Icma.az
close
up
RU
DTX nin Akademiyasında konfrans keçirilib

DTX nin Akademiyasında konfrans keçirilib

Icma.az bildirir, Operativ MM portalına istinadən.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının (Akademiya) təşkilatçılığı ilə DTX-nin Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə və “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Heydər Əliyevin dövlət təhlükəsizlik siyasəti: tarixi nailiyyətlər və müasir çağırışlar” mövzusunda respublika elmi-praktiki konfransı keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, tədbirdə DTX-nin rəhbər əməkdaşları, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Ziyafət Əsgərov, AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev, Qərbi Azərbaycan İcmasının İdarə Heyətini sədri, millət vəkili Əziz Ələkbərli və digər millət vəkilləri, təhlükəsizlik orqanlarının veteranları, xüsusi təyinatlı və mülki ali təhsil müəssisələrinin rəhbər şəxsləri və professor-müəllim heyətləri iştirak ediblər.

Konfrans açıq elan olunduqdan sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Konfransda Akademiyanın rəisi general-mayor Elşad Nəsirov giriş nitqi çıxış edərək DTX-nin rəisi general-polkovnik Əli Nağıyevin adından qonaqları salamlamış və konfransda iştirak etdiklərinə görə təşəkkürünü bildirib. General-mayor E.Nəsirov belə bir mötəbər tədbirin məhz Ulu Öndərin adını daşıyan Akademiyanın təşkilatçılığı ilə keçirilməsini təkcə təhlükəsizlik orqanlarında çalışan əməkdaşlar üçün deyil, bütövlükdə milli təhlükəsizlik sisteminin strateji mahiyyətini dərk edən hər bir şəxs üçün xüsusi rəmzi və ideoloji əhəmiyyət kəsb etdiyini vurğulayıb. Müasir Azərbaycan dövlətçiliyinin memarı və qurucusu olan Heydər Əliyevin ölkəmizin milli maraqlarını əsas tutaraq təhlükəsizlik, müstəqillik, müasirlik və multikultural dəyərlər üzərində dayanan dövlət idarəçilik sistemini formalaşdırdığını qeyd edən natiq Ümummilli Liderin dövlət təhlükəsizliyi siyasətinin müxtəlif aspektlərini əhatə edən bu konfransın milli təhlükəsizlik siyasətinin elmi əsaslarla araşdırılması və gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi önəm daşıdığını bildirib.

E.Nəsirov qeyd edib ki, Ulu Öndərin rəhbərliyi ilə hazırlanan Azərbaycan Respublikasının Konstitusiyası dövlətin suverenliyinin, konstitusion quruluşunun və ərazi bütövlüyünün qorunmasına xidmət edən təhlükəsizlik sisteminin hüquqi əsaslarını müəyyənləşdirdi. Azərbaycan Respublikasının Konstitusiyası dövlətin suverenliyinin, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi baxımından müstəsna əhəmiyyətə malik sənəd olub. Bu Konstitusiya Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin və hüquqi dövlət anlayışının əsasını təşkil edir. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması Azərbaycanın müasir hüquqi dövlət quruculuğu modelinin təkmilləşdirilməsi, suverenlik və təhlükəsizlik konsepsiyalarının daha da möhkəmləndirilməsi istiqamətində atılan məqsədyönlü addımların bariz nümunəsidir. Onun əsasını qoyduğu təhlükəsizlik siyasəti hazırda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən yeni siyasi müstəvidə uğurla davam etdirilir. 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, 44 günlük Vətən müharibəsində qazanılan Zəfər beynəlxalq hüququn bərpası və ədalətin təntənəsi kimi tarixə düşüb. Bu tarixi Zəfərlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında Birləşmiş Millətlər Təşkilatının otuz ilə yaxın kağız üzərində qalmış qətnamələri hərbi, diplomatik yollarla reallığa çevrildi. Bu müharibə və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror əməliyyatı həm də informasiya manipulyasiyası, hibrid müharibə, kiber təhdidlər kimi yeni tipli təhlükələrlə mübarizədə Azərbaycanın təhlükəsizlik sisteminin çevik və müasir yanaşmalara əsaslandığını bir daha sübut etdi. Əminliklə qeyd edə bilərik ki, Ulu Öndərin şanlı peşəkarlıq məktəbini böyük qürur və fəxarət hissi ilə davam etdirən Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti qarşısında qoyulmuş vəzifələrin uğurla həyata keçirilməsi, müstəqilliyimizin əbədiliyi, Ulu Öndərin irsinin dərindən öyrənilməsi, dövlətçiliyimizin qorunması və daha da möhkəmlənməsi naminə bundan sonra da var qüvvəsi ilə çalışacaq, Vətənə sədaqətlə xidmət edəcək göstərilən yüksək etimadı öz xidməti ilə doğruldacaq.

Ardınca konfransda mövzuya həsr olunmuş videoçarx nümayiş etdirilib.

Konfransda Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov “Müstəqillik dövründə Azərbaycan Respublikasının konstitusion inkişafı” mövzusunda məruzə ilə çıxış edib. Müstəqilliyimiz bərpa olunan zaman demokratik quruluşu və qanununun alililiyini özünün başlıca məqsədi elan edən respublikamızın qarşısında duran əsas vəzifələrdən biri yeni Konstitusiyanın hazırlanması olduğunu qeyd edən natiq Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişindən sonra ölkədə ictimai-siyasi sabitliyin bərqərar olunması ilə yanaşı, müstəqil Azərbaycanın ilk Konstitusiyanın qəbul edildiyini bildirib. Z.Əsgərov qeyd edib ki, Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il respublikamızda “Konstitusiya və Suverenlik İli” elan olunmasının milli dövlətçilik dəyərlərimizə, siyasi tariximizə ali ehtiramın təcəssümü olan bu qərar siyasi irsimizin, müstəqillik salnaməmizin, suverenlik mübarizəmizin, torpaqlarımızın azad edilməsi nəticəsində konstitusion hüquqlarımızın tam bərpasının dərindən öyrənilməsi və təbliği, bu istiqamətlərdə yeni siyasi-elmi araşdırmaların aparılması, yeni inkişaf mərhələsində qarşımızda dayanan ideoloji vəzifələrin müəyyən edilməsi baxımından böyük əhəmiyyətə malikdir.

AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev konfransda “Qlobal rəqəmsal transformasiyalar şəraitində Azərbaycan dövlətinin kibersuverenliyinin təmin olunması zəruriyyəti haqqında” mövzusunda məruzə ilə çıxış edib. Bütün dünyada informasiya texnologiyalarının geniş tətbiq olunmasının bir çox məsələlərə yenidən baxmağı tələb etdiyini bildirən natiq ölkəmizdə də bununla bağlı çox mühüm işlər həyata keçirildiyini, həm dövlət səviyyəsində, həm özəl sektorda, həm də insanların şəxsi həyatında informasiya kommunikasiya texnologiyaları geniş tətbiq olunduğunu qeyd edib. Akademik R.Əliquliyev vurğulayıb ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra dövlət siyasəti əsasında informasiya kommunikasiya texnologiyalarını sistemli şəkildə, milli strategiyalar, dövlət proqramları çərçivəsində inkişaf etdirməyə başlayıb. Bu istiqamətdə dövlət siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Konfransda Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Heydər Əliyevin dövlət təhlükəsizliyi siyasəti” mövzusunda çıxış edərək Ulu Öndərin təhlükəsizlik orqanlarındakı fəaliyyəti haqqında ətraflı bəhs edərək bu orqanların milliləşdirilməsinin məhz dahi rəhbərin adı ilə bağlı olduğunu qeyd edib.

Konfransda Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov “Ümummilli Lider Heydər Əliyevin milli təhlükəsizlik konsepsiyasında daxili işlər orqanlarının rolu”, Qərbi Azərbaycan İcması İdarə Heyətini sədri, millət vəkili Əziz Ələkbərli “Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti”, Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqatlar İnstitutunun rektoru, general-mayor Arif Həsənov “Heydər Əliyevin hərb siyasəti” mövzularında məruzələrlə çıxış edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 08 May 2025 21:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see452

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see397

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see288

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see263

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see253

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see247

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see239

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see228

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see214

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see205

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see201

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see195

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see191

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see188

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see186

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see185

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see181

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see180

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see179

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri