Icma.az
close
up
RU
Rahili döyüşə Vətən sevgisi aparıb ŞƏRH

Rahili döyüşə Vətən sevgisi aparıb ŞƏRH

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

1991-ci ildə Sabirabad rayonunun Ətcələr kəndində dünyaya göz açan Rahil Canəhməd oğlu Əkbərov Vətənini canında çox sevdiyi üçün 44 günlük haqq savaşımızda məqamında sinəsini ona sipər etməyi bacarıb. Müharibə başlandığı gündən Rahil odun-alovun içinə girib və Vətən sevgisi onu qələbəyə aparan mənəvi qüvvəyə çevrilib. Bütün şəxsi arzularının əsasında 30 il yağının əsarətinə düşən müqəddəs yurd yerimiz- Qarabağın azadlığı olub. Ulu torpağın bağrına zəfər bayrağını sancmaq üçün son nəfəsinə qədər yağıya qan qusdurub. Ölüm-dirim savaşlarda döyüşə-döyüşə Şuşaya qədər gedib çıxıb. Qələbə günümüzə hamıdan çox sevinən məhz Rahil olub.

Şanlı zəfərdən sonra Azərbaycanın qəhrəman oğlu noyabr ayının 25-nə qədər Cəbrayılda olub. 26 noyabr gecə saatlarında ərazini yoxlamaq məqsədilə tapşırıq alan Rahil beş nəfərlə bir evə girib. Həmişə ehtiyatla hərəkət edən hərbi qulluqçumuz qəfil açılan yağı gülləsindən özünü qoruya bilməyib. Belə ki, evin zirzəmisində gizlənən düşmən əsgərlərinin açdığı atəşə tuş gəlib.

Müharibənin sonuna qədər sağ-salamat gəlib çıxan qəhrəman Vətən sevdalısı digər iki yoldaşı ilə birgə adlarını Azərbaycanın şəhidlik salnaməsinə yazıblar. Beləcə qazanılan qələbəmizin qəhrəmanlıq simvoluna dönməklə o, əbədi milyonların ürəyinə köçüb. Həm də dövlət tərəfindən layiq görüldüyü “Vətən uğrunda”, Cəbrayılın, Qubadlının azadlığına görə medallara gələcək nəsillər onun keçdiyi döyüş yolunun, Vətən uğrunda göstərdiyi mərdliyin, fədakarlığın və azadlıq mübarizəsində iştirakının rəmzi kimi baxacaqlar.

Ürəyi Vətənə sevdalı böyüyən Rahil Əkbərov 2009-cu ildə Ətcələr kənd orta məktəbi yaxşı qiymətlərlə başa vurub. Doğma Azərbaycanının keşiyində durmaq, yağıdan qisas almaq istəyi onu ordu sıralarına aparıb. Cəbhə bölgəsində Vətəninə xidmət etməyi özünə böyük şərəf sayan əsgər ilk gündən bütün tapşırıqları layiqincə yerinə yetirib. Mərdliyi, cəsurluğu, igidliyi əsgər yoldaşlarına nümunə olub. Erməni işğalçıların tapdağında olan Qarabağımızın taleyini düşünməklə bütün təlimlərə ürəklə qatılıb, hərbin sirlərinə həvəslə yiyələnib. Ən əsası Vətənin qeyrətini hər şeydən üstün tutaraq erməni dığalardan qisas almaqdan ötrü hər an canından belə keçməyə hazır olub.

Rahil Vətən qarşısında oğulluq borcunu verib 2011-ci ildə geriyə dönüb. Amma canına yağı dadanmış yurdu üçün narahat olub, əli heç bir işə yatmayıb. Odur ki, yenidən hərbi hissəyə qayıtmaq, yağıdan alacağı öcə görə döyüşçü olmaq istəyib. 2017-ci ildə ordu sıralarında üç il xidmət edərək kiçik çavuş rütbəsi alıb, döyüş bölgəsinə yollanıb.

2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayanda xalqımızın 30 ilə yaxın qəlbində yaşatdığı Qarabağ həsrəti böyük bir mübarizəyə çevrilib.

Qeyrətli oğulların cərgəsində Rahil də manqa komandiri kimi Vətənin haqq davasına qoşulub. Yağıya birinci sarsıdıcı zərbəni Füzulidə vurub. Daha sonra Cəbrayıl döyüşlərində misilsiz şücaət göstərib. Ağır sınaqlardan keçə-keçə Şuşaya doğru üz tutub. Qarşıda təhlükəli yollar, sərt döyüşlər, mərmi səsləri, tüstüyə bürünən səngərlər və hər an ölüm təhlükəsi ürəyindən Vətən sevgisini çıxarda bilməyib. Kiçik çavuş snayper atəşi ilə erməni dığalarını qıra-qıra müharibənin sonuna qədər savaşdan qalmayıb. Ağır döyüş tapşırıqlarını yerinə yetirməklə bərabər, həm də yaralıların müharibə meydanından təxliyəsində xüsusi cəsarət göstərib.

Zəfərimizdən 17 gün sonra, qəni noyabrın 25-də düşmən güləsi onun ömrünü yarımçıq qoyub. Qaldı ki, uğrunda mübarizə apardığı amal Rahilə xalqımızın yaddaşında əbədi yaşamaq haqqı qazandırıb.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

.


.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:37
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Noyabr 2026 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see397

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see381

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see314

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see296

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see293

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see284

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see271

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see265

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see264

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see251

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see235

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see234

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see229

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see228

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see227

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see224

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see221

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see215

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see215

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri