Icma.az
close
up
RU
“İstənilən adamın telefonuna girə bilərdik” DTX nın keçirdiyi əməliyyatda həbs olunmuş hakerin məhkəməsi

“İstənilən adamın telefonuna girə bilərdik” DTX nın keçirdiyi əməliyyatda həbs olunmuş hakerin məhkəməsi

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunan, kompüter məlumatlarını qanunsuz ələ keçirməkdə təqsirləndirilən Tural Əliyevin cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

APA xəbər verir ki, Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı səsləndirilib.

İttihama görə, “Zeromap” MMC-nin icraçı direktoru olan təqsirləndirilən şəxs 2021-2024-cü illərdə proqramlar yaradıb, onların vasitəsilə qanunsuz işlərini həyata keçirib. O, fiziki və hüquqi şəxslərin mobil telefonlarına müdaxilə edib.

Bununla yanaşı, Tural Əliyev 22 dekabr 2022-ci ildə İsrail dövlətinə məxsus şirkətlərin hamıya açıq olmayan məlumtlarına giriş əldə edib. Eyni zamanda, o, ABŞ-də yerləşən şirkətlərin də məlumatlarını əldə edib.

Prosesdə daha sonra təqsirləndirilən şəxs ifadə verib.

O, ifadəsində ittiham aktına münasibət bildirərkən qeyd edib ki, cinayət işi üzrə özünü qismən təqsirli bilir:

“Proqramı yaratmışam, amma sınağı öz telefonum üzərində etmişəm. Digər epizodlara gəldikdə isə mən nüfuz qazanmaq üçün etmişəm. İsraildə, ABŞ-də yerləşən şirkətlərin məlumatlarına giriş etməkdə niyyətim onlardan istifadə etmək olmayıb. Nəyisə əldə etmək üçün əlaqə qurmalısan. Əlaqə qurduqdan sonra nüfuz, etibar qazanmalısan. Bunu etmək üçün də mən həmin işi həyata keçirdim və müəyyən yerlərdə paylaşdım. Bunun qarşılığında az miqdarda pul da almışam. Sistemi yoxlayırdım. Uğurlu olduqdan sonra həmin proqramı Azərbaycanda aidiyyəti orqanlara təqdim edəcəkdim. Sınaqdan keçirmədən təqdim etsəydim onu qəbul etməyəcəkdilər. Bunun da Azərbaycan qanunvericiliyində cinayət olduğunu bilmirdim. Mən dəfələrlə “Google”, “Facebook”dan 3 min, 5 min dollar mükafat almışam. Onlar özləri elan edirlər ki, boşluğu tapan şəxsə mükafat veriləcək”.

Hakimin “Bütün cihazları ələ keçirmək mümkündürmü” sualına cavab olaraq təqsirləndirilən şəxs bildirib ki, telefonun, kompüterin daxilindəki məlumatları əldə etmək çox asandır:

“Mən o proqramları yaratsam belə heç kimin telefonuna daxil olmamışam. Sınağı öz telefonum üzərində etmişəm. Daxil olmaq istədikdə isə sistemə görə fərqlənir. Mən Azərbaycanda da bir şirkətin kompüter sistemində boşluq tapıb daxil olmuşam, amma heç nə etməmişəm. Onu da bildirim ki, “votsap”, “Teleqram” üzərindən sizə göndərilən şəkili açmaq, İOS üzərindən mətn mesajına daxil olmaqla cihazı ələ keçirmək mümkündür”.

Proses martın 18-də davam etdiriləcək.

Qeyd edək ki, Tural Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.
Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 271.2.1 (kompyuter sisteminə qanunsuz daxil olma), 272.2.1 (kompyuter məlumatlarını qanunsuz ələ keçirmə) və 273-1.1-ci (kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi) maddələri ilə ittiham irəli sürülüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://apa.az
archiveBu xəbər 05 Mart 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri