Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

DTX dan “Sumqayıt camaatı” na qarşı əməliyyat

DTX dan “Sumqayıt camaatı” na qarşı əməliyyat

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Respublikası (AR) Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilən antiterror və əməliyyat-axtarış tədbirləri zamanı AR və xarici ölkə vətəndaşlarının gizli təşkilatlanma, terrorçuluğa hazırlıq və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı cinayət əməlləri aşkar edilmişdir.

Bu barədə Gununsesi.info-ya DTX-nin Mətbuat xidmətindən məlumat verilib.

Həmin tədbirlər çərçivəsində əvvəllər “Sumqayıt camaatı” adlı terror qruplaşmasının tərkibində cinayət əməllərinin törədilməsinə görə məhkum olunmuş Vüqar Abdullayevin AR vətəndaşları Cəlal Hacıyev, Cavid Əliyev, Nicat Əhmədov, Nazim Əliyev, İlkin Həsənzadə və qeyriləri ilə AR-də ictimai və dini xadimlərin həyatına sui-qəsd etmək məqsədilə cinayət əlaqəsinə girməsi təsbit edilmiş, onların bu məqsədlə keçirdikləri gizli görüşlər, telefon danışıqları qeydə alınaraq müvafiq qaydada sənədləşdirilmişdir.

Başlanılmış cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilmişdir ki, cinayətkar birliyin üzvləri əvvəlcədən hədəf kimi seçdikləri AR vətəndaşlarının həyatına sui-qəsd etmək məqsədilə onların daimi hərəkət marşrutlarını və şəxsi qorunma vəziyyətlərini araşdıraraq məlumat toplamış, planlaşdırılan cinayət əməllərini törətdikdən sonra xaricdəki münaqişə bölgələrinə qaçmaq barədə sövdələşmişlər.

Həmçinin, araşdırmalarla cinayətkar birliyin üzvü Cəlal Hacıyevin birbaşa, eləcə də ölkə xaricində olan AR vətəndaşları Ayxan Hüseynov, Elşən Əsgərov, Fəxrəddin İmanov, Nail Rəsulov, Elgün İsmayılov və qeyriləri vasitəsilə AR hüdudlarından kənarda dini radikalizm zəminində aparılan silahlı münaqişələrdə iştirak edən şəxslərin, o cümlədən beynəlxalq səviyyədə tanınmış terror təşkilatlarının kriptovalyuta sistemləri vasitəsilə maliyyələşdirilməsi işini təşkil etdiyi müəyyən olunmuşdur.

Qeyd olunan şəxslər tərəfindən terrorçuluğun maliyyələşdirilməsi cinayətlərinin törədilməsi ilə əlaqədar sosial şəbəkələrdə yayımlanmış saxta elanlar vasitəsilə müxtəlif dini ayinlərin icrası adı altında toplanmış pul vəsaitlərinin mənbəyi, habelə pulköçürmə mexanizmlərinə dair çoxsaylı mötəbər dəlillər əldə edilmişdir.

Digər dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları ilə birgə tədbirlər nəticəsində beynəlxalq terrorçuluğun maliyyələşdirilməsində iştirak edən, müxtəlif ölkələrdə məskunlaşmış şəxslərdən ibarət cinayətkar birliyin geniş dairəsi ifşa edilmiş, 5 ölkə ərazisində paralel antiterror tədbirləri nəticəsində qruplaşmanın ümumilikdə 10 üzvü saxlanılmışdır. Xaricdə saxlanılan şəxslərdən Elşən Əsgərov Azərbaycan Respublikasına ekstradisiya edilmişdir.

Cinayətkar dəstənin üzvləri Vüqar Abdullayev, Cəlal Hacıyev, Cavid Əliyev, Nicat Əhmədov, Nazim Əliyev, İlkin Həsənzadə, Ayxan Hüseynov, Elşən Əsgərov, Fəxrəddin İmanov, Nail Rəsulov və Elgün İsmayılov AR Cinayət Məcəlləsinin 214-1, 218.1, 28, 277-ci (terrorçuluğun maliyyələşdirilməsi, cinayətkar birlik (təşkilat) yaratma, dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etməyə hazırlıq) və digər maddələri ilə istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxslər qismində məsuliyyətə cəlb edilərək, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 18 Sentyabr 2026 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see641

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see569

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see448

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see315

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see311

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see310

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see297

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see286

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see259

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see251

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see233

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see232

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see220

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see219

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see218

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see216

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see198

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see191

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see190

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri