Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

DTX nın həbs etdiyi hakerin məhkəməsi keçirilib

DTX nın həbs etdiyi hakerin məhkəməsi keçirilib

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunan, mobil telefonlara və digər texniki avadanlıqlara kənardan nüfuz edən proqramlar yaratmaqda, kompüter məlumatlarını qanunsuz ələ keçirməkdə təqsirləndirilən, “Zeromap” MMC-in icraçı direktoru Tural Əliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili məhkəmədən işə yenidən qoşulduğu üçün müvəkkilinin yenidən ifadə verməsini xahiş edib.

Tural Əliyev yenidən ifadə verib.

O, bildirib ki, fəaliyyət istiqaməti sistemdə təhlükəsizliyin yoxlanılması olub:

“Ultra Technologies” MMC-nin serverinə qanunsuz şəkildə müdaxiləyə cəhddə özümü təqsirli bilirəm. Mən sadəcə, istəmişəm ki, bu aləmdə nüfuz qazanım. Onun üçün də təcrübəli şəxslərin ətrafında olmuşam. Eyni zamanda, müxtəlif şirkətlərin serverlərinin təhlükəsizliyini yoxlamışam”.

Hakim təqsirləndirilən şəxsə saxlanıldığı zaman üzərində aşkar edilən avadanlıq və həmin avadanlıqların daxilindəki proqramlarla bağlı suallar verib.

Vəkilin “”Ultra Technologies” MMC-nin sistemlərinə qanunsuz müdaxilə etmək fikriniz olubmu” sualına cavab olaraq bildirib ki, məqsədi ancaq yoxlama olub:

“Mən ekspertəm. Yoxlamaq işimdən irəli gəlir. Bu şirkətlə forumda tanış olmuşam. Həmin forumda mənim kimi yüzlərlə şəxs iştirak edirdi. Yoxlama zamanı orada boşluqların olduğunu gördüm”.

Tural Əliyev bildirib ki, “Ultra Technologies” MMC-nin sisteminə fiziki olaraq daxil olmadığı üçün cinayət işi üzrə özünü qismən təqsirli hesab edir:

““Ultra Technologies” MMC-nin serverlərinə gizli daxil olmamışam. Yoxlama aparmışam. Lakin giriş hələ də cihazımda qalmışdı. Cihaz yenidən aktiv olduğu zaman avtomatik daxil olub”.

Təqsirləndirilən şəxs bildirib ki, onun istifadə etdiyi proqramlar audit tipli olub və boşluqlar aşkar edildiyi halda şirkətə məlumat verilib:

“Hazırladığım proqram Azərbaycan üçün böyük layihə idi. Bunun üçün özümü tanıtmalı idim. Proqram təminatı barədə İdrak şirkətinin rəhbəri Hikmət Abdullayevə də məlumat vermişəm. Həmin proqram təminatını özümə məxsus avadanlıqda saxlayırdım”.

Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs “User Elşən” adlı şəxslə əlaqə saxlayıb, onunla şirkətlərin sisteminə müdaxilələrlə bağlı kiçik müzakirələr aparıb. Məxfilik üçün VPN-dən istifadə olunub.

Təqsirləndirilən şəxs İsrail dövlətinə məxsus şirkətin 25 MB, ABŞ-a məxsus şirkətin isə 1 MB məlumatlarını əldə edib.

Həmçinin təqsirləndirilən şəxsin “Alfa Black Cat” kibercinayətkar dəstə ilə də əlaqəsi olub. Belə ki, Tural Əliyev 2023-cü ilin sonlarında “Karnaval” ləqəbli şəxslə əlaqə saxlayıb və ona bir şirkətin giriş məlumatlarını 500 dollara satıb. Ödənişi də kriptovalyuta şəklində alıb.

Eyni zamanda, təqsirləndirilən şəxs Argentinada yerləşən dəniz şirkətinin məlumatlarını fərdi şəxslərə satıb.

Məhkəmə prosesi mayın 1-də davam etdiriləcək.

Qeyd edək ki, Tural Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 271.2.1 (kompüter sisteminə qanunsuz daxil olma), 272.2.1 (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) və 273-1.1-ci (kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi) maddələri ilə ittiham irəli sürülüb.
İttihamda deyilir ki, təqsirləndirilən şəxs 4 il ərzində yerli və xarici fiziki və hüquqi şəxslərin mobil telefonlarına və kompüter sistemlərinə müdaxilə edib, mesajlarını oxuyub.
Bundan əlavə, Tural kiberhücumlar nəticəsində xarici şirkətlərinin hamıya açıq olmayan məlumatlarına da giriş əldə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 18 Aprel 2025 09:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see339

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see332

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see323

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see281

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see256

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see254

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see246

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see234

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see212

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see205

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see195

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see181

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see181

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see180

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see179

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see173

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see172

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see169

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see164

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri