Icma.az
close
up
RU
Dövlətin son dövrlər əsas götürdüyü kurs xarici borcu azaltmaq, əvəzində daxili borclanmanı artırmaqdır

Dövlətin son dövrlər əsas götürdüyü kurs xarici borcu azaltmaq, əvəzində daxili borclanmanı artırmaqdır

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu il oktyabrın 1-nə Azərbaycanın dövlət borcu 26 milyard 201,4 milyon manat və yaxud 2024-cü il üzrə proqnozlaşdırılan ümumi daxili məhsulun (ÜDM) 21,6 %-i qədər olub. Maliyyə Nazirliyinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 52,3 % çoxdur. Məlumata görə, borcun 9 milyard 8,5 milyon manatı və yaxud 5 milyard 299,1 milyon ABŞ dolları xarici, 17 milyard 192,9 milyon manatı daxili dövlət borcudur. Bunlar gözlənilən ÜDM-in müvafiq olaraq 7,4 %-i və 14,2 %-i qədərdir, 1 il əvvələ nisbətən müvafiq olaraq 18,9 % az və 2,8 dəfə çoxdur.

Qurum sentyabrın sonuna xarici dövlət borcunun valyuta tərkibini də açıqlayıb:

XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) 3,7 %,ABŞ dolları 86,1 %,avro 6,1 %,yapon yeni 3,4 %,digər valyutalar 0,7 %Dövlət borcu nədir? Dövlət istədiyi vaxt "dövlət borcu"nu bağlaya bilərmi?

İqtisadçı Pərviz Heydərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Maliyyə Nazirliyi yaxın zamanlarda Azərbaycanın xarici dövlət borcu haqqında məlumatları açıqlayıb. Hər bir dövlət təxirə salınmaz ictimai, iqtisadi, siyasi, təhlükəsizlik və digər məsələlərin həlli ilə əlaqədar olaraq bu və ya digər formada borclanmaya gedir. Ya beynəlxalq maliyyə qurumlarından kredit götürür, ayrı-ayrı dövlətlərdən borc götürür, ya da ki, daxildə qiymətli kağızlar emissiya edib onun dövriyyəsini təşkil etməklə həm fiziki şəxslərdən, həm hüquqi şəxslərdən sərbəst maliyyə vəsaitlərini topluyur. Hər iki halda dövlət borcu yaranır. Bunlar toplu halında xarici və daxili dövlət borcunu təşkil edir.

Pərviz Heydərov

Pərviz Heydərov qeyd edib ki, dövlətin son dövrlər əsas götürdüyü kurs xarici borcu azaltmaq, əvəzində daxili borclanmanı artırmaqdır: “Bu, düzgün siyasətdir. Çünki, daxili borclanmadan fərqli olaraq, xarici borclanma daha təhlükəli xarakter daşıyır. Çünki burada dövlət, hökumət olaraq digər beynəlxalq maliyyə qurumlarının, ayrı-ayrı ölkələrin qarşısında öhdəlik götürmüş olur. Daxili borclanma elədir ki, öz vətəndaşlarından fiziki şəxs və hüquqi şəxs olaraq öz daxili biznes strukturlarının qarşısında öhdəlik olaraq götürür. Hər iki halda ikisi də borcdur”.

Ekspert deyir ki, ən ağıllı siyasət odur ki, istər daxili olsun, istərsə də xarici çox borclanmaya getməyəsən. Pərviz Heydərov bildirib ki, dünyanın ən güclü inkişaf etmiş ölkələri belə dövlət borcuna "gedir": “Məsələn, dünyanın bir nömrəli iqtisadi gücü ABŞ-dır və dünyanın ən çox dövlət borcu olan ölkəsi də ABŞ-dır. Yəni, bu bilinən iqtisadi fəaliyyət hər bir dövlətin iqtisadi siyasətinin tərkib hissəsidir ki, bu zaman borc verməsən, dünya iqtisadiyyatına inteqrasiya olmaq və qlobal iqtisadiyyatın bir tərkib hissəsi kimi mövcud olmaq mümkün deyil. İstənilən halda borclanmaya getməlisən. İnkişaf etmiş ölkəsənsə, həm də borc verməlisən.

Dövlət borcunu bağlamaq üçün müxtəlif üsullardan istifadə olunur. Bunun üçün dövlət büdcəsi tərtib olunanda həmişə növbəti il üçün xarici öhdəliklər deyilən sahə üzrə həmin büdcədə xüsusi vəsait nəzərdə tutulur. Valyuta ehtiyatları hesabına, əgər təcili şəkildə xarici öhdəliklərin yerinə yetirilməsi tələb olunursa, ondan istifadə etməklə dövlət borcunu ödəmək mümkündür”.

Pərviz Heydərov bildirib ki, hər hansı bir məsələ üzrə ölkə iqtisadiyyatı ilə əlaqədar qarşılıqlı razılaşmaya getmək formatından istifadə edərək dövlət borcunun silinməsi mümkündür və bunun müxtəlif vasitələri var.

“Azərbaycan xoşbəxt ölkələrdən biridir ki, bu gün istəsə, valyuta ehtiyatlarımız hesabına dövlət borcunu bir gün içində tamamilə bağlaya bilərik. Belə imkanlara, dünya ölkələri içərisində az ölkələr sahibdir. Biz o ölkələrdənik ki, istəsək günü bu gün bütün borclarımızı silə bilərik. Bu bizə belə imkan yaradır ki, bizim valyuta ehtiyatlarımız həcmi, xaricə olan dövlət borcumuzun həcmindən bir neçə dəfə çoxluq təşkil edir”-deyə o bildirib.

Dövlət öz borcunu bağlamaqda maraqlıdırmı?

Pərviz Heydərov deyir ki, hər bir dövlət maraqlı olmaqdan başqa hazır olmalıdır ki, lazım gəldikdə xaricə olan borclarını tələb olunan kimi bağlaya bilsin.

“Dövlət istənilən halda bu məsələdə maraqlı olmalıdır. Məsələn, ABŞ kimi dövlət borcunu rekord səviyyədə şişirdə-şişirdə getməklə yox. Amerika buna gedir. Çünki Amerikanın iqtisadiyyatı böyükdür, Amerikan valyutası, dünyada aparıcı valyutadır. Amma digər ölkələr Amerikanın getdiyi bu yolu gedə bilməz. Bu, düzgün siyasət deyil.

Azərbaycan indiki zamanda xarici dövlət borcu səviyyəsinə görə dünyanın ən xoşbəxt ölkələrindən biridir. Xarici dövlət borcumuzun səviyyəsi, ümumi daxili məhsulun 17 faizi qədər hissəsini təşkil edir və bunun ən kritik həddi 30 faizdən yuxarıdır.

Səhv etmirəmsə, ABŞ-ın xarici dövlət borcunun səviyyəsi ümumi daxili məhsulundan da yüksəkdir. Amma, kritik hədd ümumi daxili məhsulun səviyyəsinin 30 faizini təşkil edir. 30 faizi keçdisə, artıq bu vəziyyət qırmızı işıqdır. Amma bizdə bu rəqəm yarısından da aşağıdır. Yəni, 30 faizdən çox-çox aşağıdır”-deyə iqtisadçı qeyd edib.

Pərviz Heydərov vurğulayıb ki, son dövrlər daxili dövlət borcu səviyyəsi artır ki, bu digər iqtisadi vəzifələrin yerinə yetirilməsi və büdcə kəsrinin ötürülməsi üçün istifadə olunur.

İqtisadçının fikrincə, bizim ölkənin müdafiə və təhlükəsizlik məsələləri ilə bağlı xərclər olduqca çoxluq təşkil edir.

“Bundan əlavə digər layihələrimiz də vardır. Bütün bunlara görə daxili borclanmanın artırılması vacib görülsə də, nəzərə almaq lazımdır ki, dövlətin daxili borclanmasının genişləndirilməsi də müəyyən bir limit çərçivəsində olmalıdır”-deyə Pərviz Heydərov bildirib.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 14 Dekabr 2024 18:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri