Icma.az
close
up
RU
DTX nin Akademiyasında növbəti məzun buraxılışı

DTX nin Akademiyasında növbəti məzun buraxılışı

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İyulun 4-də Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında məzunların buraxılışı ilə əlaqədar təntənəli mərasim keçirilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat Xidmətindən verilən məlumata görə, tədbirdə DTX-nin rəisi general-polkovnik Əli Nağıyev, Xidmətin rəhbər əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları, Akademiyanın professor-müəllim heyəti, məzunlar və onların valideynləri iştirak ediblər.

Əvvəlcə Akademiyanın Heydər Əliyev Muzeyinin qarşısında ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, dahi şəxsiyyətin əziz xatirəsi dərin ehtiramla anılıb. Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin müqəddəs xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət Himni səsləndirilib, ardınca məzunlara Akademiyanın diplomları təqdim olunub.

Daha sonra DTX-nin rəisi general-polkovnik Əli Nağıyev çıxış edərək, Akademiyanı müvəffəqiyyətlə bitirdiklərinə görə məzunları təbrik edib, gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb. Xidmət rəisi bildirib ki, Ulu öndərin adını daşıyan bu tədris müəssisəsinin məzunları olan gənc zabitlər fəaliyyətlərini Vətənə və xalqa sonsuz sadiqlik prinsipləri əsasında qurmalı, dövlətin təhlükəsizliyinin qorunması vəzifəsini qarşılarına ali məqsəd kimi qoyaraq hər zaman ayıq-sayıq olmalı, dahi rəhbər Heydər Əliyevin təhlükəsizlik orqanlarındakı peşəkarlıq irsini yaşatmalıdırlar.

Akademiyanın maddi-texniki bazasının və kadr potensialının ildən-ilə daha da təkmilləşdirildiyini vurğulayan general-polkovnik Əli Nağıyev burada təhsil səviyyəsinin müasir dövrün tələblərinə uyğunlaşdırılması, Akademiyadakı mövcud şəraitin davamlı yaxşılaşdırılması istiqamətində görülən işlərdən ətraflı bəhs etmiş, son illərdə bilik yarışlarında bu xüsusi təyinatlı ali təhsil müəssisənin kursantlarının qazandıqları uğurların sadalanan amillərin məntiqi nəticəsi olduğunu deyib.

Çıxışının sonunda Xidmət rəisi Əli Nağıyev Akademiyanı bitirən zabitlərin çalışacaqları DTX-nin struktur bölmələrində vəzifə borclarını vicdanla yerinə yetirəcəklərinə, dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin siyasi kursuna sədaqətlə xidmət edərək, təhlükəsizlik orqanlarının sıralarında öz layiqli yerlərini tutacaqlarına qətiyyətlə inandığını bildirib.

Digər çıxış edənlər məzunların Akademiyada mənimsədikləri bilik və bacarıqları gələcək fəaliyyətlərində lazımi qaydada tətbiq edə biləcəklərinə dərin inamlarını, burada kursantlara göstərilən diqqətə və yaradılan şəraitə görə minnətdarlıqlarını ifadə ediblər.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:30
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 İyul 2025 00:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yox olan varlıq, var olan yoxluq: Yaradılışın sirri harada gizlənir? ELMİN SONU (XXIX YAZI)

04 İyul 2025 14:31see141

Almaxanım ana oldu

04 İyul 2025 15:22see138

Yaponyalı alimlərdən xərçəng xəstələrini sevindirəcək kəşf

04 İyul 2025 14:40see136

Bu tarixdə Azərbaycanda istilər başlayacaq

04 İyul 2025 18:36see125

Trampın gözlənilməz tarifləri və...

05 İyul 2025 00:26see125

Pezeşkian: Azərbaycan İran əlaqələrində yeni səhifə açılıb

04 İyul 2025 18:54see125

Şəhid qardaşı: Valideynlərim onun qalıqlarının tapıldığını eşitsələr də, dəfnini görmədilər

04 İyul 2025 18:41see122

60 yaşdan sonra gündə 4 fincan kofe içsəniz...

05 İyul 2025 04:47see121

Bu məhsul marketlərdən yığışdırılır Təhlükəli bakteriya aşkarlanıb

05 İyul 2025 04:04see121

Çin Avropa İttifaqı ilə ticarət müharibəsinə qoşulur...

04 İyul 2025 19:05see120

Gərginləşən Rusiya Azərbaycan münasibətlərinin əsl səbəbi… Aqil Ələsgər “CNN Türk”də şərh etdi (VİDEO)

04 İyul 2025 19:22see119

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatıb FOTO

05 İyul 2025 01:16see118

Qəbələ rəsmən növbəti transferini açıqladı

04 İyul 2025 21:32see117

Benzin mühərrikdən imtina edən şirkətin satışları 98 faiz azaldı

04 İyul 2025 17:49see117

Sabahın hava durumu: Külək güclənəcək, yağış yağacaq

04 İyul 2025 14:16see116

UEFA “Barsa”nı 60 milyon cərimələdi

05 İyul 2025 06:10see116

Səhnədə badə qaldırdı, yerə yıxıldı Video

04 İyul 2025 23:48see115

İzmirdə meşə yanğınları davam edir İnsanlar təxliyə edilir + VİDEO

04 İyul 2025 11:06see114

Portuqaliyalı ulduz İstanbula gəldi

05 İyul 2025 01:26see114

Şəkidə yük və minik avtomobilləri TOQQUŞDU: İkisi körpə olmaqla dörd nəfər xəsarət aldı

05 İyul 2025 15:18see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri