DSMFnin xərcləri artaraq 5 milyard 726 milyon manat olub AZƏRTAC
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 15 noyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 10 ayında proqnozla müqayisədə 5 faiz və ya 303 milyon manat çox olmaqla 5 milyard 823 milyon manat təşkil edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 4 faiz və ya 182 milyon manat artaraq 4 milyard 662 milyon manat olub.
Yanvar-oktyabr aylarında DSMF-nin xərcləri 5 milyard 726 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 13 faiz və ya 676 milyon manat çoxdur.
Baxış sayı:54
Bu xəbər 15 Noyabr 2024 11:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















