Icma.az
close
up
RU
Dövlətin ali məqsədi

Dövlətin ali məqsədi

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Müstəqil Azərbaycanın dövlət başçısının qətiyyətli siyasi iradəsi ilə aparılan demokratik inkişafla bağlı siyasəti çoxvektorludur. Burada insan hüquq və azadlıqlarının qorunması xüsusi olaraq diqqət mərkəzində saxlanılır. 

İnsan və vətəndaş hüquq və azadlıqlarının qorunması üçün ardıcıl islahatlar aparmaqla münbit zəmin formalaşdırılması, yeni instiusional mexanizmlərin yaradılması, məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi ölkədə vətəndaş məmnunluğunu təmin edir, dövlətə inamı daha da artırır.  Eyni zamanda, demokratik mühitin bərqərar olması, insan hüquq və azadlıqlarının qorunması, fikir plüralizminin, söz azadlığının təmin edilməsi, dövlət siyasətində cəmiyyətdən gələn sosial sifarişlərin nəzərə alınması, əlçatanlığın artırılması kimi amillər  beynəlxalq səviyyədə Azərbaycanın müsbət imicinin möhkəmlənməsini şərtləndirir.

İnsan hüquqlarının qorunmasına Konstitusiya ilə verilən geniş təminatlar

Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunub. Respublikamızda insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasını təmin edən əsas baza sənədi də məhz böyük siyasətçi Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabr ayının 12-də keçirilmiş ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasıdır. Konstitusiyada müəyyən edilib ki, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması, ölkə vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Əsas Qanunun 24-cü maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi təsbit olunub. Vurğulanır ki,  insan ləyaqəti qorunur və ona hörmət edilir. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır.

Konstitusiyamızın ən geniş fəslində məhz əsas insan və vətəndaş hüquq və azadlıqları, bu hüquqların və azadlıqların təminatı, habelə ayrı-ayrı hüquq və azadlıqların qanuni məhdudlaşdırılmasının yol verilən hədləri öz əksini tapıb. O cümlədən 24 avqust 2002-ci il və 18 mart 2009-cu ildə keçirilən ümumxalq səsverməsi - referendumlar da qeyd olunan istiqamətlərdə uğurların əldə olunmasına xüsusi töhfələr bəxş edib. Belə ki, bəhs olunan ümumxalq səsvermələri qanunvericilik bazasının zənginləşməsi, insan və vətəndaş hüquq və azadlıqlarının əhatə dairəsinin genişlənməsi, sosial-siyasi təsisatların fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinin artırılması istiqamətlərində müstəsna əhəmiyyət kəsb edib. Bununla yanaşı, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilən ümumxalq səsverməsi - referendum vasitəsilə Azərbaycan Respublikası Konstitusiyasına edilmiş əlavə və dəyişikliklər ölkəmizdə demokratik inkişaf yolunda keyfiyyətcə yeni bir mərhələ açıb.

Müstəqil Azərbaycanın ardıcıl siyasəti

Respublikamızın insan hüquq və azadlıqlarının qorunması ilə bağlı siyasəti ardıcıl səciyyə daşımaqla kifayət qədər geniş əhatə dairəsinə malikdir. Qeyd etmək yerinə düşər ki, ölkəmizdə insan hüquqları ilə bağlı ayrıca gün təsis edilib. Belə ki,  hər il iyunun 18-i Azərbaycanda İnsan Hüquqları Günü kimi qeyd olunur. Belə bir əlamətdar gün üçün 18 iyun tarixinin seçilməsi də təsadüfi deyil. Müstəqil Azərbaycanda ilk dəfə 1998-ci il iyunun 18-də Prezident Heydər Əliyev tərəfindən “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edilib və insan hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə məhz həmin tarixi gün Azərbaycanda İnsan Hüquqları Günü elan edilib.

Prezident Heydər Əliyevin təşəbbüsü əsasında respublikamızda insan hüquqlarının və azadlıqlarının qorunmasında səmərəli hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatının yaradılması hüquqi islahatların ən mühüm mərhələlərindən birini təşkil edir. Heydər Əliyevin “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” 1998-ci il 22 fevral tarixli Fərmanında, habelə 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilən Dövlət Proqramında insan hüquqları üzrə müvəkkil təsisatının yaradılması nəzərdə tutulub. 2001-ci il dekabrın 28-də isə Milli Məclis “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında” Konstitusiya Qanununu qəbul edib. Müvəkkil təsisatının yaradılması və fəaliyyəti üçün maddi və hüquqi baza formalaşdırılıb. 2002-ci il martın 5-də Heydər Əliyev “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun tətbiq edilməsi barədə Fərman imzalayıb. 2002-ci il iyulun 2-də “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında” Konstitusiya Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Qanun qəbul olunub.

Bu sahədə başlanan islahatlar sonrakı mərhələdə Prezident İlham Əliyevin rəhbərliyi ilə eyni ardıcıllıqla davam etdirilir. Dövlətimizin başçısının “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” 2006-cı il 28 dekabr tarixli Sərəncamında Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi göstərilib. Ötən dövrdə Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi əsasında hüquqi islahatların əhatə dairəsi daha da genişləndirlib. Xüsusilə də dövlətimizin başçısının 2017-ci il 10 fevral tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamı, eləcə də bu sahədə imzalanan digər Fərman və sərəncamlar ölkəmizdə insan hüquqlarının təmin olunması işinə mühüm təkan verib.

İnsanların yaşamaq haqqı

Hər bir insanın yaşamaq hüququ var. 10 fevral 1998-ci ildə ölüm hökmünün ləğv edilməsi Azərbaycanda insan hüquq və azadlıqlarının qorunmasına necə böyük önəm verildiyini əyani şəkildə təsdiqləyir.

Respublikamızda ölüm hökmünün ləğvi təşəbbüsü də zamanında böyük siyasətçi Heydər Əliyevdən gəlib. Prezident Heydər Əliyev 1998-ci il fevralın 3-də ölüm hökmünün ləğv olunması haqqında təşəbbüslə Milli Məclisə müraciət ünvanlayıb. O, həmçinin Konstitusiyanın 96-cı maddəsinə uyğun olaraq ölkədə ölüm hökmünün ləğv olunması ilə əlaqədar Azərbaycan Respublikasının cinayət, cinayət-prosessual və islah-əmək məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihəsini parlamentə təqdim edib.

Ölkədə ölüm hökmünün ləğv edilməsi təşəbbüsü ilə çıxış etməsi Heydər Əliyevin cəza siyasətinə ədalətli və humanist yanaşmasını ifadə edirdi. Heydər Əliyev  1993-cü ilin yayında xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanın siyasi rəhbərliyinə gəldikdən sonra respublikamızda ölüm hökmünün icrasına moratorium qoyuldu. Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə qəbul edilmiş Konstitusiyada ölüm hökmü cəzası tam ləğv edilənədək yalnız dövlətə, insan həyatına və sağlamlığına qarşı xüsusilə ağır cinayətə görə müstəsna cəza tədbiri kimi göstərilmiş və daimi cəza növü kimi nəzərdə tutulmamışdır. Heydər Əliyev 1995-ci ildə ölkəmizdə amnistiya institutunu da təsis edib. Onun təşəbbüsü əsasında Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyası yaradılıb. 1996-cı ilin mayında isə Milli Məclis Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsünü dəstəkləyərək yaşı 65-dən çox olanların ölüm cəzasından azad olunması ilə bağlı qərar qəbul edib, həmçinin ölüm cəzasının ləğvini nəzərdə tutan cinayətlərin sayı qanunvericilikdə 33-dən 12-yə endirilib.

YEGANƏ

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanmışdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 Avqust 2025 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

22 Noyabr 2025 00:03see219

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see192

Sadıqovvari tənqid və.. nəticə?

23 Noyabr 2025 10:47see177

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

22 Noyabr 2025 13:21see140

Arne Slot “Liverpul”un qış transferləri barədə: “Hazırda düşündüyüm son şey odur”

22 Noyabr 2025 01:05see133

Sığınacaqda dünyasını dəyişən uşaq: Məsuliyyəti kim daşıyır? Hüquqi MÜZAKİRƏ

21 Noyabr 2025 23:40see130

Misir telekanalında Azərbaycan musiqisi haqqında veriliş yayımlanıb

22 Noyabr 2025 01:42see130

“Bu gün tanış olmuşduq, xəbər gəldi ki, rəhmətə gedib…” Foto

22 Noyabr 2025 10:49see130

Supermenin ilk komiksinin nüsxəsi rekord qiymətə satıldı

22 Noyabr 2025 01:26see129

Zirə autsayderə qarşı

22 Noyabr 2025 09:31see128

Gündə neçə banan yemək olar? Faydaları

23 Noyabr 2025 06:06see127

Yağın ucuz olduğu ölkələrdən böyük həcmdə idxal edirlər, öz etiketini vurub yerli istehsal məhsulu kimi satırlar

22 Noyabr 2025 00:58see125

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

23 Noyabr 2025 01:38see125

Suitilərin əvvəllər məlum olmayan davranış xüsusiyyəti aşkar edilib...

21 Noyabr 2025 23:38see124

Çin rabitə peykini orbitə çıxardı

22 Noyabr 2025 01:38see123

Naxçıvanda yol qəzası olub, 4 nəfər xəsarət alıb

22 Noyabr 2025 19:20see122

Duz beyinə necə təsir edir?

22 Noyabr 2025 07:37see122

Almaniyada Ukrayna ilə bağlı Təhlükəsizlik Şurasının iclası keçirilib

23 Noyabr 2025 06:10see121

İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

23 Noyabr 2025 16:56see120

La Liqa: Barselona Kamp Nou ya qələbə ilə dönür

23 Noyabr 2025 02:12see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri