Icma.az
close
up
RU
Dron hücumları və diplomatik mesajlar: Moskva Kiyev xəttində yeni gərginlik

Dron hücumları və diplomatik mesajlar: Moskva Kiyev xəttində yeni gərginlik

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiya gecə saatlarında Ukraynaya qarşı növbəti kütləvi dron hücumu həyata keçirib.

Bakıvaxtı.az-ın məlumatına görə, Ukraynanın baş naziri Yuliya Svırıdenko Telegram kanalında bildirib ki, ilk dəfə olaraq hökumət binası birbaşa hədəfə alınıb, damı və yuxarı mərtəbələri zədələnib. Onun sözlərinə görə, xilasedicilər yanğını söndürmək üçün mübarizə aparır, hadisə yerinə helikopterlər cəlb olunub. Svırıdenko bu hadisənin Rusiyaya qarşı sanksiyaların, xüsusilə də enerji sektoruna tətbiq olunan məhdudiyyətlərin daha da sərtləşdirilməsinə səbəb olması gərəkdiyini vurğulayıb.

Ukrayna Prezidenti Volodimir Zelenski də hücumların miqyasını diqqətə çatdıraraq qeyd edib ki, sentyabrın əvvəlindən bəri Rusiya 1300-dən çox pilotsuz uçuş aparatı göndərib və Ukrayna ərazisinə 900-ə yaxın idarə olunan bomba atıb. Bu statistika Rusiyanın hava hücumlarının intensivliyini və davamlı təzyiq strategiyasını nümayiş etdirir.

Bunun fonunda Zelenskinin son açıqlaması diplomatik planda diqqət çəkir. “ABC News”a müsahibəsində o, yalnız Rusiyadan kənarda görüşə hazır olduğunu, lakin istənilən formatda - ikitərəfli və ya çoxtərəfli - danışıqlara açıq qaldığını bildirib. Rusiya Prezidenti Vladimir Putin isə Şərq İqtisadi Forumunda cavab olaraq Zelenskiyə Moskvaya gəlməyi “ən yaxşı seçim” kimi təqdim edib və təhlükəsizliyə tam zəmanət verəcəyini vurğulayıb.

Beləliklə, bir tərəfdən Rusiyanın intensivləşən hücumları, digər tərəfdən isə liderlərin qarşılıqlı açıqlamaları Moskva-Kiyev xəttində həm hərbi, həm də diplomatik gərginliyin artdığını göstərir. Ukraynanın enerji və infrastruktur hədəflərinə yönələn zərbələr fonunda diplomatik masaya oturmaq daha da mürəkkəbləşir. Bununla yanaşı, ABŞ-ın və Qərbin mövqeyi bu potensial görüşün reallaşması və onun nəticələrinin istiqamətini müəyyənləşdirəcək əsas amillərdən biri olacaq.

Ruslan Zəngəzur

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 08 Sentyabr 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see245

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see196

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see143

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri