DSMF nin xidməti avtomobillərinin təmiri baş tutmadı 192 min manat xərcləmək istəyirdilər
Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsi Fondun Aparatının və struktur bölmələrinin balansında olan xidməti avtomobillərə cari təmir xidmətinin satın alınması üzrə elan etdiyi tenderi ləğv edib.
Hurriyyet.az xəbər verir ki, satınalmanın ehtimal olunan qiyməti 191.519,90 manat təşkil edirdi.
Prosedur iştirakçıların azlığı səbəbindən dayandırılıb. Belə ki, təklif təqdim edən və müvafiq lisenziyaya malik olan şirkətlərin sayı qanunvericilikdə nəzərdə tutulan minimum həddə çatmayıb (36.1.1-ci maddə).
Beləliklə, DSMF-nin xidməti avtomobillərinin cari təmiri üzrə tenderin nəticəsiz qaldığı bildirilir.
Xatırladaq ki, Fond Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nazir Anar Əliyev, Fondun İdarə Heyətinin sədri isə Zəka Mirzəyevdir.
32gun.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 27 Sentyabr 2025 16:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















