DSMF və Qazaxıstan Dövlət Sosial Sığorta Fondu arasında əməkdaşlıq müzakirə olunub
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 27 oktyabr, AZƏRTAC
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədr müavini Səfər Mehdiyev ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının Dövlət Sosial Sığorta Fondunun (DSSF) nümayəndə heyəti ilə görüşüb.
DSMF-nın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə nümayəndə heyətinin üzvlərinə son illər ərzində ölkəmizdə sosial sığorta və sosial təminat sahəsində həyata keçirilən islahatlar barədə məlumat verilib.
Bu sahədə tətbiq olunan innovativ yanaşmalar, əhaliyə göstərilən proaktiv xidmətlər, sığorta-pensiya sistemi və sosial təminat sahəsində müəyyən edilmiş prioritet istiqamətlərdən danışılıb.
DSSF-nin İdarə Heyəti sədrinin müşaviri Toleubek Kaziyev Qazaxıstanın məcburi sosial sığorta sistemi, ölkədə sosial xidmətlərin rəqəmsallaşdırılması və sosial ödənişlərin avtomatlaşdırılması, bu sahədə süni zəkanın tətbiqindən bəhs edib.
İki qurum arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 27 Oktyabr 2025 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















