Icma.az
close
up
RU
Fransanın hədəfi Xaqani Cəfərli yazır

Fransanın hədəfi Xaqani Cəfərli yazır

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Xaqani CƏFƏRLİ

Fransanın ümumi dəyəri 7.6 milyard avro olan "26 Rafale M" döyüş təyyarəsinin Hindistana satışı ilə bağlı danışıqları uğurla başa çatdırması Rusiyanın növbəti uğursuzluğu, Parisin Moskva üzərində növbəti qələbəsi kimi tarixə düşə bilər. Hindistan Hərbi Dəniz Qüvvələri üçün Farnsadan alacağı təyyarələrlə Rusiya istehsalı MiQ-29K və MiQ-29KUB təyyarələrini əvəz etməyi planlaşdırır. Güman edilir ki, müqavilə Fransa müdafiə nazirinin aprel ayında Hindistana səfəri zamanı imzalana bilər. Fransa Hindistana 26 "Rafale M" döyüş təyyarəsini almağı tövsiyə edəndə, Rusiyada Parisin bu təklifini utopiya adlandırdılar. Lakin 2023-cü ildə Rusiyanı geridə qoyaraq ABŞ-dan sonra dünyanın ikinci ən böyük silah ixracatçısına çevrilən Farnsa Rusiyanın çox böyük ümidlər bəslədiyi Hindistan bazarını da ələ keçirməyə başlayıb. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (Stockholm International Peace Research Institute-SIPRI) son hesabatına görə, Fransa 2019-2023-cü illərdə silah ixracını əvvəlki beş illik dövrlə müqayisədə 47 faiz artırıb. Qlobal silah bazarında Fransanın əsas rəqibi olan Rusiyanın silah ixarcı isə kəskin şəkildə azalmağa davam edir. SIPRI-nin məlumatlarına görə, 2024-cü ildə Rusiyanın silah ixracı 2022-ci illə müqayisədə 47 faiz azalıb. Ümumilikdə, son beş ildə Rusiyanın silah ixracı 64 faiz, qlobal silah bazarındakı payı isə 7.8 faiz azalıb. Rusiya silahlarından imtina edən Hindistan Fransa silahlarının ən böyük alıcısına çevrilməkdədir.

Fransa Rusiyanı ötüb keçərək dünyada ABŞ-dan sonra ən çox silah satan ölkəyə çevrilsə də, bu, Parisin son hədəfi deyil. Donald Trampın Kanada və Avropa İttifaqı ilə ticarət müharibəsi, Rusiyanın təcavüzkar siyasətinə qarşı Ukraynanı dəstəkləməkdən imtina etməsi və ABŞ-nin NATO-dan çıxmaq ehtimalının gündəmə gəlməsi Fransa üçün yeni imkanlar açır. Kanada və Almaniya ABŞ-dən F-35 qırıcılarının alışından imtina edə bilər. Kanadanın müdafiə naziri Bill Blair bildirib ki, ölkəsi ABŞ-dən 88 ədəd F-35 qırıcıları almaq üçün 19 milyard dollarlıq müqavilədən çıxa və başqa variantlar axtara bilər. Almaniya da ABŞ-dən 8 milyard avroya 35 ədəd F-35A qırıcısının alınması ilə bağlı müqaviləni ləğv etməyi müzakirə edir. Fransa prezidenti Emmanuel Makron müttəfiqlərini F-35-lər əvəzinə "Rafale" qırıcılarını almağa çağırıb. "Airbus" Avropa aviasiya konserninin müdafiə və kosmos bölməsinin rəhbəri Maykl Şellhorn da oxşar müraciətlə çıxış hesab edib. Maykl Şellhorn Avropa ölkələrini ABŞ-dən asılı olmamaq üçün Amerika silahlarının alışını azaltmağa çağırıb. Maykl Şellhorn ABŞ-dən F-35 təyyarələrini alan və indi Trampın Qrenlandiya ilə bağlı niyyətindən şoka düşən danimarkalıların üzləşdiyi vəziyyəti xatırladıb.

SIPRI ekspertlərinin hesablamalarına görə, Avropa ölkələri silah idxalatının 55 faizini ABŞ-dən təchizat təşkil edir. İnstitutun ekspertlərinin hesablamalarına görə, Avropa ölkələri son beş ildə əsas silahların idxalını demək olar ki, iki dəfə artırıblar. 2019-cu ildən 2023-cü ilə qədər silah alış həcmi əvvəlki beş illik dövrlə müqayisədə 94 faiz artıb. Bu dövrdə ABŞ silah satışını 17 faiz artırıb və qlobal silah bazarındakı payını 34 faizdən 42 faizə yüksəldib. İndi isə Trampın sərsəm siyasəti nəticəsində ABŞ Avropa bazarlarını itirmək təhlükəsi ilə üzləşib. Özü də bu, elə bir dövrdə baş verir ki, Avropa İttifaqı qarşıdakı 4 ildə hərbi xərclərə 800 milyard avroya qədər vəsait xərcləməyi nəzərdə tutur. Fransa isə Avropa İttifaqına üzv olmayn ölkələrin 800 milyard avroluq silahlanma proqramından kənarda saxlanılmasında təkid edir. Fransadan fərqli olaraq Almaniya Böyük Britaniya, Norveç və Türkiyə kimi ölkələrin də imkanlarından istifadə edilməsini təklif etsə də, ABŞ-dən silah alışının əleyhinədir. Avropanın silahlanması ilə bağlı Fransa və ya Almaniyanın planının qəbul edilməsindən asılı olmayaraq, bu, ABŞ-nin zərərinə olacaq. Bundan ən çox itirən ABŞ, ən çox qazanan Fransa olacaq. Hələlik Fransa hərbi-sənaye kompleksinin ən böyük problemi məhdud imkanlardır. "Dassault Aviation" ildə 25 "Rafale" qırıcısı istehsal etmək imkanlarına malikdir. Lakin Fransanın başqa bir üstünlüyü var. Fransa ABŞ-dən asılı olmadan başdan sona silah istehsal edə və bunu inkişaf etdirə bilən müdafiə sənayesinə malik azsaylı Avropa ölkələrindən biridir. Hazırda Fransanın hərbi-sənaye kompleksinə doqquz böyük sənaye qrupu daxildir: "Airbus Defence and Space", "Ariane Group", "Arquus", "Dassault Aviation", MBDA, "Naval Group", "KNDS France", "Safran", "Thales".

Böyük sənaye qrupları ilə yanaşı, Fransada hərbi-sənaye kompleksinə aid edilə biləcək 4500 kiçik və orta müəssisə də mövcuddur. Onlardan 1000-i strateji müəssisə hesab olunur. Hazırda Fransanın hərbi-sənaye komleksinə aid edilən müəssisələrdə 210 min işçi çalışır. Ancaq Avropanın silahlanma qərarı və bu zaman yerli istehsala öncüllük verilməsi Fransa hərbi-sənaye kompleksinin ciddi şəkildə böyüməsinin yolunu açacaq. Fransanın 2024-2030-cu illər üçün hərbi büdcə qanunu müdafiə xərclərinə 413 milyard avro ayrılması nəzərdə tutulur. Bu məbləğn 100 milyardı əsas silah proqramlarına ayrılıb. Ancaq Parisdə anlayırlar ki, bu, yetərli deyil. Hətta Fransanın 1990-cı illərdəki səviyyəsinə qayıtmaq üçün çox iş görülməlidir. Bu işlərin görülməsinə isə artıq başlanılıb. Üstəlik, Fransa Ukrayna ilə birlikdə silah istehsalına başlayıb. Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi fransız hərbi şirkətləri üçün yaxşı fürsət olub. Ancaq bununla yanaşı, Fransa şirkətləri Ukraynada silah istehsalına da yaxşı fürsət kimi baxırlar. Bu məqsədlə onlarla müqavilə bağlanıb. Bütün bunlar Fransa silah istehsalçılarının qlobal silah bazarında mövqeyini gücləndirəcək. Ekspertlər hesab edirlər ki, Trampın sərsəm siyasəti davam etdikcə ABŞ etimadlı müttəfiq və tərəfdaş imicini itirəcək. Bu isə ilk öncə ABŞ-dan silah alan ölkələrin mövqeyində dəyişikliyə səbəb olacaq. Rusiyanın itirdiyi mövqeləri ələ keçirən Fransa ABŞ-ı da əvəz etməyə başlayacaq. Bir neçə il öncə heç kim Fransanın Rusiyanı ötüb keçəcəyinə inanmırdı. İndi bu, artıq baş verib və Fransa qlobal silah bazarında ABŞ-dən sonra ən böyük paya sahibdir. İndi isə Fransanın hədəfi ABŞ-la rəqabət aparmaq və ona qalib gəlməkdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:207
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Mart 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see358

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

04 Sentyabr 2026 12:14see266

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see263

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

04 Sentyabr 2026 11:43see257

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see254

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

04 Sentyabr 2026 16:50see252

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

04 Sentyabr 2026 14:16see251

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

04 Sentyabr 2026 14:37see244

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

04 Sentyabr 2026 08:47see243

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

04 Sentyabr 2026 16:01see241

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see241

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

04 Sentyabr 2026 17:31see241

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

04 Sentyabr 2026 16:47see235

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

04 Sentyabr 2026 22:02see230

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

04 Sentyabr 2026 18:34see228

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see226

Sentyabrın 5 də anomal isti olacaq

04 Sentyabr 2026 18:25see220

Tacikistanda tranzit daşımaları 17 faiz çoxalıb

04 Sentyabr 2026 22:32see212

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see201

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri