ölkələr öz üzərinə düşən vəzifələri yerinə yetirməlidir”,- deyən deputat əlavə edib ki, bütövlükdə Forumda aparılan müzakirələr qlobal miqyasda böyük əhəmiyyət kəsb edir. Tədbirin məhz Xankəndidə keçirilməsi isə xüsusi məna daşıyır. Çünki bu torpaqlar təkcə tarixi-mədəni irsimizin deyil, eyni zamanda beynəlxalq intellektual əməkdaşlığın, qlobal dialoqun, texnoloji və informasiya mübadiləsinin də mərkəzinə çevrilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 İyul 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see727

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see331

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see296

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see293

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see271

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see268

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see248

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see232

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see231

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see228

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see212

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see206

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see200

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see194

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see193

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see185

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri