Drezdendə tramvayda bıçaqlı hücum nəticəsində ABŞ vətəndaşı ağır xəsarət alıb
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Berlin, 24 avqust, AZƏRTAC
Drezdendə tramvayda baş verən bıçaqlı hücum nəticəsində ABŞ vətəndaşı ağır xəsarət alıb.
AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, tramvayda qadın sərnişinləri təhqir edən iki nəfərlə hadisəyə müdaxilə edən 21 yaşlı ABŞ vətəndaşı arasında qarşıdurma yaranıb. Həmin şəxslər ABŞ vətəndaşına bıçaqla xəsarət yetirərək tramvaydan qaçıblar. Ağır xəsarət alan şəxs xəstəxanaya çatdırılıb.
Hadisə ilə əlaqədar 21 yaşlı Suriya vətəndaşı şübhəli şəxs qismində saxlanılıb. Digər şübhəlinin axtarışları davam etdirilir.
Qeyd edək ki, ABŞ mediası da bu hadisə barədə xəbərə geniş yer verib.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:ABŞ da bıçaqlı hücum nəticəsində azı 11 nəfər yaralanıb
27 İyul 2025 06:34
Almaniyada məktəbdə bıçaqlı şəxsin hücumu nəticəsində bir nəfər xəsarət alıb
08 Oktyabr 2025 18:19
Kiyevə hücum nəticəsində ABŞ vətəndaşı ölüb Kliçko təsdiqlədi
17 İyun 2025 14:12
İngiltərədə qatarda bıçaqlı hücum nəticəsində xəsarət alanların sayı 11 ə çatıb
02 Noyabr 2025 17:29
Bıçaqlı hücum nəticəsində 5 yeniyetmə ölüb
28 May 2025 22:26
Baxış sayı:81
Bu xəbər 24 Avqust 2025 21:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















