Icma.az
close
up
RU
Şüşa Zəfəri: Müharibə məhz belə başa çatmalı idi

Şüşa Zəfəri: Müharibə məhz belə başa çatmalı idi

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Dörd il əvvəl - 2020-ci il noyabrın 8-də müzəffər Ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı. 

Qəhrəman əsgər və zabitlərimiz düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi.

Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı. 

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən deyirdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar. Müharibənin davam etdiyi 44 gün ərzində rəşadətli Ordumuz Şuşaya doğru dayanmadan, inamla irəlilədi.

Beləliklə, vaxtilə xəyal kimi görünən bu arzu noyabrın 8-də reallığa çevrildi.

"Şuşa Zəfərinə gedən yol qəhrəmanlıq, şərəf və xalqımızın uzun illər arzuladığı yol olmuşdur. 44 günlük bu yolun müəllifi Ali Baş Komandan, Prezident İlham Əliyevdir. Amma yolun hər bir gününü qəhrəmanlıq dastanına çevirən isə Müzəffər Ordumuz və xalqımızdır". 

Bu fikirləri millət vəkili Azər Badamov "Cebheinfo.az"-a açıqlamasında bildirib. 

Millət vəkilinin sözlərinə görə, bu şərəfli yolda şəhidlər verdik, qan tökdük, Allah bütün şəhidlərə rəhmət eləsin: 

"Amma 27 sentyabr 2020-ci ildə başladığımız haqq yolumuzda bir gün geri baxmadıq. Ordumuz Ali Baş Komandanın tapşırığını canından əziz tutaraq icra edərək hər gün addım-addım bizi qələbəyə yaxınlaşdırdı.

Düşmən 30 ildə səngərlər, müdafiə sədləri qurmuşdu. Amma Ordumuzun qabağında ermənin qurduğu müdafiə sədləri heçə endi. Döyüş taktikamız, ordu hazırlığı, silahlanması yüksək səviyyədə təşkil olunmuşdu. Xalqımız səfərbər olunaraq "hər şey cəbhə üçün" şüarı altında birləşmişdi.

Siyasi baxışlarından, etnik və dini mənsubiyyətindən asıllı olmayaraq hamı bir amal uğrunda birləşmişdi. 10 minlərlıə gəncimiz əlinə silah alıb döyüşə qatıldı. Hətta döyüş meydanında yaralanan gənclərimiz hospitaldan sonra yenidən müharibəyə qayıtmağa təkid edirdilər. 

Ölkədə misli görünməmiş bir birlik vardı. Arxa cəbhə ön cəbhə üçün kömək göstərməyə çalışırdı. Halbuki Ordumuzun heç nəyə ehtiyacı yox idi. Hamı qələbə üçün nə isə etmək istəyirdi. Ona görə də hər gün Ali Baş Komandandan qələbə dolu tvitlər alırdıq".
 

Deputat deyib ki, 44 günlük müharibənin qələbəsi Şuşada başa çatmalı idi:

"Amma Ermənistan və onun havadarları bizi atəşkəsə məcbur etmək istəyirdi. Ali Baş Komandan isə hamıya Şuşasız işimizin yarımçıq qalacağını deyirdi. Şuşa isə alınmaz qala idi. 

Qəhrəman əsgərlərimiz yüngül silahlarla qayalara dırmaşaraq ağır silahlarla silahlanmış düşməni məğlub etdi. Ordumuzun qəhrəmanlığı, döyüş taktikası dünya hərb tarixində misli görünməmiş bir ilk idi. Ona görə də bu gün dünyanın güclü hərbisi olan ölkələr də Şuşaya getdiyimiz yolumuzu araşdırır və özlərinin hərb məktəblərində tədris edirlər. 

Bu gün isə Şuşa azaddır. Təkcə Şuşa yox, Xankəndi də azaddır. Bütün ərazilərimizdə suverenlik təmin olunub. 44 günlük Vətən müharibəsi dövründə əsgərimizin yolsuz getdiyi yerlərdən indi Zəfər yolu çəkilib. Şuşaya beynəlxalq səviyyəli magistrallarla bu gün rahat getmək olur. Yeni hava limanları ilə rahat şəkildə azad olunmuş ərazilərə səfərlər etmək olur. 

Bu gün xalqımız 30 illik məcburi köçkünlük həyatını arxada qoyaraq yenidən qurulmuş şəhər və kəndlərinə qayıdırlar. Bu şanlı səhifəmizə görə ilk növbədə Prezident İlham Əliyevə, sonra da Ordumuza və xalqımıza borcluyuq. Zəfərimiz mübarək Azərbaycan!"

Nigar Abdullayeva
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Noyabr 2024 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see317

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see316

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see307

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see298

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see281

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see265

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see258

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see247

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see214

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see214

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see207

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see206

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see202

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see200

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see192

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see189

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see188

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see183

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see181

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri