Dövlətin 25 milyard 273 milyon manat borcu olduğu açıqlandı
Marja.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
2025-ci il 1 dekabr tarixinə Azərbaycan Respublikasının ümumi dövlət borcunun həcmi 25 milyard 272,7 milyon manata bərabər olub. Bu, 2025-ci il üzrə proqnozlaşdırılan ÜDM-in 19,5 faizini təşkil edir. Məcmu dövlət borcunun 8 milyard 195,2 milyon manatı xarici dövlət borcunun, 17 milyard 77,5 milyon manatı daxili dövlət borcunun payına düşür.
Marja.az xəbər verir ki, bu, 2026-cı ilin makroiqtisadi proqnozlarında bildirilir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Qeyd edilib ki, xarici dövlət borcu. Beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş istiqrazlar, habelə əmək-daşlıq edilən müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində faktiki istifadə olunmuş hissə üzrə yerinə yetirilmiş öhdəliklər nəzərə alınmaqla, 2025-ci ilin 1 dekabr tarixinə operativ məlumatlara əsasən, xarici dövlət borcu 4 milyard 820,7 milyon ABŞ dolları ekvivalentində olub. Xarici dövlət borcu 2025-ci ilin əvvəli ilə müqayisədə 309 milyon ABŞ dolları və ya 6 faiz azalıb.
Daxili dövlət borcu. 2025-ci il 1 dekabr tarixinə daxili dövlət borcu 17 milyard 77,5 milyon manat və ya 2025-ci il üzrə proqnozlaşdırılan ÜDM-in 13,2 faizini təşkil edib. 2025-ci ilin əvvəli ilə müqayisədə daxili dövlət borcunun səviyyəsi 1 milyard 582,2 milyon manat və ya 8,5 faiz azalıb.
Daxili dövlət borcunun 8 milyard 18 milyon manatını dövlət qiymətli kağızları üzrə qalıq borc təşkil edir. Bunun 7 milyard 837,9 milyon manatını daxili maliyyə bazarında yerləşdirilmiş dövlət istiqrazlarının, 180,1 milyon manatı veksellər üzrə qalıq borcun payına düşür. Daxili dövlət borcunun yerdə qalan 9 milyard 59,5 milyon manatını “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin sağlamlaşdırılması və toksik aktivlərinin reallaşdırılması tədbirləri çərçivəsində buraxılmış dövlət zəmanətli qiymətli kağızlar üzrə hökumətin üzərinə götürdüyü öhdəliklər təşkil edir.
Dövlət qiymətli kağızlarının 2,6 faizi 1 illik, 56,2 faizi 2 və 3 illik, 41,2 faizi isə 5 il və daha artıq müddətli dövlət qiymətli kağızlarının payına düşür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 05 Yanvar 2026 14:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















