Icma.az
close
up
RU
Bişkekdə Zəfər Gününə həsr edilmiş tədbir keçirildi FOTOLAR

Bişkekdə Zəfər Gününə həsr edilmiş tədbir keçirildi FOTOLAR

Tribuna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

9 noyabr tarixində Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, Gəncliyin Sosial İqtisadi İnkişafına Yardım İctimai Birliyi və Qırğızıstan Azərbaycanlılarının “Birlik” diaspora təşkilatının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Tribunainfo.az xəbər verir ki, tədbirdə Qırğızıstanda yaşayan azərbaycanlı diaspor fəalları, Qırğızıstanın tanınmış şəxsləri, ictimaiyyət numayəndələri və Ağsaqqalar şurasının sədri iştirak edib.

Tədbiri giriş sözü “Birlik” Azərbaycan Diaspora təşkilarının sədri Xansıvar Baxşəliyev açıb. O Azərbaycanın Zəfər Gününə həsr olunmuş tədbirdə iştirak edən hər kəsə minnətdarlığını bilirərək Qarabağ müharibəsinin şəhidlərinin ruhunu bir dəqiqəlik sükutla yad etməyə çağırıb.

Azərbaycanın Qırğızıstandakı səfirliyinin müşaviri Zülfüqar Tanrıverdi çıxış edərək tədbir iştirakçılarını Zəfər günü münasibətilə təbrik edib. O eyni zamanda Ermənistanın işğalçılıq siyasətindən danışıb.

Gəncliyin Sosial İqtisadi İnkişafına Yardım İctimai Birliyinin sədri Əfsələddin Ağalarov tədbirin keçirilməsində göstərdiyi dəstəyə görə dispor təşkilatına öz təşəkkürünü bildirib. O Zəfər gününün Azərbaycan xalqının tarixində ən şanlı səhifələrdən olduğunu bildirib.

“İslahatçı Gənclər Birliyi”nin sədri Fərid Şahbazlı öz növbəsində Qırğızıstan ictimaiyyətinə öz təşəkkürünü bildirib. Təşkilst sədri qardaşlıq əlaqələrinin qurulmasında göstərdiyi dəstəyə görə Qırğızıstanın dəyərli ziyalılarına təşəkkürünü bildirib. 44 günlük Vətən müharibəsi zamanı Qırğızıstanın Azərbaycanın yanında olmasını, siyasi dəstəyini Azərbaycan xalqının yüksək qiymətləndirdiyini xüsusi vurğulayıb.

Mətbuat Şurası İdarə Heyətinib üzvü Hacıbəy Heydərli çıxışı zamanı Zəfər Gününün keçirilməsinin əhəmiyyətindən bəhs edib. Eyni zamanda informasiya müharibəsinin bu gün də davam etdiyini, xaricdə yaşayan azərbaycanlılalırn informasiya müharibəsində aktiv iştirak etməli olduğunu bildirib. O bildirib ki, Azərbaycan COP-29 kimi mühüm tədbirə ev sahibliyi edəcək və bütün dünyanın gözü ölkəmizdədir. Hacıbəy Heydərli eyni zamanda Ermənistanın Qarabağda törətdiyi ekoloji terror haqda da danışıb.

Qırğızıstan Ağsaqqallar Şurasının sədri Osman Səfərov da bu günün vacibliyi haqda geniş məlumat verilib. Eyni zamanda Qırğızıstan-Azərbaycan dostluq münasibətlərinin tarixindən bəhs edib.

Tədbir müzakirələr ilə davam etdirilib.

Sonda xatirə şəkili çəkilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:266
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 10 Noyabr 2024 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see682

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see530

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see476

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see349

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see331

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see282

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see268

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see259

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see250

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see225

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see224

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see223

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see222

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see210

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see210

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see204

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see189

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see181

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see181

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri