Icma.az
close
up
RU
Döyüşə könüllü gedən Vətən sevdalısı FOTO

Döyüşə könüllü gedən Vətən sevdalısı FOTO

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Şəhid İnam Baxşəliyevin 33 yaşı tamam oldu...

Xalqımızın igid, vətənpərvər oğulları 44 günlük haqq savaşımızda misilsiz şücaəti, qanı bahasına əsir Qarabağımızı azad edərək Azərbaycanın yeni, şanlı tarixini yazdılar. Məhz bu yolda 1993-cü ildə Cəlilabad rayonu, Kovuzbulaq kəndində dünyaya göz açan İnam Rasim oğlu Baxşəliyevi də şəhidlik zirvəsinə ucaldan Vətən, torpaq sevgisi oldu. Şəhid İnam cismən vaxtsız aramızdan getsə də, şərəfli həyat yolu gələcək nəsillər üçün örnək qaldı.

İnam Baxşəliyev ağlı kəsəndən Vətənin hər qarışını özünə əziz bilib. Eləcə yaxşı əməl, xeyirxahlıq, mənəvi saflıq İnamın həyat kredosu olub. Ən əsası erməni dığaların cənnət-məkan yurd yerimiz Qarabağın işğalın heç cür barışa bilməyən gənc bu yolda ölməyi uca tutmaqla ordu sıralarına yollanıb. Və əsarətdə olan torpaqların azadlığı naminə birbaşa səngərə, dığalarla döyüşə can atıb. Xidmət zamanı isə Vətənə sevgi İnamla birgə adım atıb onu zabitlərin, əsgərlərin sevimlisinə çevirib.

İnam Baxşəliyev ləyaqətli bir övlad kimi əsgəri borcunu yerinə yetirib Cəlilabada qayıdır, günlər keçir, amma əli heç bir işə yatmır. Axı onun yağıdan alacağı öcü qalırdı. Nəyin bahasına olursa-olsun Vətən torpaqlarını tezliklə mənfur düşmən tapdağından azad görmək eşqi ilə nəfəs alır. Odur ki, 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda bir çox igid oğlanlarımız kimi İman Baxşıyev də ön cəbhəyə gedir düşmənlə ölüm-dirim savaşına girir. Dığaların kabusuna çevrilməklə onların canlı qüvvəsini, hərbi texnikasını məhv edir. Torpağa axıtdığı qan Qarabağımızın çox yerində üçrəngli bayraq olub parlayır. Düşmənə endirdiyi sarsıdıcı zərbələrlə ad qoyan qəhrəman döyüşçü İnam oktyabrın 9-da Füzuli döyüşləri zamanı şəhidlik zirvəsinə ucalır. Şərəfli ölümü ilə özünə ürəklərdə əzəmətli abidə ucaldan İnam Baxşəliyev həm də dövlət tərəfindən "Vətən uğrunda", "İgidliyə görə" və digər medallarla təltif edilir

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://sia.az
archiveBu xəbər 20 Fevral 2026 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri