Icma.az
close
up
RU
Dövlətimizin siyasi iradəsinin ən möhkəm dayağı

Dövlətimizin siyasi iradəsinin ən möhkəm dayağı

Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Dövlətimizin siyasi iradəsinin ən möhkəm dayağı, müstəqilliyimizin ən etibarlı təminatı və suverenliyimizin sarsılmaz qalası qüdrətli Azərbaycan Ordusudur. Silahlı gücümüzün əzəməti yalnız sərhədlərimizi qoruyan sipər deyil, həm də dövlətimizin beynəlxalq nüfuzunu, diplomatik mövqeyini və milli maraqlarını qoruyan əsas qüvvədir. Güclü ordu olmadan güclü dövlət anlayışı mümkün deyil.
Azərbaycan Ordusu uzun və şərəfli inkişaf yolu keçərək bu gün regionun ən güclü, ən peşəkar və ən müasir silahlı qüvvələrindən birinə çevrilib. Bu qüdrətin təməlini Ulu Öndər Heydər Əliyev qoydu. Məhz onun uzaqgörən dövlətçilik siyasəti nəticəsində nizami ordu quruculuğu Azərbaycanın milli təhlükəsizlik strategiyasının əsas istiqamətinə çevrildi. Bu siyasi kurs Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildi və yeni mərhələyə yüksəldi. Ordumuz ən müasir silah və texnologiyalarla təchiz olundu, peşəkarlıq səviyyəsi yüksəldi, xüsusi təyinatlı bölmələr formalaşdırıldı, hərbi idarəetmə sistemi təkmilləşdirildi. Nəticədə Azərbaycan Ordusu təkcə regionun deyil, dünyanın nüfuzlu orduları sırasında öz layiqli yerini tutdu.
2020-ci ildə əldə olunan möhtəşəm Zəfər, ardınca ölkəmizin bütün ərazisində konstitusiya quruluşunun tam bərpası sübut etdi ki, Azərbaycanın hərbi gücü yalnız sözlə deyil, real nəticələrlə təsdiqlənən qüdrətdir. Bu gün üçrəngli bayrağımızın ölkəmizin hər qarışında qürurla dalğalanmasının arxasında məhz Azərbaycan əsgərinin qəhrəmanlığı, zabitlərimizin peşəkarlığı və dövlətimizin qətiyyətli siyasəti dayanır.
Bu əlamətdar gündə Vətən uğrunda canından keçən bütün şəhidlərimizi sonsuz ehtiramla yad edir, qazilərimizə dərin minnətdarlığımızı bildiririk.
Eyni zamanda Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili Qoşunların, Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, Xüsusi Təyinatlı Qüvvələrin, eləcə də Azərbaycan Ordusunun bütün qoşun növlərinin və hərbi hissələrinin şəxsi heyətinə dövlətimizə və xalqımıza göstərdikləri fədakar xidmətə görə təşəkkürümüzü bildiririk. Sizin sədaqətiniz, peşəkarlığınız və fədakarlığınız Azərbaycanın təhlükəsizliyinin, sabitliyinin və gələcəyinin ən böyük təminatıdır.
26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə bütün hərbi qulluqçularımızı ürəkdən təbrik edir, müqəddəs xidmətinizdə möhkəm iradə, sarsılmaz ruh, yeni uğurlar arzulayırıq.
Yaşasın qüdrətli Azərbaycan Dövləti!
Yaşasın Müzəffər Ali Baş Komandan!
Yaşasın qalib və yenilməz Azərbaycan Ordusu!
Ramil Hüseynov,
"Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 26 İyun 2026 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see304

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see290

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see268

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see266

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see261

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see259

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see258

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see249

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see240

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see239

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see233

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see225

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see222

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see221

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see219

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see217

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see217

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see217

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see212

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri