Icma.az
close
up
RU
Dövr dəyişdikcə, gələcəyə baxış bucağımız və reaksiyalarımız da dəyişir AYDINLIQ GƏTİRİLDİ

Dövr dəyişdikcə, gələcəyə baxış bucağımız və reaksiyalarımız da dəyişir AYDINLIQ GƏTİRİLDİ

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Keçmiş dövr insanları ilə indiki insanlar, xüsusilə də gənclər arasında xeyli fərq var". Bunu SİA-ya açıqlamasında psixoloq Ezgi Şahın deyib.

O bildirib ki, hər dövrdə cavan nəslin reaksiyaları əvvəlki nəsillərə qəribə görünür: "Eləcə də, bizim davranışlarımız da onlara xoş gəlmir. Bunun əsas səbəbi dövrlərarası fərqlərdir. Əvvəllər sosial şəbəkələr yox idi, indi isə sosial media vasitəsilə bir çox şeyə şahid oluruq və onları normallaşdırmağa başlayırıq.

Avropa üslubuna yönəlirik və bu, xüsusilə Azərbaycan, Türkiyə kimi müsəlman ölkələrində daha çox nəzərə çarpır. Çünki biz fərqli bir mühitdə, daha qapalı rejimdə böyüdüyümüz üçün Avropa tərzinə uyğunlaşmağa çalışdıqda, keçmiş nəsil – nənə və babalarımız – buna reaksiya verir və sanki bizə "siz bu nəsilə aid deyilsiniz" demək istəyirlər.

Məsələn, əvvəllər insanlar – xüsusilə də 1980–90-cı illərdə – cəmiyyətdə utanır, sevgililər əl-ələ gəzməyə belə çəkinirdilər. İndi isə bu kimi davranışlar daha çox normal qarşılanır. İnsanlar cəmiyyətdə açıq şəkildə qucaqlaşır, hisslərini sərbəst ifadə edirlər. Bu isə ağsaqqallar və ağbirçəklər üçün hələ də qəribə görünür. Sosial şəbəkələrin bizə göstərdiyi, bizə "normal" kimi təqdim etdiyi şeylər əvvəlki nəsillər üçün qəbuledilməz ola bilər. Bu, sosial mediadan qaynaqlanan ikinci bir reaksiya formasıdır: biz artıq bir çox şeyi normallaşdırırıq. Lakin keçmiş nəsil, xüsusilə 1980-ci illərdə böyüyənlər, bu davranışlara normal baxmırlar. Maraqlısı odur ki, həmin nəsil də vaxtilə onlardan əvvəlki dövr tərəfindən normal qarşılanmamışdı.

Dövr dəyişdikcə, gələcəyə baxış bucağımız və reaksiyalarımız da dəyişir. Məhz bu səbəbdən biz tənqidi qəbul etmirik. Çünki hələ formalaşmağa çalışırıq, hər şeyi normallaşdırdıqca insanların bizi tənqid etməsi qəribə gəlir. Biz isə bu tənqidləri "sizin dünya görüşünüz yoxdur" deyərək rədd edirik. Əslində bu, doğru yanaşma deyil. Qəbul etməliyik ki, hər kəsin dünya görüşü fərqlidir. Bəzən cəmiyyətdə davranışlarımızı düzgün tənzimləməliyik. Hər şeyin "normal" qarşılanması bir həddə qədər mümkündür, lakin müəyyən bir səviyyədən sonra bu, artıq yolverilməz ola bilər".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:44
embedMənbə:https://sia.az
archiveBu xəbər 06 Avqust 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see224

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see187

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see166

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see160

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see158

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see149

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see149

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see143

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see139

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see135

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see134

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see134

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri