Icma.az
close
up
RU
“Dövlətin əsas məqsədi yalnız azalma faktını izləmək yox, prosesin gələcək təsirlərini qabaqlamaq olmalıdır”

“Dövlətin əsas məqsədi yalnız azalma faktını izləmək yox, prosesin gələcək təsirlərini qabaqlamaq olmalıdır”

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda 1-ci sinfə gedən uşaqların sayında azalma tendensiyası müşahidə olunur. Rəqəmlərə əsasən, son 7 ildə 32 minə yaxın uşaq birinci sinfə getməyib. Bu statistika ilk baxışda sadə görünsə də, uzunmüddətli dövrdə həm məktəb infrastrukturu, həm müəllim kadrları, həm də ölkənin gələcək əmək bazarı üçün ciddi təsirlər doğura bilər.Azərbaycanda 1-ci sinfə gedən uşaqların sayında azalma nə ilə bağlıdır?

Dövlət bu vəziyyətin qarşısını almaq üçün hansı tədbirlər görməlidir?

Uşaqların sayının azalması nəticəsində məktəblərin fəaliyyətində hansı dəyişikliklər gözlənilir?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bildirib ki, müəllimlərə olan tələbat sabit qalmayacaq, bəzi ixtisaslarda artıq yüklənmə azalacaq: “Azərbaycanda 1-ci sinfə gedən uşaqların sayının azalması təkcə təhsil məsələsi deyil, bunun arxasında daha geniş demoqrafik və sosial kontekst dayanır. Son 7 ildə 32 minə yaxın uşağın birinci sinfə başlamaması artıq tendensiya xarakteri alıb və bu dinamikanı düzgün oxumaq gələcək üçün həyati əhəmiyyət daşıyır. Hazırda əhali artımının zəifləməsi, doğum göstəricilərinin əvvəlki illərlə müqayisədə aşağı düşməsi, ailələrin iqtisadi yükü, urbanizasiya, valideynlərin sosial həyat prioritetlərinin dəyişməsi və miqrasiya kimi bir çox faktor paralel şəkildə prosesə təsir edir. Gənc ailələrin daha az uşaq sahibi olmağa üstünlük verməsi isə bu reallığın ən açıq göstəricisidir.

Bu tendensiya davam edəcəyi halda yaxın illərdə məktəb şəbəkəsinin strukturuna təsirlər qaçılmaz olacaq. Şagird sayının azalması xüsusilə bölgələrdə kiçik tutumlu məktəblərin birləşdirilməsi, sinif komplektlərinin sayının azalması və resursların yenidən bölüşdürülməsi kimi nəticələr doğura bilər. Digər tərəfdən, böyük şəhərlərdə sıxlıq yüksək olduğundan balanslaşdırma siyasətinə ehtiyac yaranacaq. Daha az şagird kadr ehtiyacının da dəyişəcəyini göstərir: müəllimlərə olan tələbat sabit qalmayacaq, bəzi ixtisaslarda artıq yüklənmə azalacaq, digərlərində isə keyfiyyət üstə çıxacaq. Bu həm də müəllimlərin peşəkar inkişafına, müxtəlif sahələrə yönəlməsinə və kadr planlaşdırmasına yeni baxış tələb edir”.

Əmrah Həsənli

Əmrah Həsənli vurğulayıb ki, bu gün məktəbə getməyən uşaq sabah ölkənin fəal iqtisadi iştirakçısına çevrilmir: “Dövlətin burada əsas məqsədi yalnız azalma faktını izləmək yox, prosesin gələcək təsirlərini qabaqlamaq olmalıdır. Bu istiqamətdə bir neçə prioritet vacib görünür. İlk növbədə demoqrafik siyasət gücləndirilməli, gənc ailələr üçün sosial-iqtisadi dəstək mexanizmləri genişləndirilməli, uşaq böyütmək həm maddi, həm də sosial baxımdan daha əlçatan hala gətirilməlidir. Eyni zamanda məktəbəqədər təhsilə əlçatanlıq artırılmalı, bağça-məktəb keçidi stimullaşdırılmalı, regionlarda təhsil və yaşayış mühitinin cəlbediciliyi yüksəldilməlidir. İnfrastruktur yenilənməli, azsaylı məktəblərin fəaliyyəti optimallaşdırılmalı, müəllim resursları real tələbə uyğun planlaşdırılmalıdır. Bu, həm də əmək bazarının gələcək miqyasını müəyyən edən strateji məsələdir, çünki bu gün məktəbə getməyən uşaq sabah ölkənin fəal iqtisadi iştirakçısına çevrilmir”.

Əmrah Həsənli qeyd edib ki, bu proses daha keyfiyyətli təhsil sistemi formalaşdırmaq üçün fürsətə çevrilə bilər: “Şagird sayının azalması bir statistik rəqəm kimi görünə bilər, amma bu rəqəmin fonunda təhsildən tutmuş iqtisadi dayaqlara qədər uzanan təsir xətti var. Vaxtında düzgün addımlar atılarsa, bu proses yalnız risk yox, həm də yenilənmə və daha keyfiyyətli təhsil sistemi formalaşdırmaq üçün fürsətə çevrilə bilər”.

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 27 Noyabr 2025 18:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see205

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see195

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see174

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see144

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see142

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see141

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see126

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see124

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri