Icma.az
close
up
RU
Vətən sevdalısı

Vətən sevdalısı

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Məhəmməd Cavanşir oğlu Babazadə 1995-ci il mayın 5-də Astaranın Marzəsə kəndində dünyaya gəlib. 2001-2012-ci illərdə Siyəkü kənd məktəbində təhsil alıb.

Məhəmmədin gözəl səsi vardı. Lənkəranda musiqi məktəbində oxuyurdu. Müğənni olmaq istəyirdi. Həqiqi hərbi xidmətdən sonra fikrini dəyişdi. "Torpaqlarımız işğaldadır, əlimə mikrafon alıb orda-burda oxuya bilmərəm, bizə hərbiçi lazımdır", - deyərək hərbçi olmağa qərar verib, mikrofonu silaha - tanka dəyişib.

2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında Balakəndə müddətli həqiqi hərbi xidmət keçib. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra - 2016-cı ildən Beyləqanda könüllü olaraq müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb. Sonra hərbi kurslarda oxuyaraq tankçı olmağa qərara verib.

Vətən müharibəsinin ilk iştirakçılarından olub Məhəmməd. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə igidlik göstərib. Sentyabrın 28-də bu döyüşlərdə şəhid olub. Astaranın Marzəsə kəndində dəfn olunub.

Sentyabrın 23-də zəng edib anasıyla danışanda "Bakıda bir aylıq kursdayam" deyib. Sonuncu dəfə sentyabrın 27-də anasına zəng edib: "Bakıda yaşayan xalasıgildə olduğunu, hələ kursun bitmədiyini söyləyib. Ondan əvvəl xalasıyla danışaraq, "yalan"ını gizləməsini xahiş edib".

Oğlunun müharibədə olduğundan bixəbər olan Gülxarə ana qəfildən onun şəhid xəbərini alıb.

Atası Cavanşir 2018-də xərçəng xəstəliyindən dünyasını dəyişib. Ailənin yeganə oğlu, 3 bacının - Arzunun, Pərvinin, Günayın qardaşı idi Məhəmməd.

Bacısı Arzuyla danışıram: "Ürəyinizdən keçənləri deyin" - deyirəm. Başqa söz tapmıram.

"Ürəyim doludur, amma nə deyim, necə deyim, bilmirəm. Həyatımız alt-üst oldu. Ailənin kiçiyi idi. Mən ailənin ilk övladıyam. 9 yaş məndən kiçik idi Məhəmməd. Mənim üçün həmişə uşaq olub o. Heç böyüməyib gözümdə. Demə, çox böyük ürəyi varmış. Demə, böyüyübmüş mənim kiçiyim. Sentyabrın 23-də zəng vurdu. Bakıda kursdayam dedi. Arada gedirdi, inandıq. Demə, müharibə olacağını bilirmiş. Bizi nigaran qoymaq istəməyib. Sentyabrın 27-də danışanda da "Mən kursdayam" dedi. Üç bacı və ananı necə narahat edəydi mərd ürəklim? Vətən birinci idi onun üçün. Musiqini, oxumağı sevirdi, amma şəhidliyi seçdi" - Bunları söyləyir Arzu xanım...

Məhəmməd Babazadə ölümündən sonra "Döyüşdə fərqləndiyinə görə", "Füzulinin azad olunmasına görə", "Vətən uğrunda", "İgidliyinə görə"  medalları ilə təltif edilib.

Kamalə ABİYEVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://525.az
archiveBu xəbər 01 Oktyabr 2025 23:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1220

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see495

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see389

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see387

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see378

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see337

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see320

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see282

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see217

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see208

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see202

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see198

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see193

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see188

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see184

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see183

Naxçıvanda 400 dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib

05 Oktyabr 2026 21:37see171

“Bu, ciddi bir xəstəlikdir...”

05 Oktyabr 2026 18:07see167

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see166

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri