Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Bazar 60 faiz kiçilib...

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Ayan Qəmbərova: “Qiymətləndirici hazırlığında ixtisaslaşma əsas prioritetdir”

Ayan Qəmbərova: “Qiymətləndirici hazırlığında ixtisaslaşma əsas prioritetdir”

Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.

Qiymətləndirmə fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması, peşəkar kadr potensialının gücləndirilməsi və institusional inkişafın təmin edilməsi Azərbaycanda həyata keçirilən hüquqi və peşəkar islahatların mühüm istiqamətlərindən biridir. "Qiymətləndirmə fəaliyyəti haqqında" qanun layihəsində fəaliyyət istiqamətləri üzrə ixtisaslaşma, beynəlxalq standartlara əsaslanan tədris proqramları və fasiləsiz peşəkar inkişaf mexanizmləri xüsusi yer tutur.

AZXEBER.COM bu yeniliklərin mahiyyəti, Beynəlxalq Qiymətləndirmə Standartlarının (IVS 2025) tətbiqinin yaratdığı yeni imkanlar, peşəkar qiymətləndirici hazırlığında nəzərdə tutulan dəyişikliklər və sektorun perspektivləri barədə Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) sədr müavini Ayan Qəmbərova ilə söhbətləşib.

- Ayan xanım, yeni qanun layihəsində nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə qiymətləndiricilərin hazırlanması necə təşkil olunur və bu proses hansı beynəlxalq prinsiplərə əsaslanır?

- Qanun layihəsində nəzərdə tutulan doqquz fəaliyyət istiqaməti üzrə peşəkar qiymətləndiricilərin hazırlanması beynəlxalq standartlara uyğun, davamlı peşəkar inkişaf modelinə əsaslanır. Bu gün qiymətləndirmə peşəsi əvvəlki illərlə müqayisədə daha mürəkkəb və çoxşaxəli fəaliyyət sahəsinə çevrilib. Müasir qiymətləndirici artıq yalnız əmlakın və ya hər hansı aktivin bazar dəyərini müəyyən edən mütəxəssis deyil.

O, eyni zamanda hüquqi, iqtisadi, maliyyə, texniki və etik riskləri təhlil edən, qərarlarını beynəlxalq metodologiya əsasında əsaslandıran peşəkar ekspert olmalıdır. Məhz bu yanaşmadan çıxış edərək Azərbaycan Qiymətləndiricilər Palatasının hazırladığı tədris konsepsiyası Beynəlxalq Qiymətləndirmə Standartları Şurasının qəbul etdiyi IVS 2025 standartları, praktiki bacarıqların inkişafı və fasiləsiz peşəkar təhsil prinsipləri üzərində qurulub.

- Hazırlanan təlim proqramları hansı istiqamətləri əhatə edir? IVS 2025 standartları əvvəlki yanaşmalardan nə ilə fərqlənir?

- Təlim proqramlarımız daşınar və daşınmaz əmlakın, müəssisələrin, qeyri-maddi aktivlərin, qiymətli kağızların, maliyyə aktiv və öhdəliklərinin, təbii sərvətlərin, mədəni irs obyektlərinin, zərər və risklərin, eləcə də xidmətlərin qiymətləndirilməsi istiqamətlərini əhatə edir. Hər bir istiqamət üzrə qiymətləndiricilər yalnız nəzəri bilik əldə etmir, həm də həmin sahənin iqtisadi, hüquqi və texniki xüsusiyyətlərini dərindən mənimsəyirlər. Bundan sonra onlar müvafiq ixtisas istiqaməti üzrə peşə fəaliyyətinə buraxılırlar.

IVS 2025 standartlarının əsas yeniliyi ondan ibarətdir ki, artıq qiymətləndirmənin yalnız yekun nəticəsi deyil, həmin nəticəyə gətirib çıxaran metodologiya, istifadə olunan məlumatların etibarlılığı, bazar iştirakçılarının davranışı, irəli sürülən fərziyyələr və qiymətləndiricinin peşəkar mühakiməsi də qiymətləndirmənin ayrılmaz elementi hesab olunur. Başqa sözlə, beynəlxalq standartlar qiymətləndirmə prosesində şəffaflığı, əsaslandırılmış qərar qəbulunu və hesabatların izlənilə bilənliyini daha da gücləndirir.

- Müasir qiymətləndiricidən hansı yeni peşə bacarıqları tələb olunur? Bu istiqamətdə Palatanın mövqeyi nədən ibarətdir?

- Müasir qiymətləndirici müəssisələrin investisiya dəyərini müəyyən etməyi, əqli mülkiyyət obyektlərinin iqtisadi səmərəliliyini qiymətləndirməyi, maliyyə aktivləri və öhdəliklərinin bazar dəyərini hesablamağı, təbii ehtiyatların iqtisadi potensialını təhlil etməyi, dəymiş zərərin və əldən çıxmış mənfəətin hesablanmasını beynəlxalq metodologiyalar əsasında aparmağı bacarmalıdır.

Bu səbəbdən vahid beynəlxalq standartlar tətbiq olunsa da, hər istiqamət üzrə ayrıca ixtisaslaşma modeli formalaşdırılır. Yəni, hər istiqamət üzrə qiymətləndiriciyə fərdi yanaşma tələb olunur. Hesab edirik ki, məhz ixtisaslaşma qiymətləndirmə fəaliyyətinin keyfiyyətinin yüksəldilməsində əsas amillərdən biridir.

- Nəzəri biliklərin praktik bacarıqlara çevrilməsi necə təmin ediləcək? Tədris prosesində hansı müasir metodologiyalardan istifadə olunacaq?

- Tədris metodikası biliklərin sadəcə mənimsədilməsinə deyil, peşə səriştələrinin formalaşdırılmasına yönəlib. Bu məqsədlə proqramlarda real qiymətləndirmə layihələrinin təhlili, praktiki hesabatların hazırlanması, bazar məlumatlarının interpretasiyası, məhkəmə təcrübəsinin öyrənilməsi, etik situasiyaların modelləşdirilməsi və beynəlxalq təcrübədə geniş istifadə olunan case study metodologiyasına xüsusi yer ayrılıb.

Qiymətləndiricilər real bazar məlumatları ilə işləməyi, beynəlxalq standartlara uyğun hesabat hazırlamağı, ekspert müzakirələrində iştirak etməyi, rəqəmsal qiymətləndirmə alətlərindən istifadə etməyi və etik prinsipləri praktik situasiyalarda tətbiq etməyi öyrənirlər. Bu yanaşma onların analitik düşünmə, peşəkar mühakimə və qərarvermə bacarıqlarının inkişafına xidmət edir.

- Yeni hazırlıq modeli Azərbaycan qiymətləndiricilərinin beynəlxalq rəqabət qabiliyyətinə necə təsir göstərəcək?

- Məqsədimiz yalnız ölkədaxili tələbatı ödəyən mütəxəssislər hazırlamaq deyil. Biz eyni zamanda beynəlxalq maliyyə institutları, investorlar, auditorlar, məhkəmələr və digər maraqlı tərəflər tərəfindən etibarlı hesab olunan peşəkar qiymətləndiricilər yetişdirməyi qarşıya məqsəd qoymuşuq.

Tədris proqramlarının beynəlxalq standartlara uyğun qurulması gələcəkdə Azərbaycan qiymətləndiricilərinin beynəlxalq layihələrdə iştirak imkanlarını genişləndirəcək, peşənin nüfuzunu və rəqabət qabiliyyətini daha da artıracaq.

- Bu genişmiqyaslı islahatların ölkənin qiymətləndirmə sektoruna və investisiya mühitinə hansı töhfələri verəcəyini gözləyirsiniz?

- Hesab edirik ki, IVS 2025 standartlarının milli qiymətləndirmə sisteminə ardıcıl inteqrasiyası, müasir tədris-metodiki bazanın formalaşdırılması, ixtisaslaşma prinsipi və fasiləsiz peşəkar inkişaf mexanizmlərinin tətbiqi ölkədə qiymətləndirmə institutunun keyfiyyətcə yeni mərhələyə keçidini təmin edəcək.

Bu islahatlar qiymətləndirmə hesabatlarının beynəlxalq etibarlılığını artıracaq, investisiya mühitinə inamı gücləndirəcək, maliyyə bazarlarının şəffaflığının yüksəlməsinə töhfə verəcək və peşənin nüfuzunu daha da möhkəmləndirəcək.

Əsas məqsədimiz Azərbaycanda hazırlanan qiymətləndirmə hesabatlarının beynəlxalq peşə standartlarına tam uyğunluğu ilə seçilməsi və ölkəmizin qiymətləndirmə sektorunun qlobal peşə məkanında daha güclü mövqeyə sahib olmasıdır.

Günel Hüseynli

AZXEBER.COM

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 24 İyul 2026 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see620

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see434

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see429

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see398

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see381

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see378

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see339

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see278

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see263

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see261

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see243

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see240

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see222

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see220

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see219

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see216

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see215

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see214

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see205

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri