Icma.az
close
up
RU
Dövrümüzdə bir sıra xərçəng növləri qripdən daha asan sağalır, 70%...

Dövrümüzdə bir sıra xərçəng növləri qripdən daha asan sağalır, 70%...

Icma.az bildirir, Olke.az portalına istinadən.

Artıq xərçəng xəstəliyi əvvəlki kimi insanların mütləq sonu mənasına gəlmir.

Ölkə.Az Türkiyənin “Sabah” qəzetinə istinadla xəbər verir ki, bu barədə ümumi cərrahiyyə mütəxəssisi professor Adnan Çalık danışıb. O bildirib ki, əgər 30 il əvvəl bir çox xərçəngin sağalma şansı çox az idisə, bu gün xərçəngin bir çox növlərindən sağalma nisbəti 1,5-2 dəfə artıb.

“Xüsusilə döş, prostat və hematoloji xərçənglərində dramatik irəliləyiş var. Ağciyər və mədəaltı vəzi kimi xərçənglərdə artım nisbəti daha məhduddur, lakin immunoterapiya sayəsində son 10 ildə sürətli artım olub.

Bu həlledici məqamdır. "Xərçəng" sözü hələ də “ölüm” sözü ilə sinonim kimi qəbul edilir, lakin bu, mövcud tibbi reallıqla tamamilə üst-üstə düşmür.

Xərçəng həmişə ölüm deyil. Müalicə müvəffəqiyyəti son 30 ildə kəskin şəkildə artıb. Döş, prostat, qalxanabənzər vəzi və dəri də daxil olmaqla bir çox xərçəng növləri üçün beş illik sağ qalma nisbətləri 85-95%-ə çatıb.

Uşaqlıq leykemiyasının müvəffəqiyyət nisbəti 90%-dən çoxdur. Xəstəliyin erkən mərhələsində olan bir çox xərçəng növləri tamamilə müalicə olunur”.

A.Çalık söyləyib ki, müalicələrin müvəffəqiyyətində başa çatmasında 18-20%-lik mütləq artım var:

“Son 30 ildə (1995-2025) xərçəng müalicəsində müvəffəqiyyət nisbəti əhəmiyyətli dərəcədə artmışdır. Bu artımı ölçmək üçün ümumiyyətlə beş illik sağ qalma nisbətləri nəzərə alınır.
Türkiyədən və dünyanın hər yerindən əldə edilən məlumatlar ümumi sağ qalma nisbətlərinin artdığını göstərir; 1990-cı illərdə bütün xərçənglər üçün 5 illik sağ qalma nisbəti 50% idi. Bu gün (2020-ci illərdə) bütün xərçənglər üçün 68-70% təşkil edir. Müalicələrin müvəffəqiyyətində başa çatmasında 18-20%-lik mütləq artım var.

Erkən diaqnostika üsulları (mamoqrafiya, kolonoskopiya, aşağı dozalı KT ağciyər skrini), cərrahi üsullardakı irəliləyişlər (laparoskopik və robotik cərrahiyyə), radioterapiyanın optimallaşdırılması (IMRT, stereotaktik RT), kemoterapi protokollarının təkmilləşdirilməsi, məqsədyönlü müalicələr və s. müalicə prosesinə müsbət təsir göstərir”,- deyə o əlavə edib.

Həkimin sözlərinə görə, bəzi xərçəng növlərində sağalma nisbəti qripdən daha yüksəkdir:

“Əvvəllər ölümcül olan bir çox xərçəng indi uzun müddət idarə oluna bilər. Erkən diaqnoz müvəffəqiyyət nisbətini iki dəfə artırır. Skrininq proqramlarında iştirak həyatları xilas edir. Bu xüsusilə döş, kolon və uşaqlıq boynu xərçənglərində özünü göstərir. Müalicə üsulları əhəmiyyətli dərəcədə inkişaf edib.

Bəzi hallarda sağalma əmsalı hətta qripdən (məsələn, qalxanabənzər vəzin xərçənginin erkən mərhələlərində) daha yüksəkdir. Gözlənilən ömür uzunluğu artıb, ümid isə xeyli güclənib. İndiki vaxtda, hətta bəzi inkişaf etmiş xəstələrdə 5-10 illik sağ qalma əmsalı mümkündür. Bu, inqilabdır".

Billurə Yunus

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:252
embedMənbə:https://olke.az
archiveBu xəbər 05 Sentyabr 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri