Icma.az
close
up
RU
Vaşinqton səfəri dövlətimizin başçısının siyasi iradəsinin və qətiyyətinin təntənəsi oldu ŞƏRH

Vaşinqton səfəri dövlətimizin başçısının siyasi iradəsinin və qətiyyətinin təntənəsi oldu ŞƏRH

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 14 avqust, AZƏRTAC

Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında ikitərəfli münasibətlər tarixi bir mərhələyə qədəm qoyur. Prezident İlham Əliyevin ABŞ-a son səfəri Azərbaycanın beynəlxalq siyasətdə artan rolunun, güclənən nüfuzunun və etibarlı tərəfdaş statusunun bariz nümunəsidir. Bu səfər təkcə ikitərəfli münasibətlər baxımından deyil, həm də qlobal strateji əməkdaşlıq çərçivəsində mühüm əhəmiyyət kəsb edir. Səfər zamanı Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlıq formatının əsaslarının qoyulması, ölkəmiz üçün böyük diplomatik və siyasi uğur sayılır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

O bildirib ki, ABŞ tərəfindən Azərbaycanla bağlı illərlə davam edən "Azadlığa Dəstək Aktı"na edilən 907-ci düzəlişin səfər çərçivəsində tamamilə aradan qaldırılması da mühüm hadisə oldu. 1992-ci ildən bəri qüvvədə olan bu məhdudiyyətlər 33 il sonra, nəhayət ki, aradan qaldırıldı. Bu hadisə təkcə siyasi və diplomatik baxımdan deyil, həm də Azərbaycan xalqının yaddaşına yazılacaq tarixi bir dönüş nöqtəsi kimi qiymətləndirilir. 907-ci düzəlişin tamamilə aradan qalxması Prezident İlham Əliyevin beynəlxalq hüquqa əsaslanan uğurlu siyasətinin nəticəsidir.

Deputatın sözlərinə görə, Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanan tarixi sənəd, - “Trump Route for International Peace and Prosperity” (Tramp Yolu) layihəsi, - ölkəmizin diplomatiya salnaməsinə qızıl hərflərlə yazılacaq növbəti böyük qələbədir. Bu sənəd illərdir gərgin müzakirələrin və ardıcıl diplomatik səylərin nəticəsi olmaqla yanaşı, Prezident İlham Əliyevin qətiyyətli liderliyinin, strateji düşüncə və uzaqgörən siyasətinin bariz nümunəsidir.

Tramp Yolu Azərbaycanın əsas ərazisini uzun illərdir blokada şəraitində qalan Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, ölkəmizi birbaşa qardaş Türkiyəyə bağlayacaq. Bu layihə təkcə yeni bir nəqliyyat xətti deyil, həm də enerji, ticarət, logistika və kommunikasiya sahələrində böyük strateji imkanlar yaradan regional körpüdür. Bu marşrut Orta Asiyadan Avropaya qədər uzanan yeni iqtisadi və ticarət magistralını formalaşdıraraq bütün bölgənin inkişafına təkan verəcək.

Bu layihənin əhəmiyyəti həm də siyasi müstəvidə özünü göstərir. Azərbaycan və Ermənistan arasında imzalanan bu sənəd regionda uzunmüddətli sülhün möhkəmlənməsi, xalqlar arasında qarşılıqlı etimadın bərpası və əməkdaşlıq üçün yeni səhifənin açılması deməkdir. Bu, yalnız Azərbaycan və Türkiyənin deyil, bütün Cənubi Qafqazın və qonşu dövlətlərin faydalanacağı bir təşəbbüsdür.

Fatma Yıldırım qeyd edib ki, Prezident İlham Əliyevin xarici siyasət kursu hər zaman milli maraqlarımızı təmin etməyə yönəlib və bu istiqamətdə əldə olunan hər bir uğur xalqımız tərəfindən böyük dəstək görüb. Azərbaycan xalqı hər zaman olduğu kimi bu gün də öz liderinin ətrafında bir yumruq kimi birləşərək onun atdığı hər addımı dəstəkləyir.

“Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına səfəri, bu səfər çərçivəsində Vaşinqtonda keçirilən görüşlər, sərgilənən davranışlar, aparılan danışıqlar, imzalanan sənədlər Azərbaycan diplomatiyasının tarixi uğuru olmaqla yanaşı, həm də dövlətimizin başçısının siyasi iradə və qətiyyətinin təntənəsi oldu”, - deyə deputat vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Avqust 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see360

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see182

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see167

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see167

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see158

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see150

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see140

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see139

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see136

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri