Icma.az
close
up
RU
DTX nin Akademiyasında Zəfər Gününə həsr edilmiş konfrans Fotolar

DTX nin Akademiyasında Zəfər Gününə həsr edilmiş konfrans Fotolar

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının (Akademiya) Heydər Əliyev Muzeyində “Zəfər Günü” və “Konstitusiya və Suverenlik İli”nə həsr olunan “Azərbaycanda demokratik respublika modelinin təşəkkül tarixi: dövlət rəmzlərinin təsis edilməsindən dövlət suverenliyinin tam əldə edilməsinə aparan yol” adlı respublika elmi-praktik konfransı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Akademiyanın və digər xüsusi təyinatlı ali təhsil müəssisələrinin rəhbər şəxsləri və professor-müəllim heyətləri ilə yanaşı, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Vətən müharibəsi iştirakçıları və təhlükəsizlik orqanlarının veteranları iştirak ediblər.

Əvvəlcə qonaqlar Ümummilli Lider Heydər Əliyevin Akademiyanın ərazisində ucaldılan abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla anıblar.

Konfrans açıq elan olunduqdan sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Konfransda giriş nitqi ilə çıxış edən Akademiyanın rəisi general-mayor Elşad Nəsirov qonaqları salamlamış və bu il noyabr ayının 8-də xalqımızın qazandığı tarixi Zəfərdən beş il ötdüyünü diqqətə çatdırıb. Zəfər Gününün Azərbaycan xalqının dövlətçilik tarixinə milli kimliyimizin, azadlıq iradəmizin və müasir dövlətçiliyimizin simvolu kimi qızıl hərflərlə yazıldığını qeyd edən natiq bildirib ki, Ulu Öndər Heydər Əliyevin misilsiz səyləri ilə hüquqi, demokratik dövlət quruculuğu yoluna qədəm qoymuş müasir Azərbaycan Respublikası bu gün dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf səviyyəsinə yüksəlib, həm iqtisadi, həm də hərbi-siyasi baxımdan regionun lider dövlətinə çevrilib, öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etməyə nail olub. 

Ardınca konfransın mövzusuna dair videoçarx nümayiş etdirib. 

Daha sonra çıxış edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının müasir inkişaf mərhələsinin, onun hüquqi və siyasi sisteminin formalaşmasının Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu qeyd edib.

Ə.Hüseynli bildirib ki, XX əsrin sonlarında müstəqilliyini bərpa etmiş Azərbaycan üçün dövlət quruculuğu, hüquqi sistemin təşkili və konstitusion əsasların yaradılması həyati zərurətə çevrilib.1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası Heydər Əliyev ideyalarının hüquqi təcəssümüdür.

Milli Məclisin Komitə sədri qeyd edib ki, Heydər Əliyevin əsasını qoyduğu güclü dövlət və ordu quruculuğu siyasəti öz bəhrəsini verdi. Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirərək Azərbaycanı qalib, güclü və tam suveren dövlətə çevirdi.

Konfransda çıxış edən Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi gömrük xidməti general-mayoru Qulu Novruzov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının milli yaddaşında dövlətin qurucusu, sabitliyin və müstəqilliyin təminatçısı kimi həkk olunduğunu qeyd edərək, ötən əsrin 90-cı illərinin əvvəllərində mövcud olmuş mürəkkəb tarixi şəraitdə Ulu Öndərin siyasi iradəsinin, xalqın taleyinə məsuliyyətli yanaşmasının Azərbaycanı dağılmaq təhlükəsindən xilas etdiyini vurğulamışdır. Q.Novruzov bildirmişdir ki, Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olaraq Azərbaycan dövlətçiliyinin yeni mərhələsini - Zəfər və Suverenlik dövrünü yaratdı.

“Qarabağ” və “Azərbaycan bayrağı” ordenli Vətən müharibəsi iştirakçısı polkovnik Nəsimi Şadmanov konfransda çıxış edərək Ulu Öndər Heydər Əliyevin dövlətçiliyin əsas sütunlarını yaratmaqla yanaşı, müasir Azərbaycan Ordusunun təməlini formalaşdırdığını qeyd edib. N.Şadmanov bildirib ki, ölkə başçımızın qətiyyəti, xalqla ordunun birliyi nəticəsində Vətən müharibəsində şanlı Zəfər əldə edildi. 44 gün davam edən Vətən müharibəsində və lokal antiterror əməliyyatlarında şəhidlərimiz canlarını fəda edərək, xalqımızın azadlıq salnaməsini yazdılar.

Vətən müharibəsi iştirakçısı polkovnik Nəsimi Şadmanov həmçinin onu da qeyd edib ki, Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində bu gün müstəqil Azərbaycanın hərbi-siyasi qüdrəti durmadan artır, ordumuz davamlı olaraq ən müasir silahlarla təchiz olunur, hərbçilərin sosial vəziyyəti gündən-günə daha da yaxşılaşdırılır.

Konfransın sonunda xatirə fotoşəkli çəkdiriliblər.




Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:72
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 07 Noyabr 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see248

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see205

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see181

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see160

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see153

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see148

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see143

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see137

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see135

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see132

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see131

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see130

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see129

XVI turun 2 oyunu keçirilib

20 Dekabr 2025 21:50see127

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri