Icma.az
close
up
RU
Azərbaycanəsilli milyarderdən rüşvət alan Anass Derraz məhkəmədə nə danışdı?

Azərbaycanəsilli milyarderdən rüşvət alan Anass Derraz məhkəmədə nə danışdı?

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunan Fransanın SAUR şirkətinin vitse-prezidenti Anass Derrazın barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) istintaqı tamamlanmış cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Anass Derraz sərbəst ifadə verib.

Anass Derraz Azərbaycana işgüzar səfər ilə bağlı gəldiyini vurğulayaraq bildirib ki, ölkəmizdə su infrastrukturuna yatırım etmək niyyətində imiş:

"Ölkəyə gəlməyimin ikinci günündə DTX-nin inzibati binasında ifadə verdim. Mən passiv korrupsiya və cinayət yolu ilə əldə olunmuş əmlakı leqallaşdırmada iştirakda günahlandırılıram. Baş vermiş hadisə ilə bağlı deyə bilərəm ki, 2022-ci ilin oktyabrında Fərhad Əhmədovun ofisi tərəfindən mənə müraciət olunub. Onun yoldaşı ilə boşanması ilə əlaqədar London Məhkəməsi tərəfindən əmlaklarının dondurulmasına qərar verilmişdi. Ona görə F.Əhmədov dəyəri 500 milyon dəyərində yaxtasının illik saxlanılması 16 milyon dollardan hesablanan xərcləri və digər hüquqi məsələləri həll etmək üçün mənə müraciət edib. Mənim konsultant olaraq fəaliyyətimi eşidib, mənimlə əlaqəyə keçdi.

Həmin dövrdə mən "Viola" şirkəti ilə bir neçə milyardlıq layihələri idarə edirdim. Hamı məni çox çətin məsələləri düzgün şəkildə idarə edə bilmə bacarığıma görə tanıyırdı. Həm hüquqi, həm də maliyyə müstəvisində işlərimə görə tanınırdım. Fərhad Əhmədovla müqavilələr imzalamışdıq ki, mənim onlara göstərəcəyim missiya hüquqi müstəvidə həyata keçsin. F.Əhmədov mənə işlərini görməyim üçün etibarnamə də təqdim etmişdi. Xahiş edirəm, onu iş materiallarına da əlavə edəsiniz".

Məhkəmədə bildirilib ki, həmin sənəd iş materiallarına əlavə olunub.

O, ifadəsinin davamında bildirib ki, həmin etibarnaməyə əsasən, F.Əhmədovun "Luna" adlı yaxtası ilə bağlı məsələlərində strateji məsləhətçisi olub:

"Mən strateji məsləhətçi kimi, F.Əhmədov adından yaxta ilə bağlı prosedurları həyata keçirmişəm

Mən ittihamlara tək-tək cavab vermək istəyirəm. Öncədən qeyd etdiyim avansın məbləği 200 min dollar idi. Əgər dondurmanı aradan qaldırmağı bacarsaydım, o mənə 2 milyon dollar ödəməli idi. Bu rəqəmi 500 milyon dollarlıq aktivlə müqayisə edirdik. Məsələ ondan ibarət idi ki, tez zamanda problem aradan qaldırılsın. Çünki texniki səbəblərə görə yaxtanın dəyəri hər gün düşürdü. Pul köçürməsi olduğu zaman Benalla Fransa Prezidenti Emmanuel Makronun administrasiyasından qovulmuşdu və Fransada Benalla haqda araşdırma başlanılmışdı. F.Əhmədov mənə demişdi ki, onun yoldaşı ilə bağlı məsələlərə Benalla dəstək olub və işində peşəkardır. Dubayda əlaqələri də yaxşıdır. Mən, sadəcə, F.Əhmədova bu məsələdə köməkçi olub, məlumat vermişəm".

İş materiallarına əlavə olunmuş sənədlərin ingilis dilindən tərcümə olunması üçün proses təxirə salınıb.

Növbəti proses sentyabrın 11-nə təyin edilib.

Qeyd edək ki, ittihama görə, DTX tərəfindən istintaqı aparılan cinayət işi üzrə Fransa prezidentinin Mühafizə Xidmətinin sabiq rəhbəri Aleksandr Benalla və Fransanın milyardlarla dövriyyəsi olan SAUR şirkətinin vitse-prezidenti Anass Derraz 2018-ci ildə azərbaycanəsilli rusiyalı milyarder Fərhad Əhmədovun aktivlərinə qarşı beynəlxalq sanksiyaların ləğvi müqabilində külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunurlar.

Həmin iş üzrə əvvəllər xarici və yerli mətbuatda dərc edilmiş məqalələrdə qeyd edilir ki, Fransa rəsmiləri Fərhad Əhmədovdan rüşvət tələb ediblər və bunun müqabilində sonuncunun dəbdəbəli "Luna" yaxtasının beynəlxalq həbsdən azad ediləcəyini, özünün sanksiyalardan qorunacağını vəd ediblər.

Məlumatlara əsasən, F.Əhmədov milyonlarla dollarlıq rüşvətin bir hissəsini Anass Derrazın "Al Hilal Bank"dakı hesabına və Aleksandr Benallanın "Bank of Africa United Kingdom PLC SC PAR"dakı hesabına köçürüb.

İstintaqın əlinə keçən A.Derraz Azərbaycanda məsuliyyətə cəlb olunaraq ölkədən çıxışına qadağa qoyulub, A.Benallanın isə İnterpol üzrə beynəlxalq axtarışa verilib.

Anass Derraza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma - xeyli miqdarda törədildikdə) və 32.5, 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq) - külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan olunub.

Onun barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilib.

Elgün Həsənli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://oxu.az
archiveBu xəbər 31 İyul 2025 22:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri