Icma.az
close
up
RU
DTX nin həbs etdiyi Anass Derraz: Mənə 2 milyon 250 min dollar çatmalı idi MƏHKƏMƏ

DTX nin həbs etdiyi Anass Derraz: Mənə 2 milyon 250 min dollar çatmalı idi MƏHKƏMƏ

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Fransanın "SAUR" şirkətinin vitse-prezidenti, külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunan Anass Derrazın barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Anass Derraz dövlət ittihamçısının suallarını cavablandırıb.

Dövlət ittihamçısının ixtisasca mühəndis olan şəxsin məhkəmədə Fərhad Əhmədovun işi ilə bağlı hüquq məsləhətçisi kimi necə çıxış etməsinə Anass Derraz cavab verib: "Mən hüquqşünas deyiləm, proseslərdə də iştirak etməmişəm. Ona məsləhətlər vermişəm. Fərhad Əhmədovun Dubayda yaxtası var idi. Bu yaxtanın azad olunması üçün ona bir neçə vəkil kömək edib. Mən mühəndis olsam da, hüquqi sahədə təcrübəm var idi. Bir daha qeyd edirəm ki, mən prosesdə iştirak etməmişəm, sadəcə köməklik etmişəm. İşləri koordinasiya etmişəm. Mən onların mandatlı nümayəndəsi idim. Yaxta azad olunmadı və mən bonus almadım".

Təqsirləndirilən iş adamı Fərhad Əhmədovla tanışlıq məsələsinə də aydınlıq gətirib: "Tanışlığımız ortaq dostlar sayəsində baş tutub. Müqavilə də onunla olub. Aramızdakı müqavilə də hüquqi yardım deyil, məsləhətdir. Müqaviləmiz də əsasən Birləşmiş Ərəb Əmirliklərində icra olunurdu. Hüquqi məsləhət zamanı qonorar almışam. Mənim Dubayda bank hesabım olub. Pul İsveçrədən Fərhad Əhmədovun hesabından köçüb".

Daha sonra təqsirləndirilən şəxsin ibtidai istintaqa verdiyi ifadə elan olunub. Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, Dubayda yaşayıb. Onun Fransa prezidentinin mühafizə xidmətinin sabiq rəisi Aleksandr Benalla ilə tanışlığı olub. Fərhad Əhmədovla "Luna" adlı yaxtasının həbsdə olması və həbsin götürülməsi üçün kömək lazım olması barədə söhbətləri olub: "London məhkəməsinin əsassız qərarı barədə danışdı. Onlayn formatda görüşdük. Benalla dedi ki, əlaqələri vasitəsilə yaxtanı həbsdən azad edəcək. Mən də hüquqi məsləhət verməli, vəkillər tapmalı idim. Bir növ lobbiçiliklə məşğul olmalı idim. Biz yaxtanın həbsdən azad edilməsini, həmçinin onun sularda azad üzməsini təmin edəcəkdik və bunun üçün müqavilə bağladıq. Müqavilə dəyəri 6 milyon 140 min dollar idi. Biz pulu böldük. 2 milyon 250 min mənə, 3 milyon 290 min dollar Aleksandr Benallaya çatacaqdı. Sonra avans olaraq 400 min dollar Benalla, 200 min dollar mən götürdüm. Qalan pulu da işi tam təhvil verdikdən sonra götürəcəkdik. Pul bizə Fərhad Əhmədovun İsveçrədəki bank hesabından köçürülüb. Mən 15 noyabr 2018-ci ildə müqavilə bağladım. Benallanın da öz müqaviləsi var idi. Sonra mediada oxudum ki, Aleksandr Benalla milyonçu İsgəndər Mahmudovdan pul aldığı üçün məsuliyyətə cəlb edilib. Mən üzərimə düşəni yerinə yetirdim, amma "Luna" azad edilmədi. Lakin mən qonorarımı geri qaytarmadım. Bu, müqavilənin şərtlərində də əks olunmuşdu. Bizə köçürmə zamanı Aleksandr Benallada bankda problem yaranmışdı. O, pulun "Luna"nın həbsdə olduğu, azad edilməsi üçün olduğunu desə də, bank bunu internetdə axtarıb yanlış olduğu üçün imtina etdi. Məndən də mənbə soruşuldu, amma mən mənbəni dedim, problem yaranmadı. Aleksandr Benallaya gəldikdə isə "Luna" həbsdə idi. İnternet ciddi mənbə deyil. Bank deyib ki, guya "Luna" üzərində həbs yoxdur".

Oktyabrın 2-də keçirilməsi nəzərdə tutulan növbəti proses şahidlərin ifadəsi ilə davam edəcək.

Qeyd edək ki, ittihama görə, DTX tərəfindən istintaqı aparılan cinayət işi üzrə Fransa prezidentinin mühafizə xidmətinin sabiq rəhbəri Aleksandr Benalla və Fransanın milyardlarla dövriyyəsi olan "SAUR" şirkətinin vitse-prezidenti Anass Derraz 2018-ci ildə azərbaycanəsilli rusiyalı milyarder Fərhad Əhmədovun aktivlərinə qarşı beynəlxalq sanksiyaların ləğvi müqabilində külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunurlar.

Həmin iş üzrə əvvəllər xarici və yerli mətbuatda dərc edilmiş məqalələrdə qeyd edilir ki, adıçəkilən şəxslər Fərhad Əhmədovdan rüşvət tələb ediblər və bunun müqabilində sonuncunun dəbdəbəli "Luna" yaxtasının beynəlxalq həbsdən azad ediləcəyini, özünün sanksiyalardan qorunacağını vəd ediblər.

Məlumatlara əsasən, F.Əhmədov milyonlarla dollarlıq rüşvətin bir hissəsini Anass Derrazın "AL HILAL BANK"dakı hesabına və Aleksandr Benallanın "BANK OF AFRICA UNITED KINGDOM PLC SC PAR"dakı hesabına köçürüb.

A.Derraz Azərbaycanda məsuliyyətə cəlb olunaraq ölkədən çıxışına qadağa qoyulub, A.Benallanın isə beynəlxalq axtarışa verilməsi ilə bağlı İNTERPOL-a müraciət olunub.

DTX tərəfindən Anass Derraza AR Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 32.5, 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan olunub.

Onun barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://oxu.az
archiveBu xəbər 12 Sentyabr 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri