Icma.az
close
up
RU
Döyənəyin kökünü qurudan təbii üsullar

Döyənəyin kökünü qurudan təbii üsullar

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dar ayaqqabılar, gün boyu ayaqüstə qalmaq və yanlış ayaqqabı seçimi zamanla ayaqlarda sərtləşmələrə yol açır. Xüsusilə dabanlarda və barmaq kənarlarında yaranan döyənəklər həm estetik görünüşü pozur, həm də ağrılı fəsadlar törədir. Əslində döyənək bədənin müdafiə mexanizmlərindən biridir. Davamlı təzyiq və sürtünməyə məruz qalan dəri alt toxumanı qorumaq üçün qalınlaşır. Lakin bu qalınlaşma vaxtında müalicə edilmədikdə hərəkət məhdudiyyətinə səbəb olur.
Demokrat.az xəbər verir ki, ev şəraitində tapılan iki məhsulun qarışığı dərini yumşaltmaq və döyənəkləri təmizləmək üçün effektiv nəticə verir. Zeytun yağı tərkibindəki E vitamini və yağ turşuları ilə dərinin elastikliyini bərpa edir. Limon isə tərkibindəki turşu sayəsində ölü dərini arındırır. Bu iki vasitə birləşdikdə həm qidalandırıcı, həm də yumşaldıcı təsir göstərir.
Qarışığı hazırlamaq üçün marketlərin birindən alınan zeytun yağına yarım limonun suyunu sıxıb yaxşıca qarışdırmaq lazımdır. Alınan məhlulu pambıq vasitəsilə problemli nahiyəyə masaj edərək çəkmək və üzərini pambıq parça ilə bağlamaq məsləhətdir. Gecə tətbiq edilən bu üsul səhərə qədər dərinin dərin qatlarına nüfuz edərək sərtliyi aradan qaldırır.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, döyənəyi kəsmək və ya sərt şəkildə qazımaq olmaz. Bu, dərini zədələyə və infeksiya riskini artıra bilər. Xüsusilə şəkərli diabet xəstələrinin belə hallarda özbaşına müdaxilə etməsi təhlükəlidir. Apteklərdə satılan döyənək bantları da köməkçi vasitə ola bilər, lakin bu zaman ətrafdakı sağlam dərini qorumaq vacibdir.
Ayaq sağlamlığını qorumaq üçün düzgün ölçüdə ayaqqabı seçmək və duşdan sonra dərini mütəmadi nəmləndirmək ən sadə və təsirli vərdişdir. Həftədə bir dəfə daban daşı ilə aparılan zərif təmizlik isə sərtləşmənin qarşısını əvvəlcədən almağa imkan verir.
Aytən
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 Fevral 2026 01:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see317

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see308

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see303

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see276

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see259

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see192

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see192

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see176

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri