Icma.az
close
up
RU
Dr.Günel Qəmbərova kimi peşəkar həkimlər asan yetişmir Könül Cəfərli yazır

Dr.Günel Qəmbərova kimi peşəkar həkimlər asan yetişmir Könül Cəfərli yazır

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dr.Günel Qəmbərova-son günlər rəqs videosu sosial şəbəkərlərdə bol-bol paylaşılan, linç edilən həkim. Doktoru tanımadan, mövzunu araşdırmadan  sadəcə bir videoya əsaslanıb həkimi baltalayan saytları, jurnalistləri demirəm. Fürsət düşmüşkən, yaxşı reytinq yığa bildiniz. Amma və lakin məsələnin görmədiyiniz, görə bilmədiyiniz tərəfləri də var.  

Günel Qəmbərova kimdir? Gəlin, elə bu sualla başlayaq. Günel Qəmbərova təcrübəli radioloq-mammoloq, ölkəmizdə illərdir mammoqrafiya müayinəsinin təbliğini aparan həkimdir. Həm də şəxsi vəsaiti hesabına. Cəmi 10 il əvvəl “Mammoqrafiya nədir?” sualı ilə sorğu keçirəndə qadınların 90 faizi bu müayinənin nə olduğunu bilmirdi. Bu gün xanımlarımızın mammoqrafiyadan xəbərləri varsa, bunda  Dr. Günelin də danılmaz əməyi var. Yorulmadan, usanmadan illərdir efirlərdən “Əziz qadınlar, mammoqrafiyadan keçin. Bu müayinə sizi süd vəzi xərçənginin ölümündən qoruyur. Yaşamağa gecikməyin. Heç mənə gəlməyin, başqa həkimlərə müraciət edin. Amma tək edin” deyən doktordur. 

Günel Qəmbərova hər il oktyabrda tam 1 ay mammoqrafiya aksiya keçirən həkimdir. Bu aksiyalarda müayinə ya tamam pulsuz, ya da yarı qiymətinə olur. Çalışdığı klinikaların rəhbərliyindən xahiş edir ki, mən payıma düşən pulu istəmirəm, 1 ay qadınları mammoqrafiyaya cəlb edək. İmkanı olmayan yüzlərlə xanım məhz Günel həkimin bu aksiyaları hesabına ödənişsiz müayinələrdən keçə bilir.

Ötən il okeanın o tayına, ABŞ-a beynəlxalq konfransa getmişdi. Uzun səfər olduğu üçün “Sizə çətin deyil belə konfranslara qatılmaq?” sualıma eynən bu cavabı vermişdi:

-Əgər konfransda öyrənəcəyim yeni bir məlumatla xəstələrimə daha çox kömək edə biləcəmsə, dünyanın o başına da gedərəm.

Bu cür konfranslara həkimlər öz vəsaitləri ilə gedirlər. Dahası, kifayət qədər də böyük məbləğə başa gəlir.

G.Qəmbərovanın qızından müsahibə almışdım. “Anamın üzünü görmürəm, həftənin 7 günü çalışır. Səhər işə gedir, bir də axşam gəlir. Anamın həyatı xəstələrindən ibarətdir” demişdi.

O məlum rəqs videonuna gəlincə isə, bir dəfə Günel həkimin iş otağına gedin. Hər tərəf çəhrayı rəngdədir. Kabinetini rəsmlərlə, çiçəklərlə, aksesuarlarla bəzəyib. Səbəbini isə belə izah etmişdi:

-Mən onkoloji xəstələrlə işləyirəm. Gündə bir neçə xəstəyə xərçəng diaqnozunu açıqlamalı oluram. Hər dəfə bu xəbəri verəndə ömrümdən ömür gedir. O qədər stress yaşayıram ki. Asan deyil körpə balaları olan gənc bir xanıma “Sizdə süd vəzi xərçəngi var” demək. Hələ göz yaşları ilə “Günel xanım, axı mənim uşaqlarım hələ çox balacadır. Ölmək istəmirəm, mənə kömək edin” deyən xəstələri dinləyəndə yaşadığım stress günlərlə canımdan çıxmır. Onkoloji xəstələrin həkimi olmaq çətindir. Bir yandan da onlara mənəvi dəstək olmağa çalışıram. Gərginliklərini azaltmaq üçün əlimdən gələni edirəm. Baxın, otağıma. Hər tərəfdə çiçəklər var. İşıqlar da çərhayı rəngdədir. Bunu edirəm ki, otağıma girəndə xoş aura yarada bilim, stressləri bir az da olsa azalsın.

Əminəm ki, o məlum rəqsi də xəstəsini sakitləşdirmək, mühitin stressini azaltmaq üçün edib. Bəlkə də həkim olaraq, hansısa qaydanı pozub. Amma bir qayda pozduğuna görə belə bir həkimi linç etmək nə dərədəcə doğrudur? Bir yanlışa görə illərin zəhmətini heçə çıxarmaq, baltalamaq insafdandırmı? 

Günel həkimi tanıyan həmkarları, dostları, pasiyentləri də bilir ki, xaraktercə kövrək və şən insandır. Xəstələrini itirəndə axıtdığı göz yaşlarının mən şahidi olmuşam. Nə qədər stressli işi də olsa, həmişə çalışır ki, xəstələrində xoş ovqat yarada bilsin. Digər tərəfdən bəzi mənbələrdə yazıldığı kimi nə cərrahdır, nə də gördüyünüz o otaq əməliyyatxana deyil.  Odur ki, sadəcə 1 rəqs videonu izləyib, həkimə qarşı bu qədər hücum etməyək. Araşdıraq, tanıyaq, sonra yazaq, paylaşaq. 

Bir həkimi “xərcləmək” bu qədər asan olmamalıdır. Bilirsinizmi yaxşı bir həkimin yetişməsi üçün neçə il, nə qədər zəhmət lazımdır. Hər səhvinə görə bir həkimə balta vursaq, axtaranda yaxşı doktor tapa bilməyəcəyik. 

İsa Məsih demiş, birinci daşı günahı olmayan atsın...

Könül Cəfərli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:56
embedMənbə:https://lent.az
archiveBu xəbər 07 İyun 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri