Icma.az
close
up
RU
Ziyillərin kökünü qurudan təbii vasitələr

Ziyillərin kökünü qurudan təbii vasitələr

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ziyillər dərimizin üst qatında virus nəticəsində yaranan xoşxassəli dəri qabarıqlarıdır.

Ziyillərə səbəb olan viruslara HPV (insan papillomavirusu) deyilir. Dərinizdə hər hansı bir kəsik və ya zədə olduqda, bu viruslardan birinə tutulma riskiniz artır. Əksər ziyillər zərərsizdir, lakin viruslar səbəb olduğu üçün son dərəcə yoluxucudur.

Bəs ziyillərdən qurtulmağın yolları hansılardır?

ÇAY AĞACI YAĞI

Çay ağacı yağı güclü antiseptikdir və ziyillərə səbəb olan bakteriyaları öldürür. İki xörək qaşığı suya bir neçə damcı çay ağacı yağı əlavə edib ziyillərinizə sürtün. Qurumasını gözləyin. Bunu gündə 5-6 dəfə təkrarlayın.

PROPOLİS

Propolisin antiviral və antibiotik xüsusiyyətləri ziyillərdən qurtulmanıza kömək edəcək. Ziyillərin üzərinə və ətrafına bir neçə damcı propolis çəkin. Sonra pambıq vasitəsilə üzərini örtün. Gündə iki dəfə təkrarlayın.

GƏNƏGƏRÇƏK YAĞI

Gənəgərçək yağı ziyillərdən birdəfəlik xilas olmaq üçün əla bir yoldur. Gənəgərçək yağını ziyillərinizə çəkin və quruması üçün gözləyin. Gündə 2-3 dəfə təkrarlayın.

ALMA SİRKƏSİ

Alma sirkəsinin turşu tərkibi ziyillərdən tez və effektiv şəkildə qurtulmağa imkan verir. Bir pambığı alma sirkəsində isladın və ziyilinizə qoyun. Pambığı bant yardımı ilə bərkidin. Səhər pambığı çıxarın. Bir həftə hər gecə təkrarlayın

SARIMSAQ

Sarımsağın mikrob öldürücü xüsusiyyəti sizi müxtəlif viruslara, bakteriyalara, göbələklərə və parazitlərə qarşı qoruyur. Bir neçə diş sarımsağı əzin və şirəsini ziyilinizə sürtün. Ziyiliniz yox olana qədər gündə bir dəfə tətbiq edin.

BANAN QABIĞI

Banan qabığında dərini sağaldan və bərpa edən fermentlər var. Buna görə də ziyillərin müalicəsində təsirli bir üsuldur. Banan qabığını bir neçə dəqiqə ziyilinizə sürtün. Və ya banan qabığını bant yardımı ilə ziyilinizə bərkidin. Nəticələri görənə qədər gündə bir dəfə təkrarlayın.

ƏNCİR ŞİRƏSİ

Əncir suyunun tərkibində antioksidant və mikrob öldürücü komponentlər var. Yalnız ziyilləri deyil, həm də onların yaranmasına səbəb olan səbəbləri müalicə edə bilər. Ziyilinizə bir az təzə əncir suyu çəkin. Dərinizin əncir suyunu udmasını gözləyin. Gündə 3 dəfə təkrarlayın.

ASPİRİN

Aspirinin tərkibindəki salisilik turşu bir çox dəri problemlərinə xeyirlidir, həmçinin ziyillərə qarşı təsirlidir. 3-4 aspirin tabletini əzin və bir az su əlavə edin. Qarışığı ziyillərinizə çəkin. Gecə bu şəkildə saxlayın, qısa zamanda effektini görəcəksiniz.

medicalmedia.az 

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see739

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see570

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see320

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see313

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see280

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see274

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see270

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see267

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see266

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see266

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see265

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see263

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see241

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see229

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see222

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see217

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see210

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri