Icma.az
close
up
RU
DTX dan milli və qlobal təhlükəsizlik adına növbəti uğur...

DTX dan milli və qlobal təhlükəsizlik adına növbəti uğur...

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Xaricdəki qanunsuz silahlı birləşmələrdə iştirak edən azərbaycanlıların ifşası niyə zəruridir?

Məlum olduğu kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə ağır cinayətlər törətmiş bir qrup şəxsi saxlayıb. Saxlanılan şəxslər xarici xüsusi xidmət orqanlarının sifarişi ilə kəşfiyyat-pozuculuq, terror-təxribat fəaliyyətlərində iştirakda şübhəli bilinir.

Qeyd olunan cinayət əməllərinin törədilməsində şübhəli bilinən 1995-ci il təvəllüdlü Məmmədov Amid Saməddin oğlunun xarici ölkə ərazisində gizləndiyi yer müəyyən edildikdən sonra o, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Azərbaycaa gətirilib, istintaqa cəlb edilib.

Digər şübhəlilər - 1997-ci il təvəllüdlü Səfərov Nurlan İlham oğlu və 1983-cü il təvəllüdlü İsrafilov Edik Nəbi oğlu saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunublar. Adları çəkilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddələri ilə ittiham olunub, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırldaq ki, xaricdəki qanunsuz silahlı birləşmələrdə təmsil olunan azərbaycanlıların de-şifrə edilərək ölkəmizə gətirilməsi DTX tərəfindən mütəmadi şəkildə həyata keçirilən mühüm tədbirlərdən biridir. Hansı ki, bu tədbirlər həm milli, həm də qlobal təhlükəsizlik baxımından böyük əhəmiyyət kəsb edir.

Azərbaycandan kənarda Azərbaycan üçün yaranan təhdid

Azərbaycan vətəndaşlarının xaricdəki qamnunsuz silahlı birəşmələrdə iştirakı ölkəmizin hüdudlarından kənarda reallaşsa da, bu, Azərbaycan adına da böyük təhdid və təhlükə deməkdir. Çünki təcrübə sübut edir ki, xaricdəki qanunsuz silahlı birləşmələrdə iştirak edən bu şəxslər ölkəmizə qayıtdıqdan sonra da zorakılığa aşkar meyillilik sərgiləyir, öz istək və arzularını silah gücünə reallaşdırmağa səy göstərirlər.

Bundan başqa, kənar güc və dairələrin maraqlarını müdafiə etmək üçün qanunsuz silahlı dəstələrdə təmsil olunan bu şəxslərdən sonrakı mərhələdə, yəni həmin şəxslər Azərbaycana qayıtdıqdan sonra da xarici xüsusi xidmət orqanları tərəfindən onlardan istifadəyə cəhd edilir. Yəni bu şəxslər Azərbaycanın özü üçün də ciddi təhlükəyə, real təhdidə çevrilirlər. Buna görə də DTX tərəfindən bu qəbildən olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilməsi milli təhlükəsizliyimiz istiqamətində adılan vacib addımlardan biri hesab olunmalıdır.

DTX qlobal təhlükəsizliyin və bəşəri firavanlığın keşiyində...

Qanunsuz silahlı birləşmələrdə iştirak edən şəxslərin DTX tərəfindən müəyən edilərək saxlanılmsı qlobal təhlükəsizlik baxımından da son dərəcə önəmlidir. Azərbaycan harada, kim və hansı dairələr tərəfindən yaradılmasından asılı olmayaraq, qanunsuz silahlı birləşmələri tanımır və bu birləşmələri qlobal təhlükəsizlik üçün başlıca təhdidlərdən biri hesab edir. Öz siyasətində milli maraqlarla yanaşı, həm də bəşəri maraqları əsas götürən, digər xalq və dövlətlərin hüquqlarına da ehtiramla yanaşan Azərbaycan üçün hər hansı vətəndaşının xaricdəki qanunsuz silahlı birləşmələrdə iştirakı arzuedilməzdir. Bu, dövlətimizin beynəlxalq aləmdəki imicinə də xələl gətirən bir haldır. Bu baxımdan, DTX-nın qanunsuz hərbi birləşmələrdə iştirak edən vətəndaşlarımızı aşkar edərək məsuliyyətə cəlb etməsi dövlətimizin qlobal təhlükəsizliyə verdiyi mühüm töhfələrən biri hesab edilməlidir.

DTX qanunların icrasının təminatçısı kimi...

Xaricdəki qanunsuz hərbi dəstələrdə iştirak edən şəxslərin saxlanılaraq məsuliyyətə cəlb edilməsi hər şeydən öncə qanunun tələbidir və DTX bu istiqamətdə atdığı hər bir addımla qanunun bu tələbini praktiki şəkildə icra edir, onun aliliyini qoruyur. Məlumdur ki, qanunları qanun edən əsas amil onların istənilən şərt və situasiyada icrasıdır.

Məhz buna görə də DTX nə qədər çətin və təhlükəli olmasına baxmayaraq, xaricdəki qanunsuz hərbi birləşmələrdə iştirak edən vətəndaşların de-şifrə edilməsi üçün hər cür fədakarlığı sərgiləməkdər və bu sahədə böyük uğurlara imza atır. Və xarici xüsusi xidmət orqanlarının əlində alət olan, onlarla əməkdaşlıq edən və ya belə bir əməkdaşlıqla bağlı gələcəkdə təklif alacaq hər kəs bilməlidir ki, onların hər bir gec və ya tez DTX tərəfindən aşkarlanaraq məsuliyyətə cəlb ediləcək, hökmən və hökmən qanun qarşısında cavab verməyə məcbur olacaqlar.

Seymur ƏLİYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Dekabr 2025 19:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri