Icma.az
close
up
RU
Menu

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

41,5 milyard manat dövlətin ən irihəcmli maliyyə resursu formalaşır

41,5 milyard manat dövlətin ən irihəcmli maliyyə resursu formalaşır

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2026-cı ilin dövlət büdcəsinin gəlir və xərcləri açıqlanıb

Maliyyə Nazirliyi 2026-cı ilin dövlət büdcə layihəsinin və icmal büdcənin ilkin göstəricilərinə dair açıqlama sənədini ictimaiyyətə təqdim edib. İlkin büdcə bəyanatı adlanan sənəd dövlət maliyyəsinin idarə olunması sahəsində bir sıra fiskal diaqnostika alətləri, həmçinin “Açıq Büdcə Sorğusu”nun metodologiyasına uyğun olaraq şəffaflıq prinsiplərinin təmin olunması məqsədilə hazırlanıb. İlkin büdcə bəyanatı növbəti  il və ortamüddətli dövr  üzrə makroiqtisadi proqnozlara, büdcə, o cümlədən gəlir və xərc siyasətinin əsas istiqamətlərinə, büdcə qaydasına əsaslanan makro-fiskal çərçivəyə, qəbul edilmiş strateji sənədlərə və müəyyən edilmiş iqtisadi prioritetlərə uyğun olaraq hazırlanmaqla Maliyyə Nazirliyinin baxışlarını əks etdirir. Büdcə prosesinin  növbəti  mərhələlərində 2026-cı il  üçün dövlət  büdcəsi haqqında qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim  edilənədək  büdcə parametrlərinə dəyişikliklərin edilməsi istisna olunmur.

Qeyri-neft sütunlarına əsaslanan büdcə yığımları

Büdcənin gəlir və xərcləri, ümumilikdə büdcə ssenariləri birbaşa ölkənin inkişaf  gözləntilərinə əsaslandığından 2026-cı ilin və növbəti 3 ilin büdcə siyasəti çərçivəsi də məhz ölkə iqtisadiyyatının artım bazislərinə söykənəcək. Ortamüddətli  dövr üzrəmakroiqtisadi  proqnozlar isə kifayət qədər ümidvericidir. Belə ki, İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin avqust ayında təqdim  olunan  proqnozlara əsasən, baza ssenaridə neftin bir barrelinin orta illik ixrac qiyməti 2026-2029-cu illər üzrə 65 ABŞ dolları olacağı fərz edilir. Proqnozlara görə, 2026-cı ilin sonuna ÜDM-in  həcminin134,1  milyard manat, o cümlədən qeyri-neft-qaz ÜDM-nin 101,7 milyard manat təşkil edəcəyi gözlənilir. 2029-cu ildə isə ÜDM-in 161,8 milyard manata, qeyri-neft-qaz ÜDM-nin isə 129,5 milyard manata çatacağı proqnozlaşdırılır. Ortamüddətli dövrdə ÜDM-in real artım tempinin orta illik 3,5 faiz, qeyri-neft-qaz ÜDM-in isə 4,9  faiz olacağı gözlənilir.  İqtisadiyyatın əsas hərəkətverici drayverləri qeyri-neft sektorunun üzərində fokuslanması sayəsində 2029-cu  ildə ÜDM-in  tərkibində qeyri-neft-qaz sektorunun payı artaraq 80 faizə çatacaq.

İnflyasiya 2029-cu ildə 4,3 faizə düşəcək

Ortamüddətli dövrdə əmtəə bazarları və istehlak qiymətləri də mövcud çərçivəyə uyğun olacaq. İqtisadiyyat Nazirliyinin ehtimallarına əsasən, cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənnə indeksinin dinamikası və məzənnənin sabit qalması fərziyyələri, habelə mal və xidmətlərin tənzimlənən tariflərinin dəyişməsinin təsirləri nəzərə alınaraq orta illik  inflyasiya  2026-cı ildə 4,8 faizə bərabər olacaq. İnflyasiya şkalası növbəti illərdə tədricən zəifləməklə aşağı səmtə istiqamətlənəcək. 2027-ci ildə qiymət indeksi 4,5 faiz, 2028-ci ildə 4,3 faiz təşkil etməklə 2029-cu ildə ən aşağı həddə - 4,2 faizə enəcək. Hökumətin yenilənmiş makroiqtisadi  proqnozlarına əsasən, 2026-2029-cu  illərdə manatın ABŞ dollarına qarşı  məzənnəsi sabit, cari ilin səviyyəsində, yəni 1,7 manat intervalında götürülüb ki, bu da qarşıdakı 4 ildə real artımlar və sabit inflyasiya fonunda milli gəlir əldəetmə imkanlarını təmin edəcək. Belə ki, ortamüddətli  dövrdə əhalinin nominal gəlirlərinin  artaraq 2029-cu ildə 123,2  milyard manata, xərclərinin isə 120,6 milyard manata qədər yüksəlməsi gözlənilir. Qeyd edilən müddətdə investisiyaların artım hərəkəti də müsbət dinamika üzrə dövr edəcək, əsas  kapitala yönələn investisiyalar 2026-cı ildə 6,9 faiz, ortamüddətli dövrdə isə illik 3,9 faiz artacaq.

Hansı gəlir istiqamətləri nəzərdə tutulur?

Beləliklə, yuxarıda vurğulanan makroiqtisadi inkişaf çərçivəsi ölkə iqtisadiyatını dayanıqlı inkişaf sütunlarını möhkəmləndirməklə həmin dayanıqlı bazis üzərində 2026-cı ilin büdcə gəlir və xərclərinin də təminatına etibarlı zəmin yaradacaq.

2026-cı ildə dövlət  büdcəsinin gəlirləri 38 milyard 423 milyon manat proqnozlaşdırılır ki, bu da 2025-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 67 milyon manat və yaxud 0,2 faiz çoxdur. 2024-cü ilin icra göstəriciləri  ilə müqayisədə isə 1 milyard 261,2 milyon manat və yaxud 3,4 faiz çoxdur. 

Dövlət  büdcəsinin gəlirləri ÜDM-in 28,6 faizi həcmində nəzərdə tutulur ki, bunun da 42,6 faizi və ya 16,3 milyard manatı neft-qaz sektorunun, 57,4 faizi və ya 22,1 milyard manatı qeyri-neft-qaz sektorunun payına düşür. Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar büdcə gəlirlərinin 43,8 faizini  və ya 16,8 milyard manatını, Dövlət Gömrük  Komitəsinin xətti ilə daxilolmalar 17,8 faizini və 6 milyard 850 milyon manatını, Dövlət Neft Fondundan transfert isə 33,2 faizini və yaxud 12 milyard 750 milyon manatını təşkil edəcək.  

Büdcə siyasətinin gəlirlər üzrə əsas istiqamətləri 2026-cı ildə ölkənin iqtisadi inkişafını sürətləndirmək, rəqabət qabiliyyətini gücləndirmək, investisiya mühitini  daha cəlbedici etmək məqsədlərini daşıyır. Bu tədbirlər çərçivəsində vergi  yükünün optimallaşdırılması, sahibkarlığın dəstəklənməsi və strateji sahələrə investisiyaların təşviqi, vergi və gömrük inzibatçılığı mexanizmlərinin  təkmilləşdirilməsi  kimi  addımlar planlaşdırılır. Eyni  zamanda, dövlət başçısının 30 may tarixli Sərəncamına uyğun olaraq “Azərbaycan Respublikasının 2027-2030-cu  illərdə  sosial-iqtisadi inkişaf  Strategiyası”nın layihəsinin hazırlanması prosesində ölkəmizdəki mövcud vəziyyət, hədəf göstəriciləri, məqsədlərin reallaşdırılması üzrə həyata keçiriləcək konkret tədbirlər, əldə ediləcək nəticələr,  tələb olunan resursların təsviri də gəlir portfelində nəzərə alınacaq.

Ümumilikdə, 2026-cı il üzrə dövlət büdcəsinin gəlir siyasətinin əsas istiqamətləri aşağıdakı kimi qruplaşdırıla bilər:

* Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və vergi yükünün azaldılması;

* Əlverişli investisiya mühitinin yaradılması;

* Vergi və gömrük sahəsində inzibatçılığın təkmilləşdirilməsi.

Büdcənin əsas xərc istiqamətləri

Növbəti ildə dövlət büdcəsinin xərcləri isə 2025-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 141milyon  manat və ya 0,3 faiz artımla proqnzolaşdırılaraq 41 milyard 548,6 milyon manat həcmində müəyyənləşdirilib. Bu, 2024-cü ilin icra göstəriciləri ilə müqayisədə 3 milyard 835 milyon manat və ya 10,2 faiz çoxdur. 2026-cı ildə büdcə kəsiri 2025-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 74 milyon manat və ya 2,4 faiz çox olmaqla 3 milyard 125 milyon manat (ÜDM-in 2,3 faizi proqnozlaşdırılır.

Ümumilikdə, 2026-2029- cu illərdə dövlət büdcəsi xərcləri dövlətin əsas funksiyalarının maliyyələşdirilməsinin təmin edilməsinə yönəldiləcək.

Dövlət büdcəsinin əsas xərc istiqamətləri büdcə siyasəti qarşısında dayanan çağırışlar və sosial-iqtisadi hədəflər əsas götürülməklə ortamüddətli resurs zərfinə uyğun olaraq Milli Xərc Prioritetlərinə əsaslanır. Eyni zamanda, ortamüddətli dövr üzrə büdcə siyasətinin məqsəd, istiqamət və hədəfləri bir sıra çağırışlar nəzərə alınmaqla müəyyən edilib.  Bu çağırışlar “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi, “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı” və proqramın 2027-2030-cu  illəri əhatə edən növbəti mərhələsi, eləcə də ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlı əsas aktual konseptlərdir.

Beləliklə, 2026-2029-cu illərdə dövlət büdcəsi xərcləri dövlətin əsas funksiyalarının maliyyələşdirilməsini nəzərdə tutumaqla, ortamüddətli dövrdə xərc istiqamətlərinin əsas  hədəf baxışları aşağıdakı kimi təsnifləşdirilə bilər:

* Ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, o cümlədən dövlət sərhədlərinin bərpası və toxunulmazlığının təmin edilməsi, ordunun maddi-texniki təchizatının müasirləşdirilməsi, ərazilərin minalardan təmizlənməsi, hərbçilərin sosial təminatının və xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirlərin və layihələrin icrası;

* İqtisadiyyata büdcədən birbaşa və dolayısı ilə dövlət öhdəlikləri, dövlət sifarişi, subsidiya, subvensiya və dotasiya formasında maliyyə dəstəyinin davam etdirilməsi;

* Əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi;

* Əməkhaqqı sisteminin təkmilləşdirilməsi və əməyin ödənişi, pensiyalar, müavinətlər, təqaüdlər və digər sosial ödənişlər ilə bağlı xərclərin maliyyə təminatı;

* Büdcə vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulmuş dövlət proqram və tədbirlərin maliyyə təminatının yaradılması.

Şəffaflıq, səmərəlilik və ədalətlilik  prinsipləri

Büdcə siyasətinin əsas hədəflərindən biri də şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən işlərin davam etdirilməsidir. Bu məqsədlə növbəti   ortamüddətli   dövrdə büdcə sənədlərinin  məzmununun və dərcedilmə müddətinin  beynəlxalq  standartlara  uyğunlaşdırılması, hesabatlılığı təmin edən elektron məlumat bazasının formalaşdırılması və inteqrasiyası, büdcə vəsaitlərinin   uçotunun təkmilləşdirilməsi,  həmçinin büdcə prosesinin müxtəlif mərhələlərinin  avtomatlaşdırılması nəzərdə tutulur. Bu tədbirlər büdcə prosesinin mütərəqqi  standartlar əsasında daha da təkmilləşdirilməsinə,  ictimaiyyətin və vətəndaş cəmiyyəti institutlarının prosesdə iştirakının genişləndirilməsinə, eləcə də dövlət maliyyəsinin idarə olunmasında səmərəlilik, operativlik və ədalətlilik prinsiplərinin qorunmasına xidmət edəcək.

ELBRUS CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 Sentyabr 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see342

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see291

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see278

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see271

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see268

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see244

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see240

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see232

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see227

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see222

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see222

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see220

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see211

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see203

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see197

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see182

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see173

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see173

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see173

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri